Oruc kitabı

Ayın on gününü oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın ﵄ hədisi haqda ixtilafı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ أَسْبَاطٍ ، عَنْ مُطَرِّفٍ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ أَبِي الْعَبَّاسِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّهُ بَلَغَنِي أَنَّكَ تَقُومُ اللَّيْلَ وَتَصُومُ النَّهَارَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا أَرَدْتُ بِذَلِكَ إِلاَّ الْخَيْرَ ، قَالَ : لاَ صَامَ مَنْ صَامَ الأَبَدَ ، وَلَكِنْ أَدُلُّكَ عَلَى صَوْمِ الدَّهْرِ ، ثَلاَثَةُ أَيَّامٍ مِنَ الشَّهْرِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ خَمْسَةَ أَيَّامٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : فَصُمْ عَشْرًا ، فَقُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ صَوْمَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sənin gecələr namaz qılmağın, gündüzlər oruc tutmağın mənə çatıb”. Mən dedim: “Ey Allahın Elçisi, mən yalnız xeyir qəsd etmişəm”. O dedi: “Kim həmişə oruc tutarsa, oruc tutmamış kimidir. Sənə ömür boyu oruc tutmaq qaydasını bildirimmi? Bu, hər ayın üç gününü oruc tutmaqdır”. Mən dedim: “Ey Allahın Elçisi, bundan daha çoxuna gücüm çatar”. O dedi: “Ayın beş gününü oruc tut!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Ayın on gününü oruc tut!” Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Davudun ﵇ tutduğu kimi oruc tut! O, günaşırı oruc tutardı”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Nəsəi, 2397 (Oruc, 308)

Sunən ən-Nəsəi — Oruc kitabı