Sunən ən-NəsəiZəkat kitabı

Kitab 23

Zəkat kitabı

كِتَابُ الزَّكَاةِ

184

hədis

Fəsil 1

Zəkatın vacib olması

بَابُ وُجُوبِ الزَّكَاةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنْ زَكَرِيَّا بْنِ إِسْحَاقَ الْمَكِّيِّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ عَبْدِ اللهِ بْنِ صَيْفِىٍّ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذٍ حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ : إِنَّكَ تَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، فَإِنْ هُمْ أَطَاعُوكَ بِذَلِكَ ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي يَوْمٍ وَلَيْلَةٍ ، فَإِنْ هُمْ - يَعْنِي - أَطَاعُوكَ بِذَلِكَ ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ فَرَضَ عَلَيْهِمْ صَدَقَةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلَى فُقَرَائِهِمْ ، فَإِنْ هُمْ أَطَاعُوكَ بِذَلِكَ ، فَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Muazı Yəmənə göndərdikdə belə dedi: “Sən Kitab əhli olan toplumun yanına gedirsən. Ora çatdıqda onları Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna iman etməyə çağır. Əgər onlar sənə bu məsələdə itaət etsələr, onlara Allahın ﷿ gün ərzində beş dəfə namaz qılmağı vacib etdiyini xəbər ver. Əgər bu məsələdə sənə itaət etsələr, Allahın ﷿ onların varlı olanlarından götürüb kasıb olanlarına sədəqə verməyi vacib etdiyini xəbər ver. Əgər bu məsələdə sənə itaət etsələr, məzlumun duasından qorx!””

İbn Abbas
SəhihNəsəi, 2435 (Zəkat, 1)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، قَالَ : سَمِعْتُ بَهْزَ بْنَ حَكِيمٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قُلْتُ : يَا نَبِيَّ اللهِ ، مَا أَتَيْتُكَ حَتَّى حَلَفْتُ أَكْثَرَ مِنْ عَدَدِهِنَّ لأَصَابِعِ يَدَيْهِ أَنْ لاَ آتِيَكَ وَلاَ آتِيَ دِينَكَ ، وَإِنِّي كُنْتُ امْرَأً لاَ أَعْقِلُ شَيْئًا إِلاَّ مَا عَلَّمَنِي اللَّهُ عَزَّ وَجَلَّ وَرَسُولُهُ ، وَإِنِّي أَسْأَلُكَ بِوَحْيِ اللهِ ، بِمَا بَعَثَكَ رَبُّكَ إِلَيْنَا ؟ قَالَ : بِالإِسْلاَمِ ، قُلْتُ : وَمَا آيَاتُ الإِسْلاَمِ ؟ قَالَ : أَنْ تَقُولَ أَسْلَمْتُ وَجْهِي إِلَى اللهِ ، وَتَخَلَّيْتُ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ.

“Bəhz ibn Həkim atasının və babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Peyğəmbəri! Sənin yanına gəlib dinini qəbul etməmək üçün barmaqlarımın sayı qədər and içmişdim. Mən heç bir şeyə məhəl qoymayan bir adamam. Allah ﷿ və Onun Elçisinin ﷺ öyrətdiyindən başqa bir şey bilmirəm. Mən səndən soruşuram ki, sənin Rəbbin səni nə ilə göndərmişdir?” Peyğəmbər ﷺ buyurdu: “İslamla”. Mən dedim: “İslamın şərtləri nədir?” Peyğəmbər ﷺ buyurdu: “Bütün istəklərimi Allaha təslim etdim və Allaha şərik qoşmağı tərk etdim” deyərək namaz qılmağın və zəkat verməyindir”.”

