Cənazələr kitabı

Qəbirin üzərinə xurma budağı sancmaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَائِطٍ مِنْ حِيطَانِ مَكَّةَ أَوِ الْمَدِينَةِ سَمِعَ صَوْتَ إِنْسَانَيْنِ يُعَذَّبَانِ فِي قُبُورِهِمَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ ، ثُمَّ قَالَ : بَلَى ، كَانَ أَحَدُهُمَا لاَ يَسْتَبْرِئُ مِنْ بَوْلِهِ ، وَكَانَ الآخَرُ يَمْشِي بِالنَّمِيمَةِ ، ثُمَّ دَعَا بِجَرِيدَةٍ فَكَسَرَهَا كِسْرَتَيْنِ ، فَوَضَعَ عَلَى كُلِّ قَبْرٍ مِنْهُمَا كِسْرَةً ، فَقِيلَ لَهُ : يَا رَسُولَ اللهِ ، لِمَ فَعَلْتَ هَذَا ؟ قَالَ : لَعَلَّهُ أَنْ يُخَفَّفَ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا أَوْ إِلَى أَنْ يَيْبَسَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkə və ya Mədinə küçələrindən birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Allah Elçisi ﷺ dedi: “(Bunlar) əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər”. Sonra (bunun səbəbini bildirib) dedi: “Bəli, onlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi”. Sonra o, bir xurma budağı gətirməyi əmr etdi. Budağı iki yerə böldü. Hər qəbrin üstünə yarısını sancdı. Səhabələr ondan: “Ey Allahın Elçisi, nə üçün belə etdin?”– deyə soruşdular. O dedi: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngülləşsin”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2068 (Cənazələr, 251)

Sunən ən-Nəsəi — Cənazələr kitabı