Oruc kitabı

Allahın ﷿ “Buna taqəti olanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl-Bəqərə, 184) ayəsinin izahı

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : أَنْبَأَنَا بَكْرٌ وَهُوَ ابْنُ مُضَرَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ بُكَيْرٍ ، عَنْ يَزِيدَ ، مَوْلَى سَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَنْ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ} كَانَ مَنْ أَرَادَ مِنَّا أَنْ يُفْطِرَ وَيَفْتَدِيَ ، حَتَّى نَزَلَتِ الآيَةُ الَّتِي بَعْدَهَا ، فَنَسَخَتْهَا.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ demişdir: “Bu ayə “Buna taqəti olanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl-Bəqərə, 184) nazil olduqda bizdən bəzilərimiz oruc tutmaq istəmədikdə fidyə verərdilər. Daha sonra növbəti ayə nazil oldu və bu ayənin hökmünü ləğv etdi”.”

Sələmə ibn əl-Əkva
Səhih

İstinad

Nəsəi, 2316 (Oruc, 227)

Sunən ən-Nəsəi — Oruc kitabı