Bəhz ibn Həkim atasından və babasından
HəsənNəsəi, 2436 (Zəkat, 2)

أَخْبَرَنَا عِيسَى بْنُ مُسَاوِرٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبِ بْنِ شَابُورَ ، عَنْ مُعَاوِيَةَ بْنِ سَلاَّمٍ ، عَنْ أَخِيهِ زَيْدِ بْنِ سَلاَّمٍ ، أَنَّهُ أَخْبَرَهُ عَنْ جَدِّهِ أَبِي سَلاَّمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ غُنْمٍ ، أَنَّ أَبَا مَالِكٍ الأَشْعَرِيَّ ، حَدَّثَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِسْبَاغُ الْوُضُوءِ شَطْرُ الإِيمَانِ ، وَالْحَمْدُ لِلَّهِ تَمْلأُ الْمِيزَانَ ، وَالتَّسْبِيحُ وَالتَّكْبِيرُ يَمْلأُ السَّمَوَاتِ وَالأَرْضَ ، وَالصَّلاَةُ نُورٌ ، وَالزَّكَاةُ بُرْهَانٌ ، وَالصَّبْرُ ضِيَاءٌ ، وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ.

“Əbu Malik əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dəstəmazı tam almaq imanın yarısıdır. “Əlhəmdulilləh” tərəzini doldurur. “Təsbih” və “təkbir” isə göyləri və yeri doldurur. Namaz nurdur, zəkat dəlildir, səbir işıqdır. Quran isə ya lehinə, ya da əleyhinə hüccətdir”.”

Əbu Malik əl-Əşari
SəhihNəsəi, 2437 (Zəkat, 3)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ نُعَيْمٍ الْمُجْمِرِ أَبِي عَبْدِ اللهِ ، قَالَ : أَخْبَرَنِي صُهَيْبٌ ، أَنَّهُ سَمِعَ مِنْ أَبِي هُرَيْرَةَ ، وَمِنْ أَبِي سَعِيدٍ ، يَقُولاَنِ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ أَكَبَّ ، فَأَكَبَّ كُلُّ رَجُلٍ مِنَّا يَبْكِي لاَ نَدْرِي عَلَى مَاذَا حَلَفَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فِي وَجْهِهِ الْبُشْرَى ، فَكَانَتْ أَحَبَّ إِلَيْنَا مِنْ حُمْرِ النَّعَمِ ، ثُمَّ قَالَ : مَا مِنْ عَبْدٍ يُصَلِّي الصَّلَوَاتِ الْخَمْسَ ، وَيَصُومُ رَمَضَانَ ، وَيُخْرِجُ الزَّكَاةَ ، وَيَجْتَنِبُ الْكَبَائِرَ السَّبْعَ ، إِلاَّ فُتِّحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ ، فَقِيلَ لَهُ : ادْخُلْ بِسَلاَمٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra və Əbu Səid ﵄ demişlər: “Allah Elçisi ﷺ bir gün xütbə deyərək üç dəfə: “Canım Əlində Olana and olsun!” dedi, sonra ağladı. Sonra biz də ağlamağa başladıq. Biz onun nə üçün and içdiyini bilmirdik. Sonra başını qaldırdı. Onun üzündə sevinc hissləri var idi. Onun bu halı bizim üçün qırmızı dəvə dəstələrindən daha xeyirli idi. O buyurdu: “Hansı bəndə beş vaxt namaz qılar, Ramazan orucunu tutar, zəkatı verər və yeddi böyük günahdan çəkinərsə, onun üçün Cənnətin qapıları açılar və ona belə deyilər: “Salamatlıqla daxil ol!””

Əbu Hureyra və Əbu Səid
ZəifNəsəi, 2438 (Zəkat, 4)

