Cənazələr kitabı

Başqa növ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، عَنْ عَبْدِ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : أُرْسِلَ مَلَكُ الْمَوْتِ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ ، فَلَمَّا جَاءَهُ صَكَّهُ ، فَفَقَأَ عَيْنَهُ ، فَرَجَعَ إِلَى رَبِّهِ ، فَقَالَ : أَرْسَلْتَنِي إِلَى عَبْدٍ لاَ يُرِيدُ الْمَوْتَ ، فَرَدَّ اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ عَيْنَهُ ، وَقَالَ : ارْجِعْ إِلَيْهِ ، فَقُلْ لَهُ يَضَعُ يَدَهُ عَلَى مَتْنِ ثَوْرٍ ، فَلَهُ بِكُلِّ مَا غَطَّتْ يَدُهُ بِكُلِّ شَعْرَةٍ سَنَةٌ ، قَالَ : أَيْ رَبِّ ، ثُمَّ مَهْ ؟ قَالَ : الْمَوْتُ ، قَالَ : فَالآنَ ، فَسَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ أَنْ يُدْنِيَهُ مِنَ الأَرْضِ الْمُقَدَّسَةِ رَمْيَةً بِحَجَرٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَلَوْ كُنْتُ ثَمَّ ، لأَرَيْتُكُمْ قَبْرَهُ إِلَى جَانِبِ الطَّرِيقِ تَحْتَ الْكَثِيبِ الأَحْمَرِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ölüm mələyi Musanın ﵇ yanına göndərildi. Mələk Musanın yanına gəldikdə, Musa onu vurdu və onun gözü çıxdı. Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərmisən”. Allah ﷿ onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt ona de: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər hər bir tükün müqabilində ömrü bir il artacaq”. Musa dedi: “Ey Rəbbim, sonra nə olacaq?” Allah buyurdu: “Sonra öləcəksən”. Musa dedi: “Elə isə indi (ölmək istəyirəm)”. Sonra da Allahdan ﷿ onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaşdırmasını dilədi”. Allah Elçisi ﷺ dedi: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin altında (yerləşən) qəbrini göstərərdim”. Allahın yardımı ilə ikinci cildi bitirdik. Müvəffəqiyyət Allahdandır! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur!”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2089 (Cənazələr, 272)

Sunən ən-Nəsəi — Cənazələr kitabı