Oruc kitabı

Səviq və xurma ilə səhur etmək

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَذَلِكَ عِنْدَ السُّحُورِ : يَا أَنَسُ إِنِّي أُرِيدُ الصِّيَامَ ، أَطْعِمْنِي شَيْئًا ، فَأَتَيْتُهُ بِتَمْرٍ وَإِنَاءٍ فِيهِ مَاءٌ ، وَذَلِكَ بَعْدَ مَا أَذَّنَ بِلاَلٌ ، فَقَالَ : يَا أَنَسُ ، انْظُرْ رَجُلاً يَأْكُلْ مَعِي ، فَدَعَوْتُ زَيْدَ بْنَ ثَابِتٍ ، فَجَاءَ ، فَقَالَ : إِنِّي قَدْ شَرِبْتُ شَرْبَةَ سَوِيقٍ وَأَنَا أُرِيدُ الصِّيَامَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَأَنَا أُرِيدُ الصِّيَامَ ، فَتَسَحَّرَ مَعَهُ ، ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ səhur vaxtı belə dedi: “Ey Ənəs, mən oruc tutmaq istəyirəm, yeməyə bir şey ver!” Mən də bir az xurma və içində su olan bir qab gətirdim. Bu hadisə Bilalın azan oxumasından sonra idi. Allah Elçisi ﷺ dedi: “Ey Ənəs, bax gör bir adam tap, mənimlə birlikdə yemək yesin”. Mən də Zeyd ibn Sabiti dəvət etdim. O gəlib dedi: “Mən artıq su içib buğda sıyığı yemişəm və oruc tutmaq istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Mən də oruc tutmaq istəyirəm”. O, Allah Elçisi ﷺ ilə birlikdə səhur etdi. Sonra Allah Elçisi ﷺ qalxıb iki rükət (Sübh namazının sünnəsini) qıldı. Sonra isə Sübh namazını qılmaq üçün evindən çıxdı”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 2167 (Oruc, 78)

Sunən ən-Nəsəi — Oruc kitabı