Günaşırı oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنِي أَحْمَدُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ سَلَمَةَ ، عَنْ ابْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : دَخَلْتُ عَلَى عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قُلْتُ : أَيْ عَمِّ حَدِّثْنِي عَمَّا قَالَ لَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : يَا ابْنَ أَخِي ، إِنِّي قَدْ كُنْتُ أَجْمَعْتُ عَلَى أَنْ أَجْتَهِدَ اجْتِهَادًا شَدِيدًا حَتَّى قُلْتُ : لأَصُومَنَّ الدَّهْرَ ، وَلأَقْرَأَنَّ الْقُرْآنَ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ ، فَسَمِعَ بِذَلِكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَانِي حَتَّى دَخَلَ عَلَيَّ فِي دَارِي ، فَقَالَ : بَلَغَنِي أَنَّكَ قُلْتَ لأَصُومَنَّ الدَّهْرَ ، وَلأَقْرَأَنَّ الْقُرْآنَ ، فَقُلْتُ : قَدْ قُلْتُ ذَلِكَ يَا رَسُولَ اللهِ ، قَالَ : فَلاَ تَفْعَلْ ، صُمْ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أَقْوَى عَلَى أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : فَصُمْ مِنَ الْجُمُعَةِ يَوْمَيْنِ الاِثْنَيْنِ وَالْخَمِيسَ ، قُلْتُ : فَإِنِّي أَقْوَى عَلَى أَكْثَرَ مِنْ ذَلِكِ ، قَالَ : فَصُمْ صِيَامَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، فَإِنَّهُ أَعْدَلُ الصِّيَامِ عِنْدَ اللهِ ، يَوْمًا صَائِمًا وَيَوْمًا مُفْطِرًا ، وَإِنَّهُ كَانَ إِذَا وَعَدَ لَمْ يُخْلِفْ ، وَإِذَا لاَقَى لَمْ يَفِرَّ.
“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Abdullah ibn Amrın yanına gəlib dedim: “Ey əmi, Allah Elçisinin ﷺ sənə danışdığından mənə də danış”. O dedi: “Ey qardaşım oğlu! Mən çox çətin bir iş görməyə qərar verərək: “Mən ömür boyu oruc tutacağam, hər gün və gecə də Quran oxuacağam” demişdim. Allah Elçisi ﷺ bundan xəbər tutaraq evimə gəlib dedi: “Sənin “ömür boyu oruc tutacağam və Quran oxuyacağam” deməyin mənə gəlib çatıb. Mən dedim: “Bəli, mən belə demişəm, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Belə etmə! Hər ayın üç gününü oruc tut!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Həftədə iki gün – bazar ertəsi və cümə axşamı oruc tut!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi “Elə isə Davudun ﵇ tutduğu kimi oruc tut! Onun orucu ən üstündür. O, günaşırı oruc tutar, söz verdikdə vədinə xilaf çıxmaz, düşmənlə qarşılaşdıqda da qaçmazdı”.”
İstinad
Nəsəi, 2393 (Oruc, 304)
Sunən ən-Nəsəi — Oruc kitabı