Aişənin ﵂ səhurun gecikdirilməsi hədisi haqda Süleyman ibn Mihranın ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ خَيْثَمَةَ ، عَنْ أَبِي عَطِيَّةَ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : فِينَا رَجُلاَنِ أَحَدُهُمَا يُعَجِّلُ الإِفْطَارَ وَيُؤَخِّرُ السُّحُورَ ، وَالآخَرُ يُؤَخِّرُ الْفِطْرَ وَيُعَجِّلُ السُّحُورَ ، قَالَتْ : أَيُّهُمَا الَّذِي يُعَجِّلُ الإِفْطَارَ وَيُؤَخِّرُ السُّحُورَ ؟ قُلْتُ : عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ ، قَالَتْ : هَكَذَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ.
“Rəvayət edilir ki, Əbu Atiyyə ﵀ demişdir: ”Mən Aişəyə dedim: “Aramızda Allah Elçisinin ﷺ səhabələrindən iki nəfər var ki, biri, iftarı tezləşdirib səhuru gecikdirir. Digəri isə, iftarı gecikdirib səhuru tezləşdirir”. Aişə dedi: “İftar tezləşdirib səhuru gecikdirən hansıdır?” Mən dedim: “Abdullah ibn Məsud”. Aişə dedi: “Allah Elçisi ﷺ də belə edərdi”.”
İstinad
Nəsəi, 2159 (Oruc, 70)
Sunən ən-Nəsəi — Oruc kitabı