Cənazələr kitabı

Qəbir əzabından Allaha sığınmaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : دَخَلَتْ عَلَيَّ عَجُوزَتَانِ مِنْ عُجُزِ يَهُودِ الْمَدِينَةِ ، فَقَالَتَا : إِنَّ أَهْلَ الْقُبُورِ يُعَذَّبُونَ فِي قُبُورِهِمْ ، فَكَذَّبْتُهُمَا وَلَمْ أَنْعَمْ أَنْ أُصَدِّقَهُمَا ، فَخَرَجَتَا وَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ عَجُوزَتَيْنِ مِنْ عُجُزِ يَهُودِ الْمَدِينَةِ قَالَتَا : إِنَّ أَهْلَ الْقُبُورِ يُعَذَّبُونَ فِي قُبُورِهِمْ ، قَالَ : صَدَقَتَا إِنَّهُمْ يُعَذَّبُونَ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ كُلُّهَا ، فَمَا رَأَيْتُهُ صَلَّى صَلاَةً إِلاَّ تَعَوَّذَ مِنْ عَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə demişdir: “Mədinə yəhudilərindən iki yaşlı qadın yanıma gəlmişdilər. Onlar dedilər: “Qəbirdə olanlar qəbirlərində əzab görəcəklər”. Mən onların dediklərini yalan sandım və qəbul etmək istəmədim. Onlar getdikdən sonra Allah Elçisi yanıma gəldi. Mən dedim: “Ey Allahın Elçisi, Mədinənin yaşlı iki yəhudi qadını gəlmişdi və “qəbirdə olanlar qəbirlərində əzab görəcəklər” dedilər”. Allah Elçisi ﷺ dedi: “Onlar düz deyirlər! Onlar qəbirlərində elə əzab görəcəklər ki, səslərini bütün heyvanlar eşidəcək”. Bundan sonra Allah Elçisinin ﷺ hər namazda qəbir əzabından Allaha sığındığını gördüm”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2067 (Cənazələr, 250)

Sunən ən-Nəsəi — Cənazələr kitabı