Allahın ﷿ “Buna taqəti olanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl-Bəqərə, 184) ayəsinin izahı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا وَرْقَاءُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ} يُطِيقُونَهُ : يُكَلَّفُونَهُ ، فِدْيَةٌ : طَعَامُ مِسْكِينٍ وَاحِدٍ ، فَمَنْ تَطَوَّعَ خَيْرًا طَعَامُ مِسْكِينٍ آخَرَ لَيْسَتْ بِمَنْسُوخَةٍ فَهُوَ خَيْرٌ لَهُ ، وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ ، لاَ يُرَخَّصُ فِي هَذَا إِلاَّ لِلَّذِي لاَ يُطِيقُ الصِّيَامَ أَوْ مَرِيضٍ لاَ يُشْفَى.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ bu kəlmələri “Buna taqəti olanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl-Bəqərə, 184) haqda demişdir: “Ayədə “taqəti olanlar” kəlməsi “oruc tutmaqda çətinlik çəkənlər” deməkdir. ”Bir kasıbı yedirtməklə fidyə verməlidirlər” kəlməsi isə bir yoxsulu doyduracaq fidyə miqdarıdır. “Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar” kəlməsi isə kasıb və yoxsulu doydurmaq məsələsində, “kim istəyərsə, yaxşılığı artıra bilər” deməkdir. Bu ayə nəsx (hökmü ləğv) edilməyib. “Bu onun üçün daha xeyirlidir”, yəni “oruc tutması daha xeyirlidir”. Bu ayədə oruc tuta bilməyən və sağalmayan xəstələrə rüsxət var”.”
İstinad
Nəsəi, 2317 (Oruc, 228)
Sunən ən-Nəsəi — Oruc kitabı