Cənazələr kitabı

Qəbirin üzərinə xurma budağı sancmaq

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، فِي حَدِيثِهِ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ فَقَالَ : إِنَّهُمَا لَيُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ ، أَمَّا أَحَدُهُمَا فَكَانَ لاَ يَسْتَبْرِئُ مِنْ بَوْلِهِ ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ ، ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً فَشَقَّهَا نِصْفَيْنِ ، ثُمَّ غَرَزَ فِي كُلِّ قَبْرٍ وَاحِدَةً ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، لِمَ صَنَعْتَ هَذَا ؟ فَقَالَ : لَعَلَّهُمَا أَنْ يُخَفَّفَ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ iki qəbirin yanından keçərkən dedi: “Həqiqətən, bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çəkmirlər. Bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi”. Sonra o, yaş bir xurma budağı götürüb iki yerə böldü. Hər birinin qəbrinin üstünə yarısını sancdı. Səhabələr ondan: “Ey Allahın Elçisi, nə üçün belə etdin?”– deyə soruşdular. O dedi: “Ola bilsin ki, bu budaqlar quruyanadək onların əzabı yüngülləşsin”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2069 (Cənazələr, 252)

Sunən ən-Nəsəi — Cənazələr kitabı