Oruc kitabı

Ayın on gününü oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın ﵄ hədisi haqda ixtilafı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي الْعَبَّاسِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَأِ الْقُرْآنَ فِي شَهْرٍ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، فَلَمْ أَزَلْ أَطْلُبُ إِلَيْهِ حَتَّى قَالَ : فِي خَمْسَةِ أَيَّامٍ ، وَقَالَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ مِنَ الشَّهْرِ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكِ ، فَلَمْ أَزَلْ أَطْلُبُ إِلَيْهِ حَتَّى قَالَ : صُمْ أَحَبَّ الصِّيَامِ إِلَى اللهِ عَزَّ وَجَلَّ صَوْمَ دَاوُدَ ، كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Quranı hər ay xətm et!” Mən: “Bundan daha çoxuna gücüm çatar” deyərək günlərin sayını azaltmasını istədim. O dedi: “Hər beş gündə bir dəfə xətm et!” Sonra dedi: “Hər ayın üç gününü oruc tut!” Mən: “Bundan daha çoxuna gücüm çatar” deyərək günlərin sayını çoxaltmasını istədim. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Allaha ﷿ ən sevimli oruc olan Davudun ﵇ orucunu tut! O, günaşırı oruc tutardı”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Nəsəi, 2400 (Oruc, 311)

Sunən ən-Nəsəi — Oruc kitabı