Müsafirin üzərindən orucun götürülməsi və əl-Əvzainin Amr ibn Umeyyənin ﵁ xəbəri haqda ixtilafı
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : أَنْبَأَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَاجِرِ ، عَنْ أَبِي أُمَيَّةَ الضَّمْرِيِّ ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ سَفَرٍ ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَلَمَّا ذَهَبْتُ لأَخْرُجَ ، قَالَ : انْتَظِرِ الْغَدَاءَ يَا أَبَا أُمَيَّةَ قُلْتُ : إِنِّي صَائِمٌ يَا نَبِيَّ اللهِ ، قَالَ : تَعَالَ أُخْبِرْكَ عَنِ الْمُسَافِرِ : إِنَّ اللَّهَ تَعَالَى وَضَعَ عَنْهُ الصِّيَامَ وَنِصْفَ الصَّلاَةِ
“Rəvayət edilir ki, Əbu Umeyyə əd-Damri ﵁ demişdir: “Mən səfərdən qayıtdıqda Allah Elçisinin ﷺ yanına gəldim və ona salam verdim. Mən qayıtmaq istədikdə o dedi: “Gözlə, bir az yemək yeyək, ey Əbu Umeyyə!” Mən dedim: “Mən orucam, ey Allahın Peyğəmbəri!” Allah Elçisi ﷺ dedi: “Bir az yaxınlaş, sənə müsafir haqda xəbər verim. Həqiqətən, Uca Allah müsafirin üzərindən oruc yükünü qaldırmış, namazı da yarıya endirmişdir”.”
İstinad
Nəsəi, 2269 (Oruc, 180)
Sunən ən-Nəsəi — Oruc kitabı