Bu hədis haqda Müaviyə ibn Səlləm və Əli ibn əl-Mubərakın ixtilafı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، قَالَ : أَنْبَأَنَا إِسْرَائِيلُ ، عَنْ مُوسَى هُوَ ابْنُ أَبِي عَائِشَةَ ، عَنْ غَيْلاَنَ ، قَالَ : خَرَجْتُ مَعَ أَبِي قِلاَبَةَ فِي سَفَرٍ ، فَقَرَّبَ طَعَامًا ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ فِي سَفَرٍ ، فَقَرَّبَ طَعَامًا ، فَقَالَ لِرَجُلٍ : ادْنُ فَاطْعَمْ ، قَالَ : إِنِّي صَائِمٌ ، قَالَ : إِنَّ اللَّهَ وَضَعَ عَنِ الْمُسَافِرِ نِصْفَ الصَّلاَةِ وَالصِّيَامَ فِي السَّفَرِ ، فَادْنُ فَاطْعَمْ فَدَنَوْتُ فَطَعِمْتُ.
“Rəvayət edilir ki, Ğeylan ﵀ demişdir: “Mən Əbu Qilabə ilə birlikdə səfərə çıxmışdım. O, yemək gətirdikdə mən dedim: “Mən orucam”. O dedi: “Allah Elçisi ﷺ səfərə çıxmışdı. Yemək gətirdi və bir kişiyə: “Gəl, yemək ye!” dedi. Kişi dedi: “Mən orucam”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah müsafirin üzərindən namazın yarısını və oruc yükünü götürmüşdür”. Ğeylan deyir: “Mən də yaxınlaşaraq yemək yeməyə başladım”.”
İstinad
Nəsəi, 2282 (Oruc, 193)
Sunən ən-Nəsəi — Oruc kitabı