Ayın beş gününü oruc tutmaq
أَخْبَرَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا وَهْبُ بْنُ بَقِيَّةَ ، قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، عَنْ خَالِدٍ وَهُوَ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، قَالَ : دَخَلْتُ مَعَ أَبِيكَ زَيْدٍ عَلَى عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، فَحَدَّثَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذُكِرَ لَهُ صَوْمِي فَدَخَلَ عَلَيَّ ، فَأَلْقَيْتُ لَهُ وِسَادَةَ أَدَمٍ رَبْعَةً حَشْوُهَا لِيفٌ ، فَجَلَسَ عَلَى الأَرْضِ وَصَارَتِ الْوِسَادَةُ فِيمَا بَيْنِي وَبَيْنَهُ ، قَالَ : أَمَا يَكْفِيكَ مِنْ كُلِّ شَهْرٍ ثَلاَثَةُ أَيَّامٍ ؟ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَالَ : خَمْسًا ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَالَ : سَبْعًا ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَالَ : تِسْعًا ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَالَ : إِحْدَى عَشْرَةَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ صَوْمَ فَوْقَ صَوْمِ دَاوُدَ شَطْرَ الدَّهْرِ ، صِيَامُ يَوْمٍ وَفِطْرُ يَوْمٍ.
“Rəvayət edilir ki, Əbul-Məlih ﵀ demişdir: “Mən sənin atan Zeydlə birlikdə Abdullah ibn Amrın yanına gəldik. O bizə danışdı: “Mənim tutduğum oruc haqda Allah Elçisinə ﷺ deyilmişdi. Ona görə də Allah Elçisi ﷺ mənim yanıma gəldi. Onun üçün xurma lifi ilə doldurulmuş dəridən ortaboylu qara bir döşəkçə qoydum. O, döşəkçəyə deyil, yerə oturdu. Döşəkçə ikimizin arasında qaldı. Peyğəmbər ﷺ mənə dedi: “Sənə hər aydan üç gün oruc tutmaq kifayət etmirmi?” Mən dedim: “Ey Allahın Elçisi...”. O dedi: “Beş gün (oruc tut)!” Mən dedim: “Ey Allahın Elçisi...”. O dedi: “Yeddi gün (oruc tut)!” Mən dedim: “Ey Allahın Elçisi...”. O dedi: “Doqquz gün (oruc tut)!” Mən dedim: “Ey Allahın Elçisi...”. O dedi: “On bir gün (oruc tut)!” Mən dedim: “Ey Allahın Elçisi...”. Peyğəmbər ﷺ buyurdu: “Davudun ﵇ tutduğu orucdan üstün oruc yoxdur. O, ilin yarısını, günaşırı oruc tutardı”.”
İstinad
Nəsəi, 2402 (Oruc, 313)
Sunən ən-Nəsəi — Oruc kitabı