Oruc kitabı

Aişənin ﵂ səhurun gecikdirilməsi hədisi haqda Süleyman ibn Mihranın ixtilafı

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، عَنْ زَائِدَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ أَبِي عَطِيَّةَ ، قَالَ : دَخَلْتُ أَنَا وَمَسْرُوقٌ عَلَى عَائِشَةَ ، فَقَالَ لَهَا مَسْرُوقٌ : رَجُلاَنِ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كِلاَهُمَا لاَ يَأْلُو عَنِ الْخَيْرِ ، أَحَدُهُمَا يُؤَخِّرُ الصَّلاَةَ وَالْفِطْرَ ، وَالآخَرُ يُعَجِّلُ الصَّلاَةَ وَالْفِطْرَ ، قَالَتْ عَائِشَةُ : أَيُّهُمَا الَّذِي يُعَجِّلُ الصَّلاَةَ وَالْفِطْرَ ؟ قَالَ مَسْرُوقٌ : عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ ، فَقَالَتْ عَائِشَةُ : هَكَذَا كَانَ يَصْنَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Atiyyə ﵀ demişdir: “Mən və Məsruq Aişənin yanına gəldik. Məsruq Aişəyə dedi: “Allah Elçisinin ﷺ səhabələrindən iki nəfər var ki, hər ikisi xeyirli adamlardır. Biri namazı və iftarı gecikdirir. Digəri isə namazı və iftarı tezləşdirir”. Aişə dedi: “Namazı və iftarı tezləşdirən kimdir?” Məsruq dedi: “Abdullah ibn Məsud”. Aişə dedi: “Allah Elçisi ﷺ də belə edərdi”.”

Əbu Atiyyə
Səhih

İstinad

Nəsəi, 2160 (Oruc, 71)

Sunən ən-Nəsəi — Oruc kitabı