Səfərdə oruc tutmamağın otuc tutmaqdan üstün olması
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا عَاصِمٌ الأَحْوَلُ ، عَنْ مُوَرِّقٍ الْعِجْلِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي السَّفَرِ ، فَمِنَّا الصَّائِمُ وَمِنَّا الْمُفْطِرُ ، فَنَزَلْنَا فِي يَوْمٍ حَارٍّ وَاتَّخَذْنَا ظِلاَلاً ، فَسَقَطَ الصُّوَّامُ ، وَقَامَ الْمُفْطِرُونَ فَسَقَوْا الرِّكَابَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ذَهَبَ الْمُفْطِرُونَ الْيَوْمَ بِالأَجْرِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idik. Aramızda oruc tutan da, oruc tutmayan da var idi. İsti bir gün idi, biz də kölgələnmək üçün bir şey düzəldib orada kölgələndik. Oruc tutanlar huşlarını itirib yıxıldılar. Oruc tutmayanlar isə qalxıb onlara kömək etdilər və heyvanlarını suvardılar. Allah Elçisi ﷺ belə buyurdu: “Bu gün savabın (hamısını) oruc tutmayanlar qazandı”.”
İstinad
Nəsəi, 2283 (Oruc, 194)
Sunən ən-Nəsəi — Oruc kitabı