Orucun vacib olması
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا أَبُو سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ ، أَنَّ أَعْرَابِيًّا جَاءَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَائِرَ الرَّأْسِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَخْبِرْنِي مَاذَا فَرَضَ اللَّهُ عَلَيَّ مِنَ الصَّلاَةِ ؟ قَالَ : الصَّلَوَاتُ الْخَمْسُ إِلاَّ أَنْ تَطَوَّعَ شَيْئًا ، قَالَ : أَخْبِرْنِي بِمَا افْتَرَضَ اللَّهُ عَلَيَّ مِنَ الصِّيَامِ ؟ قَالَ : صِيَامُ شَهْرِ رَمَضَانَ إِلاَّ أَنْ تَطَوَّعَ شَيْئًا ، قَالَ : أَخْبِرْنِي بِمَا افْتَرَضَ اللَّهُ عَلَيَّ مِنَ الزَّكَاةِ ؟ فَأَخْبَرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِشَرَائِعِ الإِسْلاَمِ ، فَقَالَ : وَالَّذِي أَكْرَمَكَ ، لاَ أَتَطَوَّعُ شَيْئًا لاَ أَنْقُصُ مِمَّا فَرَضَ اللَّهُ عَلَيَّ شَيْئًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفْلَحَ إِنْ صَدَقَ أَوْ دَخَلَ الْجَنَّةَ إِنْ صَدَقَ.
“Təlhə ibn Ubeydullah ﵁ rəvayət edir ki, saçları dağınıq bir bədəvi ərəb Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, Allahın mənim üzərimə namazlardan nəyi vacib etdiyini xəbər ver”. Peyğəmbər ﷺ buyurdu: “Könüllü olaraq qıldığından başqa, beş namazı vacib etmişdir”. Bədəvi dedi: “Allahın mənim üzərimə oruclardan nəyi vacib etdiyini xəbər ver”. Peyğəmbər ﷺ buyurdu: “Könüllü olaraq tutduğundan başqa, Ramazan orucunu vacib etmişdir”. O dedi: “Allahın mənim üzərimə zəkatdan nəyi vacib etdiyini xəbər ver”. Allah Elçisi ﷺ ona İslamın şüarlarını bildirdi. O da dedi: “Səni kəramətli Edənə and olsun! Mən buna heç nə artırmayacağam və heç nə əskiltməyəcəyəm”. Allah Elçisi ﷺ buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaq” və ya “doğru deyirsə, Cənnətə girəcək”.”
İstinad
Nəsəi, 2090 (Oruc, 1)
Sunən ən-Nəsəi — Oruc kitabı