Ayın on gününü oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın ﵄ hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي حَبِيبُ بْنُ أَبِي ثَابِتٍ ، قَالَ : سَمِعْتُ أَبَا الْعَبَّاسِ ، هُوَ الشَّاعِرُ ، يُحَدِّثُ عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا عَبْدَ اللهِ بْنَ عَمْرٍو ، إِنَّكَ تَصُومُ الدَّهْرَ ، وَتَقُومُ اللَّيْلَ ، وَإِنَّكَ إِذَا فَعَلْتَ ذَلِكَ هَجَمَتْ الْعَيْنُ ، وَنَفِهَتْ لَهُ النَّفْسُ ، لاَ صَامَ مَنْ صَامَ الأَبَدَ صَوْمُ الدَّهْرِ ، ثَلاَثَةُ أَيَّامٍ مِنَ الشَّهْرِ صَوْمُ الدَّهْرِ كُلِّهِ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ صَوْمَ دَاوُدَ ، كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا ، وَلاَ يَفِرُّ إِذَا لاَقَى.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Ey Abdullah ibn Amr, sən həmişə oruc tutur, gecələri namazla keçirirsən. Belə etsən, gözlərin çuxura düşər və canın yorular. Kim həmişə oruc tutarsa, oruc tutmuş sayılmaz. Ayın üç gününü oruc tutmaq bütün ili oruc tutmaq kimidir“. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Davudun ﵇ tutduğu kimi oruc tut! O, günaşırı oruc tutardı və düşmənlə qarşılaşdıqda da qaçmazdı”.”
İstinad
Nəsəi, 2399 (Oruc, 310)
Sunən ən-Nəsəi — Oruc kitabı