Nafilə oruc tutmağı artımaq və ya azaltmaq, rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، عَنْ أَبِيهِ ، قَالَ : حَدَّثَنَا أَبُو الْعَلاَءِ ، عَنْ مُطَرِّفٍ ، عَنْ ابْنِ أَبِي رَبِيعَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : ذَكَرْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّوْمَ ، فَقَالَ : صُمْ مِنْ كُلِّ عَشَرَةِ أَيَّامٍ يَوْمًا ، وَلَكَ أَجْرُ تِلْكَ التِّسْعَةِ ، فَقُلْتُ : إِنِّي أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : صُمْ مِنْ كُلِّ تِسْعَةِ أَيَّامٍ يَوْمًا ، وَلَكَ أَجْرُ تِلْكَ الثَّمَانِيَةِ ، قُلْتُ : إِنِّي أَقْوَى مَنْ ذَلِكَ ، قَالَ : فَصُمْ مِنْ كُلِّ ثَمَانِيَةِ أَيَّامٍ يَوْمًا ، وَلَكَ أَجْرُ تِلْكَ السَّبْعَةِ ، قُلْتُ : إِنِّي أَقْوَى مِنْ ذَلِكَ ، قَالَ : فَلَمْ يَزَلْ حَتَّى قَالَ : صُمْ يَوْمًا وَأَفْطِرْ يَوْمًا.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Peyğəmbərə ﷺ oruc haqda dedim və o buyurdu: “Hər on gündə bir gün oruc tut, qalan doqquz günün mükafatını alarsan!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Hər doqquz gündə bir gün oruc tut, qalan səkkiz günün mükafatını alarsan!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Hər səkkiz gündə bir gün oruc tut, qalan yeddi günün mükafatını alarsan!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O: “Günaşırı oruc tut!” deyənə qədər bizim danışığımız davam etdi”.”
İstinad
Nəsəi, 2395 (Oruc, 306)
Sunən ən-Nəsəi — Oruc kitabı