Uca Allahın bu kəlamının: “Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için” (əl-Bəqərə, 187) izahı
أَخْبَرَنِي هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ : أَنَّ أَحَدَهُمْ كَانَ إِذَا نَامَ قَبْلَ أَنْ يَتَعَشَّى لَمْ يَحِلَّ لَهُ أَنْ يَأْكُلَ شَيْئًا وَلاَ يَشْرَبَ لَيْلَتَهُ وَيَوْمَهُ ، مِنَ الْغَدِ حَتَّى تَغْرُبَ الشَّمْسُ ، حَتَّى نَزَلَتْ هَذِهِ الآيَةُ : {وَكُلُوا وَاشْرَبُوا} إِلَى {الْخَيْطِ الأَسْوَدِ} ، قَالَ : وَنَزَلَتْ فِي أَبِي قَيْسِ بْنِ عَمْرٍو ، أَتَى أَهْلَهُ وَهُوَ صَائِمٌ بَعْدَ الْمَغْرِبِ ، فَقَالَ : هَلْ مِنْ شَيْءٍ ؟ فَقَالَتِ امْرَأَتُهُ : مَا عِنْدَنَا شَيْءٌ وَلَكِنْ أَخْرُجُ أَلْتَمِسُ لَكَ عَشَاءً ، فَخَرَجَتْ وَوَضَعَ رَأْسَهُ فَنَامَ ، فَرَجَعَتْ إِلَيْهِ فَوَجَدَتْهُ نَائِمًا وَأَيْقَظَتْهُ ، فَلَمْ يَطْعَمْ شَيْئًا وَبَاتَ وَأَصْبَحَ صَائِمًا حَتَّى انْتَصَفَ النَّهَارُ فَغُشِيَ عَلَيْهِ ، وَذَلِكَ قَبْلَ أَنْ تَنْزِلَ هَذِهِ الآيَةُ فَأَنْزَلَ اللَّهُ فِيهِ.
“Bəra ibn Azib ﵁ rəvayət edir ki, onlardan biri oruc tutduqda iftar etməmiş yatsaydı, sonradan bütün gecəni və növbəti günü günəş batana qədər heç nə yeməzdi. Sonra bu ayə nazil oldu: “...Dan yeri söküləndə ağ sap qara sapdan (şəfəq gecənin qaranlığından) seçilənə qədər yeyin için”. (əl-Bəqərə, 187). Bu ayə Əbu Qeys ibn Amr haqda nazil oldu. O, Məğribdən qabaq oruclu halda ailəsinin yanına gəldi və dedi: “Yeməyə bir şey varmı?” Zövcəsi ona dedi: “Bir şey yoxdur, lakin evdən çıxıb bir şey taparam”. Qadın evdən çıxandan sonra Əbu Qeys uzanıb yuxuya getdi. Zövcəsi gəlib onu bu halda gördü və yuxudan oyatdı, lakin Əbu Qeys heç nə yeməyib belə halda yatdı. Nəhayət, növbəti gün günorta oruclu halda huşunu itirdi. Bu hadisə Allahın bu ayəni nazil etməsindən qabaq idi”.”
İstinad
Nəsəi, 2168 (Oruc, 79)
Sunən ən-Nəsəi — Oruc kitabı