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ مَنْ أَنْفَقَ زَوْجَيْنِ مِنْ شَيْءٍ مِنَ الأَشْيَاءِ فِي سَبِيلِ اللهِ ، دُعِيَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللهِ هَذَا خَيْرٌ لَكَ ، وَلِلْجَنَّةِ أَبْوَابٌ ، فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلاَةِ دُعِيَ مِنْ بَابِ الصَّلاَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ ، وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ ، قَالَ أَبُو بَكْرٍ : هَلْ عَلَى مَنْ يُدْعَى مِنْ تِلْكَ الأَبْوَابِ مِنْ ضَرُورَةٍ ، فَهَلْ يُدْعَى مِنْهَا كُلِّهَا أَحَدٌ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَعَمْ ، وَإِنِّي أَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ يَعْنِي أَبَا بَكْرٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda bir şeyi qoşa sədəqə verərsə, Cənnət qapılarından çağırılar: “Ey Allah bəndəsi, bu sənin üçün daha xeyirlidir”. Kim namaz əhlindən olarsa (çox namaz qılarsa), namaz qapısından çağırılar. Kim cihad əhlindən olarsa, cihad qapısından çağırılar. Kim sədəqə əhlindən olarsa, sədəqə qapısından çağırılar. Kim çox oruc tutan olarsa, Rəyyan adlı qapıdan çağırılar”. Bu vaxt Əbu Bəkr əs-Siddiq dedi: “Hər qapıdan çağırılanın heç bir sıxıntı keçirməyəcəyi aydındır. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı, ey Allahın Elçisi!?” Allah Elçisi ﷺ buyurdu: “Bəli və mən ümid edirəm ki, sən onlardan olacaqsan”. Yəni Əbu Bəkr”.”

Əbu Hureyra
SəhihNəsəi, 2439 (Zəkat, 5)

Fəsil 2

Zəkat verməmək haqda

بَابُ : التَّغْلِيظِ فِي حَبْسِ الزَّكَاةِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، فِي حَدِيثِهِ عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : جِئْتُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ جَالِسٌ فِي ظِلِّ الْكَعْبَةِ ، فَلَمَّا رَآنِي مُقْبِلاً ، قَالَ : هُمُ الأَخْسَرُونَ وَرَبِّ الْكَعْبَةِ ، فَقُلْتُ : مَا لِي لَعَلِّي أُنْزِلَ فِيَّ شَيْءٌ ، قُلْتُ : مَنْ هُمْ فِدَاكَ أَبِي وَأُمِّي ، قَالَ : الأَكْثَرُونَ أَمْوَالاً ، إِلاَّ مَنْ قَالَ : هَكَذَا وَهَكَذَا وَهَكَذَا حَتَّى بَيْنَ يَدَيْهِ ، وَعَنْ يَمِينِهِ ، وَعَنْ شِمَالِهِ ، ثُمَّ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لاَ يَمُوتُ رَجُلٌ فَيَدَعُ إِبِلاً أَوْ بَقَرًا لَمْ يُؤَدِّ زَكَاتَهَا ، إِلاَّ جَاءَتْ يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا كَانَتْ وَأَسْمَنَهُ تَطَؤُهُ بِأَخْفَافِهَا ، وَتَنْطَحُهُ بِقُرُونِهَا ، كُلَّمَا نَفِدَتْ أُخْرَاهَا أُعِيدَتْ أُولاَهَا حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Kəbənin kölgəsində oturduğu vaxt mən onun yanına gəldim. Məni gördükdə çevrilib belə dedi: “Kəbənin Rəbbinə and olsun ki, onlar ziyana uğrayanlardır”. Öz-özümə: “Görəsən, mənimlə əlaqəli bir şeymi nazil oldu?” deyərək, “Anam-atam sənə fəda olsun, onlar kimdir, ey Allahın Elçisi?” dedim. O belə buyurdu: “Var-dövləti çox olanların, mallarını xeyirli şeylərə və yaxşılıqlara, sağına və soluna paylayanlardan başqa hamısı ziyan içində olacaqlar”. Sonra dedi: “Canım Əlində Olana and olsun! Dəvə və inəklərin zəkatını verməyən adam Qiyamət günü gətiriləcək və həmin heyvanlar daha sağlam olduqları halda onu tapdalayacaq və buynuzları ilə vuracaqlar. Sonra yenidən onu tadalayıb buynuzları ilə vuracaqlar. Bu, insanların haqq-hesabı qurtarana qədər belə davam edəcək”.”

