Ayın iki gününü oruc tutmaq
أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا الأَسْوَدُ بْنُ شَيْبَانَ ، عَنْ أَبِي نَوْفَلِ بْنِ أَبِي عَقْرَبٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّوْمِ ، فَقَالَ : صُمْ يَوْمًا مِنْ كُلِّ شَهْرٍ وَاسْتَزَادَهُ ، قَالَ : بَأبِى أَنْتَ وَأُمِّي أَجِدُنِي قَوِيًّا ، فَزَادَهُ ، قَالَ : صُمْ يَوْمَيْنِ مِنْ كُلِّ شَهْرٍ ، فَقَالَ : بَأبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ ، إِنِّي أَجِدُنِي قَوِيًّا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنِّي أَجِدُنِي قَوِيًّا ، إِنِّي أَجِدُنِي قَوِيًّا ، فَمَا كَادَ أَنْ يَزِيدَهُ ، فَلَمَّا أَلَحَّ عَلَيْهِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ.
“Əbu Nofəl ibn Əbu Aqrab ﵀ rəvayət edir ki, atası Peyğəmbərdən ﷺ oruc haqda soruşduqda o dedi: “Hər ayın bir gününü oruc tut!” O artırmasını istəyərək dedi: “Anam-atam sənə fəda olsun! Mən özümü güclü hiss edirəm!” Peyğəmbər ﷺ artıraraq buyurdu: “Hər ayın iki gününü oruc tut!” O: “Anam-atam sənə fəda olsun, ey Allahın Elçisi! Mənim bundan artığına gücüm çatar”- dedikdə, Allah Elçisi ﷺ: “Mən özümü güclü hiss edirəm! Mən özümü güclü hiss edirəm!” deyərək az qalmışdı ki, mənim üçün artırmasın. O vaxt ki, israrla istədim, Allah Elçisi ﷺ buyurdu: “Hər ayın üç gününü oruc tut!””
İstinad
Nəsəi, 2434 (Oruc, 345)
Sunən ən-Nəsəi — Oruc kitabı