Heyzli qadının oruc tutmaması
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا عَلِيٌّ ، يَعْنِي ابْنَ مُسْهِرٍ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ مُعَاذَةَ الْعَدَوِيَّةِ ، أَنَّ امْرَأَةً سَأَلَتْ عَائِشَةَ : أَتَقْضِي الْحَائِضُ الصَّلاَةَ إِذَا طَهُرَتْ ؟ قَالَتْ : أَحَرُورِيَّةٌ أَنْتِ ، كُنَّا نَحِيضُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ نَطْهُرُ فَيَأْمُرُنَا بِقَضَاءِ الصَّوْمِ ، وَلاَ يَأْمُرُنَا بِقَضَاءِ الصَّلاَةِ.
“Muazə əl-Adəvi ﵀ rəvayət edir ki, bir qadın Aişədən soruşdu: “Heyzli qadın təmizləndikdən sonra namazları qəza edirmi?” Aişə dedi: “Sən Hərurisən (Xavaricsən)? Biz Allah Elçisinin ﷺ dövründə heyz olar, sonra təmizlənərdik. O isə bizə orucu qəza etməyi, namazı isə qəza etməməyi əmr edərdi”.”
İstinad
Nəsəi, 2318 (Oruc, 229)
Sunən ən-Nəsəi — Oruc kitabı