Əbu Salehin bu hədis haqda ixtilafı
أَخْبَرَنَا عَلِيُّ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو سِنَانٍ ضِرَارُ بْنُ مُرَّةَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى ، يَقُولُ : الصَّوْمُ لِي وَأَنَا أَجْزِي بِهِ . وَلِلصَّائِمِ فَرْحَتَانِ إِذَا أَفْطَرَ فَرِحَ ، وَإِذَا لَقِيَ اللَّهَ فَجَزَاهُ فَرِحَ ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.
“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, bərəkəti bol və uca olan Allah buyurur: “Oruc Mənim üçündür və onun mükafatını da (oruc tutan adama) Mən verəcəyəm”. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtı və Rəbbi ilə qarşılaşdıqda mükafatlandığı an. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk qoxusundan daha gözəldir”.”
İstinad
Nəsəi, 2213 (Oruc, 124)
Sunən ən-Nəsəi — Oruc kitabı