Əbu Zərr
SəhihNəsəi, 2440 (Zəkat, 6)

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ ، عَنْ جَامِعِ بْنِ أَبِي رَاشِدٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ رَجُلٍ لَهُ مَالٌ لاَ يُؤَدِّي حَقَّ مَالِهِ إِلاَّ جُعِلَ لَهُ طَوْقًا فِي عُنُقِهِ ، شُجَاعٌ أَقْرَعُ وَهُوَ يَفِرُّ مِنْهُ وَهُوَ يَتْبَعُهُ ، ثُمَّ قَرَأَ مِصْدَاقَهُ مِنْ كِتَابِ اللهِ عَزَّ وَجَلَّ : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ} الآيَةَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Var-dövləti olub zəkatını verməyin həmin malı Qiyamət günü ilan olub boynuna dolanacaq. Adam ondan qaçmaq istəsə də ilan onu təqib edəcək”. Sonra Allah Elçisi ﷺ Allahın ﷿ Kitabından bu sözləri oxudu: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”. (Ali-İmran, 180)”.”

Abdullah
SəhihNəsəi, 2441 (Zəkat, 7)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَبِي عَمْرٍو الْغُدَانِيِّ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : أَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ إِبِلٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، قَالُوا : يَا رَسُولَ اللهِ ، مَا نَجْدَتُهَا وَرِسْلُهَا ؟ قَالَ : فِي عُسْرِهَا وَيُسْرِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ كَأَغَذِّ مَا كَانَتْ وَأَسْمَنِهِ وَآشَرِهِ ، يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ فَتَطَؤُهُ بِأَخْفَافِهَا ، إِذَا جَاءَتْ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ،حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ ، وَأَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ بَقَرٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ أَغَذَّ مَا كَانَتْ وَأَسْمَنَهُ وَآشَرَهُ ، يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ ، فَتَنْطَحُهُ كُلُّ ذَاتِ قَرْنٍ بِقَرْنِهَا ، وَتَطَؤُهُ كُلُّ ذَاتِ ظِلْفٍ بِظِلْفِهَا ، إِذَا جَاوَزَتْهُ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ ، وَأَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ غَنَمٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ كَأَغَذِّ مَا كَانَتْ وَأَكْثَرِهِ وَأَسْمَنِهِ وَآشَرِهِ ، ثُمَّ يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ فَتَطَؤُهُ كُلُّ ذَاتِ ظِلْفٍ بِظِلْفِهَا ، وَتَنْطَحُهُ كُلُّ ذَاتِ قَرْنٍ بِقَرْنِهَا ، لَيْسَ فِيهَا عَقْصَاءُ وَلاَ عَضْبَاءُ ، إِذَا جَاوَزَتْهُ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kimin dəvələri olduğu halda darlıqda və ya bolluqda ikən zəkatını verməzsə...”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, darlıq və bolluq nə deməkdir?” Allah Elçisi ﷺ buyurdu: “Asanlıq və çətinlik halları deməkdir. Qiyamət günü dəvələri daha canlı və kök halda gələcəklər və geniş bir ərazidə qoyulmuş yiyələrini yerə yıxıb tapdalayacaqlar. Dəvələrin sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaqlar. Bu hal müddəti əlli min olan Qiyamət günü bütün insanlar haqq-hesab olub qurtarana qədər davam edəcək. Sonra isə adam gedəcəyi yeri görəcək. Kimin inəkləri olduğu halda darlıqda və ya bolluqda ikən zəkatını verməzsə, Qiyamət günü inəkləri daha canlı və kök halda gələcəklər və geniş bir ərazidə qoyulmuş yiyələrini yerə yıxıb tapdalayacaq, buynuzları ilə vuracaqlar. İnəklərin sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaq və buynuzlayacaqlar. Onların buynuzlarında heç bir qırıqlıq olmayacaq. Qoyunları da eyni şəkildə sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaq. Bu əzab, müddəti əlli min il olan Qiyamət günündə bəndələr arasında haqq-hesab edilənə qədər davam edəcəkdir. Sonra isə həmin adam gedəcəyi yeri görəcək”.”

