Oruc kitabı

Aişənin ﵂ səhurun gecikdirilməsi hədisi haqda Süleyman ibn Mihranın ixtilafı

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ أَبِي عَطِيَّةَ ، قَالَ : دَخَلْتُ أَنَا وَمَسْرُوقٌ عَلَى عَائِشَةَ ، فَقُلْنَا لَهَا : يَا أُمَّ الْمُؤْمِنِينَ ، رَجُلاَنِ مِنْ أَصْحَابِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَحَدُهُمَا يُعَجِّلُ الإِفْطَارَ وَيُعَجِّلُ الصَّلاَةَ ، وَالآخَرُ يُؤَخِّرُ الإِفْطَارَ وَيُؤَخِّرُ الصَّلاَةَ ، فَقَالَتْ : أَيُّهُمَا يُعَجِّلُ الإِفْطَارَ وَيُعَجِّلُ الصَّلاَةَ ؟ قُلْنَا : عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ ، قَالَتْ : هَكَذَا كَانَ يَصْنَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَالآخَرُ أَبُو مُوسَى رَضِيَ اللَّهُ عَنْهُمَا.

“Rəvayət edilir ki, Əbu Atiyyə ﵀ demişdir: “Mən və Məsruq Aişənin yanına gəldik. Biz Aişəyə dedik: “Ey möminlərin anası! Muhəmmədin ﷺ səhabələrindən iki nəfər var ki, biri iftarı və namazı tezləşdirir. Digəri isə iftarı və namazı gecikdirir”. Aişə dedi: “İftarı və namazı tezləşdirən kimdir?” Biz dedik: “Abdullah ibn Məsud ﵁”. Aişə dedi: “Allah Elçisi ﷺ belə edərdi”. O biri Əbu Musa ﵁ idi”.”

Əbu Atiyyə
Səhih

İstinad

Nəsəi, 2161 (Oruc, 72)

Sunən ən-Nəsəi — Oruc kitabı