Günaşırı oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا أَبُو حَصِينٍ عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، قَالَ : حَدَّثَنَا حُصَيْنٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : زَوَّجَنِي أَبِي امْرَأَةً فَجَاءَ يَزُورُهَا ، فَقَالَ : كَيْفَ تَرَيْنَ بَعْلَكِ ؟ فَقَالَتْ : نِعْمَ الرَّجُلُ مِنْ رَجُلٍ لاَ يَنَامُ اللَّيْلَ ، وَلاَ يُفْطِرُ النَّهَارَ فَوَقَعَ بِي ، وَقَالَ : زَوَّجْتُكَ امْرَأَةً مِنَ الْمُسْلِمِينَ فَعَضَلْتَهَا ، قَالَ : فَجَعَلْتُ لاَ أَلْتَفِتُ إِلَى قَوْلِهِ مِمَّا أَرَى عِنْدِي مِنَ الْقُوَّةِ وَالاِجْتِهَادِ ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : لَكِنِّي أَنَا أَقُومُ وَأَنَامُ ، وَأَصُومُ وَأُفْطِرُ ، فَقُمْ وَنَمْ ، وَصُمْ وَأَفْطِرْ قَالَ : صُمْ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ ، فَقُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : صُمْ صَوْمَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، صُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمًا ، قُلْتُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : اقْرَأِ الْقُرْآنَ فِي كُلِّ شَهْرٍ ، ثُمَّ انْتَهَى إِلَى خَمْسَ عَشْرَةَ وَأَنَا أَقُولُ : أَنَا أَقْوَى مِنْ ذَلِكَ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Atam məni bir qadınla evləndirmişdi. Atam onu ziyarət edərək dedi: “Ərin necədir?” O da: “Çox yaxşı kişidir, gecələr yatmayıb namaz qılır, gündüzlər isə oruc tutur”. Belə olduqda atam məni danladı və dedi: “Səni müsəlman qadınla evləndirmişəm, sən isə ondan üz çevirirsən”. Qüvvəmə arxayın olduğum üçün atamın sözlərinə qulaq asmadım, lakin hadisə Peyğəmbərə ﷺ çatdıqda dedi: “Mən həm yatıram, həm də namaz qılıram. Həm oruc tutduğum gün olur, həm də tutmadığım. Sən də qalx, namaz qıl, sonra yat. Həm oruc tut, həm də tutmadığın gün olsun. Hər ayın üç gününü oruc tut!” Mən dedim: “Bundan daha çox tuta bilərəm”. O dedi: “Onda Davudun ﵇ tutduğu kimi oruc tut – bir gün tut, bir gün tutma!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Hər ay Quranı bir dəfə xətm et!” Sonra o bu məsələni on beş günə endirdi. Mən də “Daha qısa müddət ərzində xətm edə bilərəm” deyirdim”.”
İstinad
Nəsəi, 2390 (Oruc, 301)
Sunən ən-Nəsəi — Oruc kitabı