Əbu Hureyra
SəhihNəsəi, 2442 (Zəkat, 8)

Fəsil 3

Zəkatı verməkdən imtina edən

بَابُ : مَانِعِ الزَّكَاةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتُخْلِفَ أَبُو بَكْرٍ بَعْدَهُ وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ ، قَالَ عُمَرُ ، لأَبِي بَكْرٍ : كَيْفَ تُقَاتِلُ النَّاسَ ، وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، عَصَمَ مِنِّي مَالَهُ وَنَفْسَهُ ، إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللهِ ، فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ : لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ ، وَاللَّهِ لَوْ مَنَعُونِي عِقَالاً كَانُوا يُؤَدُّونَهُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهِ قَالَ عُمَرُ ، رَضِيَ اللَّهُ عَنْهُ : فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ اللَّهَ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ لِلْقِتَالِ ، فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdən sonra yerinə Əbu Bəkr xəlifə seçildi. (Onun xəlifəliyi vaxtı) bəzi ərəb qəbilələri dinlərindən dönərək kafir oldular. Ömər Əbu Bəkrə dedi: “Dindən dönən bu insanlarla necə vuruşacaqsan? Axı Allah Elçisi ﷺ “Mən insanlar “lə iləhə illəllah” deyənə qədər onlarla vuruşmaqla əmr olundum. Əgər “lə iləhə illəllah” deyərlərsə, məndən mallarını və canlarını qorumuş olarlar. Haqq-hesabları isə Allaha aiddir” deməmişdimi?” Əbu Bəkr ﵁ dedi: “Mən namazla zəkatın arasını ayıranlarla vuruşacam. Zəkat malın haqqıdır. Allaha and olsun! Əgər Allah Elçisinə ﷺ zəkat olaraq verəcəkləri bir yüyən olsa belə onlarla vuruşaram”. Ömər ﵁ dedi: “Allaha and içirəm ki, Allahın Əbu Bəkrin qəlbini döyüş üçün rahat etdiyi gördüm və bildim ki, o haqdır”.”

Əbu Hureyra
SəhihNəsəi, 2443 (Zəkat, 9)

Fəsil 4

Zəkat verməyənə verilən cəza

بَابُ : عُقُوبَةِ مَانِعِ الزَّكَاةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ حَكِيمٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : فِي كُلِّ إِبِلٍ سَائِمَةٍ فِي كُلِّ أَرْبَعِينَ ابْنَةُ لَبُونٍ ، لاَ يُفَرَّقُ إِبِلٌ عَنْ حِسَابِهَا ، مَنْ أَعْطَاهَا مُؤْتَجِرًا فَلَهُ أَجْرُهَا ، وَمَنْ أَبَى فَإِنَّا آخِذُوهَا ، وَشَطْرَ إِبِلِهِ عَزْمَةٌ مِنْ عَزَمَاتِ رَبِّنَا ، لاَ يَحِلُّ لِآلِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهَا شَيْءٌ.

“Rəvayət edilir ki, Bəhz ibn Həkim ﵀ demişdir: “Atam babamın belə dediyini mənə danışdı: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Qırx dəvədən üç yaşına çatmış bir dəvə zəkat verilir. Dəvələrdə kiçik-böyüklükdə fərq yoxdur. Kim savab qazanmaq üçün verərsə, ona əvəzi verilər. Kim dəvələrin zəkatını vermək istəməzsə, ondan həm zəkatı, həm də dəvələrin yarısını Rəbbinizin haqqı olaraq alarıq. Muhəmmədin nəslindən gələnlərə zəkat almaq halal deyil”.”

