Günaşırı oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ ، قَالَ : ذُكِرَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ يَقُولُ : لأَقُومَنَّ اللَّيْلَ وَلأَصُومَنَّ النَّهَارَ مَا عِشْتُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنْتَ الَّذِي تَقُولُ ذَلِكَ ؟ فَقُلْتُ لَهُ : قَدْ قُلْتُهُ يَا رَسُولَ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَإِنَّكَ لاَ تَسْتَطِيعُ ذَلِكَ ، فَصُمْ وَأَفْطِرْ ، وَنَمْ وَقُمْ ، وَصُمْ مِنَ الشَّهْرِ ثَلاَثَةَ أَيَّامٍ ، فَإِنَّ الْحَسَنَةَ بِعَشْرِ أَمْثَالِهَا وَذَلِكَ مِثْلُ صِيَامِ الدَّهْرِ ، قُلْتُ : فَإِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمَيْنِ ، فَقُلْتُ : إِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ يَا رَسُولَ اللهِ ، قَالَ : فَصُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمًا ، وَذَلِكَ صِيَامُ دَاوُدَ ، وَهُوَ أَعْدَلُ الصِّيَامِ ، قُلْتُ : فَإِنِّي أُطِيقُ أَفْضَلَ مِنْ ذَلِكَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ أَفْضَلَ مِنْ ذَلِكَ قَالَ عَبْدُ اللهِ بْنُ عَمْرٍو : لأَنْ أَكُونَ قَبِلْتُ الثَّلاَثَةَ الأَيَّامَ الَّتِي قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَبُّ إِلَيَّ مِنْ أَهْلِي وَمَالِي.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Mənim “Yaşadığım müddətdə gecələri namaz qılıb gündüzlər oruc tutacağam” sözüm Allah Elçisinə ﷺ çatdıqda mənə belə dedi: “Bu sözləri sən demisən?” Mən dedim: “Bəli, mən demişəm”. O dedi: “Sən buna tab gətirə bilməzsən. Həm oruc tutduğun gün olsun, həm tutmadığın. Gecələr həm yat, həm də namaz qıl. Hər ayın üç gününü oruc tut, savabın əvəzi on qatdır. Beləliklə bir ili oruc tutmuş kimi savab qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Onda bir gün oruc tut, iki gün tutma!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Onda bir gün oruc tut, bir gün tutma! Bu, Davudun ﵇ tutduğu orucdur və ən fəziələtli oruc budur!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Bundan daha fəzilətli oruc yoxdur”. Abdullah ibn Amr dedi: “Allah Elçisinin ﷺ dediyini qəbul edib hər ayın üç gününü oruc tutmaq mənim üçün ailəmdən və malımdan daha xeyirli olardı”.”
İstinad
Nəsəi, 2392 (Oruc, 303)
Sunən ən-Nəsəi — Oruc kitabı