Ayın iki gününü oruc tutmaq
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنِي سَيْفُ بْنُ عُبَيْدِ اللهِ ، مِنْ خِيَارِ الْخَلْقِ ، قَالَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ شَيْبَانَ ، عَنْ أَبِي نَوْفَلِ بْنِ أَبِي عَقْرَبٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّوْمِ ، فَقَالَ : صُمْ يَوْمًا مِنَ الشَّهْرِ قُلْتُ : يَا رَسُولَ اللهِ ، زِدْنِي زِدْنِي ، قَالَ : تَقُولُ يَا رَسُولَ اللهِ زِدْنِي زِدْنِي ، يَوْمَيْنِ مِنْ كُلِّ شَهْرٍ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، زِدْنِي زِدْنِي إِنِّي أَجِدُنِي قَوِيًّا ، فَقَالَ : زِدْنِي زِدْنِي ، أَجِدُنِي قَوِيًّا ، فَسَكَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى ظَنَنْتُ أَنَّهُ لَيَرُدُّنِي ، قَالَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ.
“Əbu Nofəl ibn Əbu Aqrab atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisindən ﷺ oruc haqda soruşduqda o dedi: “Ayın bir gününü oruc tut!” Mən dedim: “Ey Allahın Elçisi, mənim üçün artır, mənim üçün artır!” O dedi: “Demək sən “Ey Allahın Elçisi, mənim üçün artır, mənim üçün artır!” deyirsən, elə isə hər ayın iki gününü oruc tut!” Mən dedim: “Ey Allahın Elçisi, mənim üçün artır, mənim üçün artır! Mən özümü güclü hiss edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Mənim üçün artır, mənim üçün artır! Mən özümü güclü hiss edirəm”. Sonra Allah Elçisi o qədər susdu ki, onun mənə cavab verməyəcəyini zənn etdim. Sonra dedi: “Hər ayın üç gününü oruc tut!””
İstinad
Nəsəi, 2433 (Oruc, 344)
Sunən ən-Nəsəi — Oruc kitabı