Bəhz ibn Həkim
HəsənNəsəi, 2444 (Zəkat, 10)

Fəsil 5

Dəvələrin zəkatı

بَابُ : زَكَاةِ الإِبِلِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ يَحْيَى (ح) وأَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، وَشُعْبَةَ ، وَمَالِكٍ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوْسُقٍ صَدَقَةٌ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ ، وَلاَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş vəsəqdən az olan məhsula zəkat düşmür. Dəvələr beşdən azdırsa, zəkat düşmür. Beş uqiyədən az olan gümüşə zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2445 (Zəkat, 11)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ ذَوْدٍ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوْسُقٍ صَدَقَةٌ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dəvələr beşdən azdırsa, onlara zəkat düşmür. Beş vəsəqdən az olan məhsula zəkat düşmür. Beş uqiyədən az olan gümüşə zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2446 (Zəkat, 12)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا الْمُظَفَّرُ بْنُ مُدْرِكٍ أَبُو كَامِلٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : أَخَذْتُ هَذَا الْكِتَابَ مِنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللهِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا بَكْرٍ ، كَتَبَ لَهُمْ إِنَّ هَذِهِ فَرَائِضُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمُسْلِمِينَ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ بِهَا رَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمَنْ سُئِلَهَا مِنَ الْمُسْلِمِينَ عَلَى وَجْهِهَا فَلْيُعْطِ ، وَمَنْ سُئِلَ فَوْقَ ذَلِكَ فَلاَ يُعْطِ فِيمَا دُونَ خَمْسٍ وَعِشْرِينَ مِنَ الإِبِلِ فِي كُلِّ خَمْسِ ذَوْدٍ شَاةٌ ، فَإِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ فَفِيهَا بِنْتُ مَخَاضٍ إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِنْ لَمْ تَكُنْ بِنْتُ مَخَاضٍ فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِذَا بَلَغَتْ سِتًّا وَثَلاَثِينَ فَفِيهَا بِنْتُ لَبُونٍ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَأَرْبَعِينَ فَفِيهَا حِقَّةٌ طَرُوقَةُ الْفَحْلِ إِلَى سِتِّينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَسِتِّينَ فَفِيهَا جَذَعَةٌ إِلَى خَمْسٍ وَسَبْعِينَ ، فَإِذَا بَلَغَتْ سِتًّا وَسَبْعِينَ فَفِيهَا بِنْتَا لَبُونٍ إِلَى تِسْعِينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَتِسْعِينَ فَفِيهَا حِقَّتَانِ طَرُوقَتَا الْفَحْلِ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ فَفِي كُلِّ أَرْبَعِينَ بِنْتُ لَبُونٍ وَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، فَإِذَا تَبَايَنَ أَسْنَانُ الإِبِلِ فِي فَرَائِضِ الصَّدَقَاتِ ، فَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْجَذَعَةِ وَلَيْسَتْ عِنْدَهُ جَذَعَةٌ وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ حِقَّةٌ وَعِنْدَهُ جَذَعَةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ وَعِنْدَهُ بِنْتُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ بِنْتُ لَبُونٍ وَعِنْدَهُ بِنْتُ مَخَاضٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمَا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ مَخَاضٍ وَلَيْسَ عِنْدَهُ إِلاَّ ابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِنَّهُ يُقْبَلُ مِنْهُ وَلَيْسَ مَعَهُ شَيْءٌ ، وَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ إِلاَّ أَرْبَعٌ مِنَ الإِبِلِ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي صَدَقَةِ الْغَنَمِ فِي سَائِمَتِهَا إِذَا كَانَتْ أَرْبَعِينَ فَفِيهَا شَاةٌ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا شَاتَانِ إِلَى مِائَتَيْنِ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا ثَلاَثُ شِيَاهٍ إِلَى ثَلاَثِ مِئَةٍ ، فَإِذَا زَادَتْ فَفِي كُلِّ مِئَةٍ شَاةٌ ، وَلاَ يُؤْخَذُ فِي الصَّدَقَةِ هَرِمَةٌ وَلاَ ذَاتُ عَوَارٍ وَلاَ تَيْسُ الْغَنَمِ إِلاَّ أَنْ يَشَاءَ الْمُصَّدِّقُ ، وَلاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ خَشْيَةَ الصَّدَقَةِ ، وَمَا كَانَ مِنْ خَلِيطَيْنِ فَإِنَّهُمَا يَتَرَاجَعَانِ بَيْنَهُمَا بِالسَّوِيَّةِ ، فَإِذَا كَانَتْ سَائِمَةُ الرَّجُلِ نَاقِصَةً مِنْ أَرْبَعِينَ شَاةً وَاحِدَةٌ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي الرِّقَةِ رُبْعُ الْعُشْرِ ، فَإِنْ لَمْ تَكُنْ إِلاَّ تِسْعِينَ وَمِائَةَ دِرْهَمٍ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr (Bəhreynlilərə) zəkat haqda bunları yazdı: “Bu, Allahın və Onun Elçisinin ﷺ müsəlmanlara vacib buyurduğu, habelə Allahın ﷿ Öz elçisinə ﷺ vacib buyurduğu zəkatdır; hansı müsəlmandan burada göstərilən miqdarda zəkat tələb olunarsa, onu versin, bundan artığı tələb olunsa, verməsin. İyirmi beş dəvəyə qədər hər beş dəvəyə bir qoyun verilir. İyirmi beş dəvədən otuz beş dəvəyə qədər bir yaşını keçmiş bir dişi dəvə verilir. Əgər bir yaşını keçmiş dəvə yoxdursa, üç yaşına keçmiş bir erkək dəvə verilir. Dəvələrin sayı otuz altıdan qırx beş dəvəyə qədər olarsa, üç yaşına keçmiş bir dişi dəvə verilir. Dəvələrin sayı qırx altıdan altmış dəvəyə qədər olarsa, hamilə olan dörd yaşa keçmiş bir dəvə verilir. Altmış birdən yetmiş beşə qədər olarsa, beş yaşına çatmış bir dəvə, yetmiş altıdan doxsana qədər olarsa, üç yaşşına keçmiş iki dişi dəvə verilir. Dəvələrin sayı doxsan birdən yüz iyirmiyə qədər olduqda dörd yaşına keçmiş hamilə olan iki dəvə zəkat verilir. Yüz iyirmidən sonra hər qırx dəvəyə görə iki yaşlı bir dişi dəvə, hər əlli dəvəyə isə dörd yaşına keçmiş bir dəvə zəkat verilir. Zəkat olaraq veriləcək dəvələrin yaşları məsələsində çətinlik olarsa, məsələn, beş yaşlı bir dəvəni zəkat verməsi gərəkən bir adamın bu yaşda bir dəvəsi olmaz və dörd yaşlı bir dəvəsi varsa, onu və üstəlik iki qoyunu zəkat verir. Qoyun tapa bilməsə, pul şəklində iyirmi dirhəm də verə bilər. Dörd yaşı olmuş bir dəvə verməsi gərəkən adamda bu yaşda dəvə olmazsa, beş yaşlı bir dəvə taparsa, zəkat məmuru bunu həmin adamdan götürüb əvəzində ya iki qoyun, ya da iyirmi dirhəm verir. Dəvələri dörd yaşına çatmış bir dəvəni zəkat verəcək olan adam dörd yaşına çatmış dəvə tapmasa, üç yaşına çatmış bir dəvə taparsa, zəkat məmuru bunu götürür, hansı asandırsa, dəvənin yiyəsindən ya iki qoyun, ya da pul şəklində iyirmi dirhəm alır. Dəvələrinin sayı üç yaşa keçmiş dəvəni zəkat verəcək miqdara çatan və belə bir dəvəsi olmayanın, dörd yaşına keçmiş bir dəvəsi olarsa, zəkat məmuru bu dəvəni götürür, ona ya iki qoyun, ya da iyirmi dirhəm geri qaytarır. Dəvələrinin sayı iki yaşlı dəvənin zəkat verilməsi miqdarına çatıbsa, lakin belə bir dəvə tapa bilmir və bir yaşı olmuş dəvəsi varsa, zəkat məmuru tərəfindən bu dəvə götürülür və mal yiyəsi üçün hansı daha rahatdırsa, ya iyirmi dirhəm, ya da iki qoyun verir. Dəvələrinin sayı bir yaşlı bir dəvənin zəkat verilməsi miqdarına çatıbsa, lakin belə bir dəvə tapa bilmir və üç yaşı olmuş erkək dəvəsi varsa, zəkat məmuru tərəfindən bu dəvə götürülür, başqa heç nə almır. Dəvələrin sayı dörd ədəd olana zəkat düşmür, amma yiyəsi Rəbbinin istədiyi qədər bir şey verərəsə, istisnadır. Otlayan qoyunların sayı qırx ədəd olarsa, bir qoyunun zəkat verilməsi lazımdır. Yüz iyirmi ədəd qoyuna qədər bir qoyun zəkat verilir. Yüz iyirmidən iki yüzə qədər qoyuna görə iki qoyun zəkat verilir. İki yüz bir ədəd qoyundan üç yüz qoyuna qədər üç qoyun zəkat verilir. Üç yüzdən sonra hər yüz qoyuna görə bir qoyun zəkat verilir. Dişləri tökülən, yaşlı və qüsurlu qoyunlar zəkat alınmır. Yiyəsi əlavə olaraq versə, zərəri yoxdur. Zəkat almaq üçün ayrı-ayrı adamların malları birləşdirilmədiyi kimi, zəkat verməmək üçün bir adamın malı onun ailəsi və yaxınları arasında paylaşdırıla bilməz. Şərik olan mallarda zəkatı şərikliyin miqdarına görə bərabər şəkildə bölünür. Otlaqda otarılan qoyunların sayı qırxdan azdırsa, onlara zəkat düşmür, amma yiyəsi əlavə olaraq verərsə, zərər deyil. Gümüşün zəkatı qırxdabirdir. Kimin yüz doxsan dirhəm gümüşü olarsa, buna zəkat düşmür, amma yiyəsi əlavə olaraq istəsə verə bilər”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 2447 (Zəkat, 13)

