Zəkat kitabı

Zəkatın vacib olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنْ زَكَرِيَّا بْنِ إِسْحَاقَ الْمَكِّيِّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ عَبْدِ اللهِ بْنِ صَيْفِىٍّ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذٍ حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ : إِنَّكَ تَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، فَإِنْ هُمْ أَطَاعُوكَ بِذَلِكَ ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي يَوْمٍ وَلَيْلَةٍ ، فَإِنْ هُمْ - يَعْنِي - أَطَاعُوكَ بِذَلِكَ ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ فَرَضَ عَلَيْهِمْ صَدَقَةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلَى فُقَرَائِهِمْ ، فَإِنْ هُمْ أَطَاعُوكَ بِذَلِكَ ، فَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Muazı Yəmənə göndərdikdə belə dedi: “Sən Kitab əhli olan toplumun yanına gedirsən. Ora çatdıqda onları Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna iman etməyə çağır. Əgər onlar sənə bu məsələdə itaət etsələr, onlara Allahın ﷿ gün ərzində beş dəfə namaz qılmağı vacib etdiyini xəbər ver. Əgər bu məsələdə sənə itaət etsələr, Allahın ﷿ onların varlı olanlarından götürüb kasıb olanlarına sədəqə verməyi vacib etdiyini xəbər ver. Əgər bu məsələdə sənə itaət etsələr, məzlumun duasından qorx!””

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2435 (Zəkat, 1)

Sunən ən-Nəsəi — Zəkat kitabı