Oruc kitabı

Müsafirin üzərindən orucun götürülməsi və əl-Əvzainin Amr ibn Umeyyənin ﵁ xəbəri haqda ixtilafı

أَخْبَرَنِي عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، عَنْ مُحَمَّدِ بْنِ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ أُمَيَّةَ الضَّمْرِيُّ ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ سَفَرٍ ، فَقَالَ : انْتَظِرِ الْغَدَاءَ يَا أَبَا أُمَيَّةَ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ : تَعَالَ ادْنُ مِنِّي حَتَّى أُخْبِرَكَ عَنِ الْمُسَافِرِ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَضَعَ عَنْهُ الصِّيَامَ وَنِصْفَ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mənə Amr ibn Umeyyə əd-Damri belə demişdir: “Səfərdən Allah Elçisinin ﷺ yanına qayıtdım. O dedi: “Gözlə, yeməyi bizlə birlikdə yeyərik, ey Əbu Umeyyə!” Mən dedim: “Mən orucam!” Allah Elçisi ﷺ dedi: “Bir az mənə yaxınlaş, sənə müsafir haqda xəbər verim. Həqiqətən, Allah ﷿ müsafirin üzərindən oruc yükünü qaldırmış, namazı da yarıya endirmişdir”.”

Əbu Sələmə
Səhih

İstinad

Nəsəi, 2267 (Oruc, 178)

Sunən ən-Nəsəi — Oruc kitabı