Nafilə oruc tutmağı artımaq və ya azaltmaq, rəvayət edənlərin Abdullah ibn Amrın hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ (ح) و أَخْبَرَنِي زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ شُعَيْبِ بْنِ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صُمْ يَوْمًا وَلَكَ أَجْرُ عَشَرَةِ ، فَقُلْتُ : زِدْنِي ، فَقَالَ : صُمْ يَوْمَيْنِ وَلَكَ أَجْرُ تِسْعَةٍ ، قُلْتُ : زِدْنِي ، قَالَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ وَلَكَ أَجْرُ ثَمَانِيَةٍ ، قَالَ ثَابِتٌ : فَذَكَرْتُ ذَلِكَ لِمُطَرِّفٍ ، فَقَالَ : مَا أُرَاهُ إِلاَّ يَزْدَادُ فِي الْعَمَلِ وَيَنْقُصُ مِنَ الأَجْرِ وَاللَّفْظُ لِمُحَمَّدٍ.
“Şueyb ibn Abdullah ibn Amr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Bir gün oruc tut, on günün mükafatını qazanarsan!” Mən dedim: “Mənim üçün artır!” O dedi: “İki gün oruc tut, doqquz günün mükafatını qazanarsan!” Mən dedim: “Mənim üçün artır!” O dedi: “Üç gün oruc tut, səkkiz günün mükafatını qazanarsan!” Ravi Sabit deyir: “Bunu Mutarrifə danışdıqda dedi: “Görürəm ki, əməl artdıqca, mükafat azalır”.”
İstinad
Nəsəi, 2396 (Oruc, 307)
Sunən ən-Nəsəi — Oruc kitabı