Cənazələr kitabı

Qiyamət günü ilk geyindirilən

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : أَخْبَرَنَا وَكِيعٌ ، وَوَهْبُ بْنُ جَرِيرٍ ، وَأَبُو دَاوُدَ ، عَنْ شُعْبَةَ ، عَنِ الْمُغِيرَةِ بْنِ النُّعْمَانِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَوْعِظَةِ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّكُمْ مَحْشُورُونَ إِلَى اللهِ عَزَّ وَجَلَّ عُرَاةً ، قَالَ أَبُو دَاوُدَ : حُفَاةً غُرْلاً ، وَقَالَ وَكِيعٌ وَوَهْبٌ : عُرَاةً غُرْلاً ، {كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ} قَالَ : أَوَّلُ مَنْ يُكْسَى يَوْمَ الْقِيَامَةِ إِبْرَاهِيمُ عَلَيْهِ السَّلاَمُ ، وَإِنَّهُ سَيُؤْتَى - قَالَ أَبُو دَاوُدَ : يُجَاءُ ، وَقَالَ وَهْبٌ وَوَكِيعٌ - : سَيُؤْتَى بِرِجَالٍ مِنْ أُمَّتِي فَيُؤْخَذُ بِهِمْ ذَاتَ الشِّمَالِ ، فَأَقُولُ : رَبِّ أَصْحَابِي ، فَيُقَالُ : إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ ، فَأَقُولُ كَمَا قَالَ الْعَبْدُ الصَّالِحُ : {وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي} إِلَى قَوْلِهِ {وَإِنْ تَغْفِرْ لَهُمْ} الآيَةَ ، فَيُقَالُ : إِنَّ هَؤُلاَءِ لَمْ يَزَالُوا مُدْبِرِينَ ، قَالَ أَبُو دَاوُدَ : مُرْتَدِّينَ عَلَى أَعْقَابِهِمْ مُنْذُ فَارَقْتَهُمْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbədə belə buyurdu: “Ey insanlar! Siz Allahın ﷿ hüzuruna lüt olaraq gələcəksiniz”. Əbu Davud dedi: “Lüt və sünnət olunmamış”. Vəki və Vəhb isə dedilər: “Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq”. (əl-Ənbiya, 104) ayəsində olduğu kimi “lüt və sünnət olunmamış”. “Qiyamət günü paltar geyindirilən ilk şəxs İbrahim ﵇ olacaq. Ümmətimdən bir qismi gətiriləcək. (Əbu Davud “gələcək”, Vaki və Vəhb isə “gətiriləcək” dedilər) və sorğu-sualı sol tərəfdən edilənlərin arasına atılacaq. Mən deyəcəm: “Onlar mənim səhabələrimdir!” Mənə deyiləcək: “Sən onların aralarından ayrıldıqdan sonra onların nələr etdiklərini bilmirsən!” Mən də əməlisaleh qul İsa dediyi kimi deyəcəm: Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “...Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 117-118). Mənə deyiləcək: “Sən onların aralarından ayrılan kimi onlar geriyə dönərək dindən çıxdılar”. Ravi Əbu Davud deyir: “Sən onların aralarından ayrılan kimi onlar geriyə dönərək mürtəd oldular”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2087 (Cənazələr, 270)

Sunən ən-Nəsəi — Cənazələr kitabı