Oruc kitabı

Hamilə və südverən qadınların oruc tutmaması

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ وُهَيْبِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَوَادَةَ الْقُشَيْرِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، رَجُلٌ مِنْهُمْ أَنَّهُ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ وَهُوَ يَتَغَدَّى ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هَلُمَّ إِلَى الْغَدَاءِ ، فَقَالَ : إِنِّي صَائِمٌ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَضَعَ لِلْمُسَافِرِ الصَّوْمَ وَشَطْرَ الصَّلاَةِ ، وَعَنِ الْحُبْلَى وَالْمُرْضِعِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, onlardan olan bir kişi Mədinəyə Peyğəmbərin ﷺ yanına gəldi. Bu vaxt Peyğəmbər ﷺ yemək yeyirdi və ona dedi: “Gəl, yemək ye!” Kişi dedi: “Mən orucam”. Peyğəmbər ﷺ ona dedi: “Həqiqətən, Allah ﷿ müsafirin üzərindən oruc yükünü götürmüş və namazı yarıya endirmişdir. Həmçinin hamilədən və südverəndən də oruc yükünü götürmüşdür”.”

Ənəs ibn Malik
Həsən

İstinad

Nəsəi, 2315 (Oruc, 226)

Sunən ən-Nəsəi — Oruc kitabı