Günaşırı oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، أَنَّ أَبَا سَلَمَةَ ، حَدَّثَهُ أَنَّ عَبْدَ اللهِ ، قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُجْرَتِي ، فَقَالَ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَقُومُ اللَّيْلَ وَتَصُومُ النَّهَارَ ، قَالَ : بَلَى ، قَالَ : فَلاَ تَفْعَلَنَّ ، نَمْ وَقُمْ ، وَصُمْ وَأَفْطِرْ ، فَإِنَّ لِعَيْنِكَ عَلَيْكَ حَقًّا ، وَإِنَّ لِجَسَدِكَ عَلَيْكَ حَقًّا ، وَإِنَّ لِزَوْجَتِكَ عَلَيْكَ حَقًّا ، وَإِنَّ لِضَيْفِكَ عَلَيْكَ حَقًّا ، وَإِنَّ لِصَدِيقِكَ عَلَيْكَ حَقًّا ، وَإِنَّهُ عَسَى أَنْ يَطُولَ بِكَ عُمُرٌ ، وَإِنَّهُ حَسْبُكَ أَنْ تَصُومَ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثًا ، فَذَلِكَ صِيَامُ الدَّهْرِ كُلِّهِ ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا ، قُلْتُ : إِنِّي أَجِدُ قُوَّةً ، فَشَدَّدْتُ ، فَشُدِّدَ عَلَيَّ ، قَالَ : صُمْ مِنْ كُلِّ جُمُعَةٍ ثَلاَثَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، فَشَدَّدْتُ ، فَشُدِّدَ عَلَيَّ ، قَالَ : صُمْ صَوْمَ نَبِيِّ اللهِ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، قُلْتُ : وَمَا كَانَ صَوْمُ دَاوُدَ ، قَالَ : نِصْفُ الدَّهْرِ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ mənim otağıma gəlib dedi: “Mənə sənin gecələr namaz qılmağın, gündüzlər isə oruc tutmağın xəbəri gəlib çatıb” Mən dedim: “Bəli”. O dedi: “Belə etmə. Gecələr həm yat, həm də namaz qıl, həm oruc tutduğun gün olsun, həm də tutmadığın. Çünki gözünün sənin üzərində haqqı var. Bədəninin sənin üzərində haqqı var. Zövcənin sənin üzərində haqqı var. Qonağının sənin üzərində haqqı var. Dostunun sənin üzərində haqqı var. Ola bilər ki, ömrün uzun olsun, hər ayın üç gününü oruc tutmaq sənə kifayət edər. Bu, ilboyu oruc tutmaq kimidir, çünki savabın əvəzi on qatdır”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Onda hər həftənin üç gününü oruc tut!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Allahın peyğəmbəri Davudun ﵇ tutduğu kimi oruc tut!” Mən dedim: “Davudun orucu necədir?” O dedi: “O, ilin yarısını oruc tutardı”.”
İstinad
Nəsəi, 2391 (Oruc, 302)
Sunən ən-Nəsəi — Oruc kitabı