Ayın on gününü oruc tutmaq və rəvayət edənlərin Abdullah ibn Amrın ﵄ hədisi haqda ixtilafı
أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، سَمِعْتُ عَطَاءً ، يَقُولُ : إِنَّ أَبَا الْعَبَّاسِ الشَّاعِرَ ، أَخْبَرَهُ أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ ، قَالَ : بَلَغَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِّي أَصُومُ أَسْرُدُ الصَّوْمَ ، وَأُصَلِّي اللَّيْلَ ، فَأَرْسَلَ إِلَيْهِ ، وَإِمَّا لَقِيَهُ قَالَ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَصُومُ وَلاَ تُفْطِرُ ، وَتُصَلِّي اللَّيْلَ ، فَلاَ تَفْعَلْ ، فَإِنَّ لِعَيْنِكَ حَظًّا ، وَلِنَفْسِكَ حَظًّا ، وَلأَهْلِكَ حَظًّا ، وَصُمْ وَأَفْطِرْ ، وَصَلِّ وَنَمْ ، وَصُمْ مِنْ كُلِّ عَشَرَةِ أَيَّامٍ يَوْمًا وَلَكَ أَجْرُ تِسْعَةٍ ، قَالَ : إِنِّي أَقْوَى لِذَلِكَ يَا رَسُولَ اللهِ ، قَالَ : صُمْ صِيَامَ دَاوُدَ إِذًا قَالَ : وَكَيْفَ كَانَ صِيَامُ دَاوُدَ يَا نَبِيَّ اللهِ ؟ قَالَ : كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا ، وَلاَ يَفِرُّ إِذَا لاَقَى ، قَالَ : وَمَنْ لِي بِهَذَا يَا نَبِيَّ اللَّهِ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Mənim ardıcıl oruc tutmağım və gecələr ibadət etməyimin xəbəri Peyğəmbərə ﷺ çatdıqda məni yanına çağırtdırdı. Mən onun yanına gəldikdə dedi: “Elə bilirsən ki, sənin gündüzlər oruc tutmağın, gecələr namaz qılmağın mənə gəlib çatmayıb? Belə etmə, çünki gözünün sənin üzərində haqqı var, bədəninin sənin üzərində haqqı var, ailənin sənin üzərində payı var. Arada oruc tut, arada tutma. Gecələr həm namaz qıl, həm də yat. On gündə bir gün oruc tut, qalan doqquz günün savabını qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Elə isə Davudun tutduğu oruc kimi oruc tut!” Mən dedim: “Davudun orucu necədir, ey Allahın Peyğəmbəri?” O dedi: “O, günaşırı oruc tutardı. Düşmənlə qarşılaşdıqda da qaçmazdı”. Mən dedim: “Bu mənim üçündür, ey Allahın Peyğəmbəri!””
İstinad
Nəsəi, 2401 (Oruc, 312)
Sunən ən-Nəsəi — Oruc kitabı