Oruc kitabı

Müsafirin üzərindən orucun götürülməsi və əl-Əvzainin Amr ibn Umeyyənin ﵁ xəbəri haqda ixtilafı

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو قِلاَبَةَ ، قَالَ : حَدَّثَنِي جَعْفَرُ بْنُ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِيُّ ، عَنْ أَبِيهِ ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلاَ تَنْتَظِرُ الْغَدَاءَ يَا أَبَا أُمَيَّةَ ؟ قُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ : تَعَالَ أُخْبِرْكَ عَنِ الْمُسَافِرِ : إِنَّ اللَّهَ وَضَعَ عَنْهُ الصِّيَامَ وَنِصْفَ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Umeyyə əd-Damri ﵁ demişdir: “Səfərdə Allah Elçisinin ﷺ yanına gəldim. O, mənə dedi: “Sən bizimlə yeməyi gözləmirsən, ey Əbu Umeyyə?” Mən dedim: “Mən orucam”. Allah Elçisi ﷺ dedi: “Bir az yaxınlaş, sənə müsafir haqda xəbər verim. Həqiqətən, Allah müsafirin üzərindən oruc yükünü qaldırmış, namazı da yarıya endirmişdir”.”

Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasından
Səhih

İstinad

Nəsəi, 2268 (Oruc, 179)

Sunən ən-Nəsəi — Oruc kitabı