Oruc kitabı

Bu hədis haqda Müaviyə ibn Səlləm və Əli ibn əl-Mubərakın ixtilafı

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ عَبْدِ الْكَرِيمِ ، قَالَ : حَدَّثَنَا سَهْلُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ هَانِئِ بْنِ عَبْدِ اللهِ بْنِ الشِّخِّيرِ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنْتُ مُسَافِرًا ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَأْكُلُ وَأَنَا صَائِمٌ ، فَقَالَ : هَلُمَّ قُلْتُ : إِنِّي صَائِمٌ ، قَالَ : أَتَدْرِي مَا وَضَعَ اللَّهُ عَنِ الْمُسَافِرِ ، قُلْتُ : وَمَا وَضَعَ اللَّهُ عَنِ الْمُسَافِرِ ؟ قَالَ : الصَّوْمَ وَشَطْرَ الصَّلاَةِ.

“Hani ibn Abdullah ibn əş-Şixxir atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən müsafir idim və Peyğəmbərin ﷺ yanına gəlmişdim. O, yemək yeyirdi, mən isə oruc tutmuşdum. Peyğəmbər ﷺ dedi: “Gəl!” Mən dedim: “Mən orucam”. O dedi: “Sən Allahın müsafirin üzərindən nəyi götürdüyünü bilirsənmi?” Mən dedim: “Allah müsafirin üzərindən nəyi götürüb ki?” Peyğəmbər ﷺ buyurdui: “Orucu və namazın yarısını”.”

Hani ibn Abdullah ibn əş-Şixxir atasından
Səhih

İstinad

Nəsəi, 2281 (Oruc, 192)

Sunən ən-Nəsəi — Oruc kitabı