Oruc kitabı

Bu hədis haqda Müaviyə ibn Səlləm və Əli ibn əl-Mubərakın ixtilafı

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ هَانِئِ بْنِ عَبْدِ اللهِ بْنِ الشِّخِّيرِ ، عَنْ رَجُلٍ ، مِنْ بَلْحَرِيشٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا نُسَافِرُ مَا شَاءَ اللَّهُ ، فَأَتَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَطْعَمُ ، فَقَالَ : هَلُمَّ ، فَاطْعَمْ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُحَدِّثُكُمْ عَنِ الصِّيَامِ : إِنَّ اللَّهَ وَضَعَ عَنِ الْمُسَافِرِ الصَّوْمَ وَشَطْرَ الصَّلاَةِ.

“Hani ibn Abdullah ibn əş-Şixxir ﵀ “Bəlhəriş” adlı yerdən olan bir kişinin öz atasından belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz Allahın istədiyi müddətə müsafir idik və Allah Elçisinin ﷺ yanına gəldik. O, yemək yeyirdi və dedi: “Yaxınlaşın!” Mən dedim: “Mən orucam!” O dedi: “Mən sizə oruc haqda deyim. Həqiqətən, Allah müsafirin üzərindən oruc yükünü götürmüş və namazı yarıya endirmişdir”.”

Hani ibn Abdullah ibn əş-Şixxir
Səhih

İstinad

Nəsəi, 2280 (Oruc, 191)

Sunən ən-Nəsəi — Oruc kitabı