Aişənin ﵂ səhurun gecikdirilməsi hədisi haqda Süleyman ibn Mihranın ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، عَنْ خَيْثَمَةَ ، عَنْ أَبِي عَطِيَّةَ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : فِينَا رَجُلاَنِ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَدُهُمَا يُعَجِّلُ الإِفْطَارَ وَيُؤَخِّرُ السُّحُورَ ، وَالآخَرُ يُؤَخِّرُ الإِفْطَارَ وَيُعَجِّلُ السُّحُورَ ، قَالَتْ : أَيُّهُمَا الَّذِي يُعَجِّلُ الإِفْطَارَ وَيُؤَخِّرُ السُّحُورَ ؟ ، قُلْتُ : عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ ، قَالَتْ : هَكَذَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ.
“Rəvayət edilir ki, Əbu Atiyyə ﵀ demişdir: ”Mən Aişəyə dedim: “Aramızda Allah Elçisinin ﷺ səhabələrindən iki nəfər var ki, biri iftarı tezləşdirib səhuru gecikdirir. Digəri isə iftarı gecikdirib səhuru tezləşdirir”. Aişə dedi: “İftarı tezləşdirib səhuru gecikdirən hansıdır?” Mən dedim: “Abdullah ibn Məsud”. Aişə dedi: “Allah Elçisi ﷺ də belə edərdi”.”
İstinad
Nəsəi, 2158 (Oruc, 69)
Sunən ən-Nəsəi — Oruc kitabı