Oruc kitabı

Ayın dörd gününü oruc tutmaq

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي شُعْبَةُ ، عَنْ زِيَادِ بْنِ فَيَّاضٍ ، قَالَ : سَمِعْتُ أَبَا عِيَاضٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ عَمْرٍو : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صُمْ مِنَ الشَّهْرِ يَوْمًا وَلَكَ أَجْرُ مَا بَقِيَ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : فَصُمْ يَوْمَيْنِ وَلَكَ أَجْرُ مَا بَقِيَ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : فَصُمْ ثَلاَثَةَ أَيَّامٍ وَلَكَ أَجْرُ مَا بَقِيَ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، قَالَ : صُمْ أَرْبَعَةَ أَيَّامٍ وَلَكَ أَجْرُ مَا بَقِيَ ، قُلْتُ : إِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفْضَلُ الصَّوْمِ صَوْمُ دَاوُدَ كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Ayda bir gün oruc tut, qalan günlərin savabını qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Ayda iki gün oruc tut, qalan günlərin savabını qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Ayda üç gün oruc tut, qalan günlərin savabını qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. O dedi: “Ayda dörd gün oruc tut, qalan günlərin savabını qazanarsan”. Mən dedim: “Bundan daha çoxuna gücüm çatar”. Allah Elçisi ﷺ buyurdu: “Ən üstün oruc Davudun tutduğu orucdur. O, günaşırı oruc tutardı”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Nəsəi, 2403 (Oruc, 314)

Sunən ən-Nəsəi — Oruc kitabı