Cənazə yiyəsinə təziyə etmək (başsağlığı vermək)
أَخْبَرَنَا هَارُونُ بْنُ زَيْدٍ وَهُوَ ابْنُ أَبِي الزَّرْقَاءِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَيْسَرَةَ ، قَالَ : سَمِعْتُ مُعَاوِيَةَ بْنَ قُرَّةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا جَلَسَ يَجْلِسُ إِلَيْهِ نَفَرٌ مِنْ أَصْحَابِهِ ، وَفِيهِمْ رَجُلٌ لَهُ ابْنٌ صَغِيرٌ يَأْتِيهِ مِنْ خَلْفِ ظَهْرِهِ ، فَيُقْعِدُهُ بَيْنَ يَدَيْهِ ، فَهَلَكَ فَامْتَنَعَ الرَّجُلُ أَنْ يَحْضُرَ الْحَلْقَةَ لِذِكْرِ ابْنِهِ ، فَحَزِنَ عَلَيْهِ ، فَفَقَدَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : مَالِي لاَ أَرَى فُلاَنًا ؟ قَالُوا : يَا رَسُولَ اللهِ ، بُنَيُّهُ الَّذِي رَأَيْتَهُ هَلَكَ ، فَلَقِيَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنْ بُنَيِّهِ ، فَأَخْبَرَهُ أَنَّهُ هَلَكَ ، فَعَزَّاهُ عَلَيْهِ ، ثُمَّ قَالَ : يَا فُلاَنُ ، أَيُّمَا كَانَ أَحَبُّ إِلَيْكَ أَنْ تَمَتَّعَ بِهِ عُمُرَكَ ، أَوْ لاَ تَأْتِي غَدًا إِلَى بَابٍ مِنْ أَبْوَابِ الْجَنَّةِ إِلاَّ وَجَدْتَهُ قَدْ سَبَقَكَ إِلَيْهِ يَفْتَحُهُ لَكَ ، قَالَ : يَا نَبِيَّ اللهِ ، بَلْ يَسْبِقُنِي إِلَى بَابِ الْجَنَّةِ فَيَفْتَحُهَا لِي لَهُوَ أَحَبُّ إِلَيَّ ، قَالَ : فَذَاكَ لَكَ.
“Muaviyə ibn Qurra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir məclisdə Peyğəmbər ﷺ olarkən səhabələrindən bir neçə nəfər də orada olardı. Onların arasında balaca oğlunu kürəyində gətirib önündə otuzduran bir kişi vardı. Onun uşağı vəfat etdi. O, uşağını xatırlayıb məclisin ahəngini pozmaq qorxusuna görə söhbətlərə gəlmədi. Peyğəmbər ﷺ onu görmədikdə dedi: “Filankəsə nə olub, onu görmürəm?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, yanında gördüyün oğlu vəfat edib”. Allah Elçisi ﷺ o adamı tapıb ondan uşağını soruşdu, o da öldüyünü dedi. Allah Elçisi ﷺ ona təziyə etdi və belə buyurdu: “Ey filankəs, yaşadığın müddətdə ondan faydalanmağın yaxşıdır, yoxsa Qiyamət günü Cənnətin qapılarından bir qapıya gəldikdə uşağının səndən qabaq orada səni gözləməyi və qapını sənə açmağı?” O dedi: “Ey Allahın Peyğəmbəri, əlbəttə, məndən qabaq Cənnət qapısını mənə açması mənim üçün daha sevimlidir”. Peyğəmbər ﷺ dedi: “Elə belə də olacaq”.”
İstinad
Nəsəi, 2088 (Cənazələr, 271)
Sunən ən-Nəsəi — Cənazələr kitabı