Günaşırı oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ مُغِيرَةَ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : قَالَ لِي عَبْدُ اللهِ بْنُ عَمْرٍو : أَنْكَحَنِي أَبِي امْرَأَةً ذَاتَ حَسَبٍ ، فَكَانَ يَأْتِيهَا فَيَسْأَلُهَا عَنْ بَعْلِهَا ، فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لَمْ يَطَأْ لَنَا فِرَاشًا ، وَلَمْ يُفَتِّشْ لَنَا كَنَفًا مُنْذُ أَتَيْنَاهُ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ائْتِنِي بِهِ ، فَأَتَيْتُهُ مَعَهُ ، فَقَالَ : كَيْفَ تَصُومُ ؟ قُلْتُ : كُلَّ يَوْمٍ ، قَالَ : صُمْ مِنْ كُلِّ جُمُعَةٍ ثَلاَثَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ يَوْمَيْنِ وَأَفْطِرْ يَوْمًا ، قَالَ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ أَفْضَلَ الصِّيَامِ ، صِيَامَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صَوْمُ يَوْمٍ وَفِطْرُ يَوْمٍ.
“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Abdullah ibn Amr mənə dedi: “Atam məni bir imkanlı qadınla evləndirmişdi. Atam onun yanına gedib mənim haqqımda soruşduqda o dedi: “Çox gözəl adamdır. Evləndikdən bu yana nə yatağıma gəldi, nə də gizli yerlərimi araşdırdı”. Belə olduqda atam hadisəni Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ buyurdu: “Onu mənim yanıma gətirin!” Atamla birlikdə Peyğəmbərin ﷺ yanına getdik. Peyğəmbər ﷺ dedi: “Orucu necə tutursan?” Mən: “Hər gün” dedim. Peyğəmbər ﷺ dedi: “Həftədə üç gün oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “İki gün tut, bir gün tutma”. Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O buyurdu: “Ən fəzilətli olan orucu – Davudun ﵇ orucunu tut! (Yəni) günaşırı tut!””
İstinad
Nəsəi, 2389 (Oruc, 300)
Sunən ən-Nəsəi — Oruc kitabı