Bu haqda Yəhyə ibn Əbu Kəsirin və Nadr ibn Şeybaninin ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ ، قَالَ : حَدَّثَنَا الْقَاسِمُ بْنُ الْفَضْلِ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ بْنُ شَيْبَانَ ، قَالَ : - قُلْتُ لأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، حَدِّثْنِي بِشَيْءٍ سَمِعْتَهُ مِنْ أَبِيكَ ، سَمِعَهُ أَبُوكَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَيْسَ بَيْنَ أَبِيكَ وَبَيْنَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَدٌ فِي شَهْرِ رَمَضَانَ قَالَ : نَعَمْ - حَدَّثَنِي أَبِي ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى فَرَضَ صِيَامَ رَمَضَانَ عَلَيْكُمْ وَسَنَنْتُ لَكُمْ قِيَامَهُ ، فَمَنْ صَامَهُ وَقَامَهُ إِيمَانًا وَاحْتِسَابًا خَرَجَ مِنْ ذُنُوبِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ.
“Rəvayət edilir ki, Nadr ibn Şeyban ﵀ demişdir: “Mən Ramazan ayında Əbu Sələmə ibn Abdur-Rahmənə dedim: “Mənə atandan, atanın da Allah Elçisindən ﷺ eşitdiyi, amma atanla Allah Elçisi ﷺ arasında heç kimin olmadığı bir hədis danış”. O dedi: “Yaxşı. Atam belə demişdir: “Allah Elçisi ﷺ belə demişdir: “Həqiqətən, bərəkəti bol və uca olan Allah Ramazan orucunu sizə vacib, təravih namazlarını isə sünnə etmişdir. Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc və namazla keçirərsə, anadan olduğu gündəki kimi günahlardan təmizlənər”.”
İstinad
Nəsəi, 2210 (Oruc, 121)
Sunən ən-Nəsəi — Oruc kitabı