Əbu Salehin bu hədis haqda ixtilafı
أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرٌو ، أَنَّ الْمُنْذِرَ بْنَ عُبَيْدٍ ، حَدَّثَهُ عَنْ أَبِي صَالِحٍ السَّمَّانِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : الصِّيَامُ لِي وَأَنَا أَجْزِي بِهِ ، وَالصَّائِمُ يَفْرَحُ مَرَّتَيْنِ عِنْدَ فِطْرِهِ ، وَيَوْمَ يَلْقَى اللَّهَ وَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ مِنْ رِيحِ الْمِسْكِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Allah buyurur:) “Oruc Mənim üçündür və onun mükafatını da (oruc tutan adama) Mən verəcəyəm”. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtı və Rəbbi ilə qarşılaşdığı an. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk qoxusundan daha gözəldir”.”
İstinad
Nəsəi, 2214 (Oruc, 125)
Sunən ən-Nəsəi — Oruc kitabı