Oruc kitabı

Orucun fəziləti və Əbu İshaqın Əli ibn Əbu Talibin ﵁ hədisi haqda ixtilafı

أَخْبَرَنِي هِلاَلُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ زَيْدٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى ، يَقُولُ : الصَّوْمُ لِي وَأَنَا أَجْزِي بِهِ ، وَلِلصَّائِمِ فَرْحَتَانِ حِينَ يُفْطِرُ ، وَحِينَ يَلْقَى رَبَّهُ ، وَالَّذِي نَفْسِي بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, bərəkəti Bol və Uca olan Allah buyurur: “Oruc Mənim üçündür və onun mükafatını da (oruc tutan adama) Mən verəcəyəm”. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtı və Rəbbi ilə qarşılaşdığı an. Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk qoxusundan daha gözəldir”.”

Əli ibn Əbu Talib
Səhih

İstinad

Nəsəi, 2211 (Oruc, 122)

Sunən ən-Nəsəi — Oruc kitabı