Fəsil 6

Dəvələrin zəkatını verməkdən imtina edən

بَابُ : مَانِعِ زَكَاةِ الإِبِلِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ بِهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَأْتِي الإِبِلُ عَلَى رَبِّهَا عَلَى خَيْرِ مَا كَانَتْ إِذَا هِيَ لَمْ يُعْطِ فِيهَا حَقَّهَا تَطَؤُهُ بِأَخْفَافِهَا ، وَتَأْتِي الْغَنَمُ عَلَى رَبِّهَا عَلَى خَيْرِ مَا كَانَتْ إِذَا لَمْ يُعْطِ فِيهَا حَقَّهَا تَطَؤُهُ بِأَظْلاَفِهَا وَتَنْطَحُهُ بِقُرُونِهَا ، قَالَ : وَمِنْ حَقِّهَا أَنْ تُحْلَبَ عَلَى الْمَاءِ ، أَلاَ لاَ يَأْتِيَنَّ أَحَدُكُمْ يَوْمَ الْقِيَامَةِ بِبَعِيرٍ يَحْمِلُهُ عَلَى رَقَبَتِهِ لَهُ رُغَاءٌ ، فَيَقُولُ : يَا مُحَمَّدُ ، فَأَقُولُ : لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ بَلَّغْتُ ، أَلاَ لاَ يَأْتِيَنَّ أَحَدُكُمْ يَوْمَ الْقِيَامَةِ بِشَاةٍ يَحْمِلُهَا عَلَى رَقَبَتِهِ لَهَا يُعَارٌ ، فَيَقُولُ : يَا مُحَمَّدُ ، فَأَقُولُ لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ بَلَّغْتُ . قَالَ : وَيَكُونُ كَنْزُ أَحَدِهِمْ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ يَفِرُّ مِنْهُ صَاحِبُهُ وَيَطْلُبُهُ أَنَا كَنْزُكَ ، فَلاَ يَزَالُ حَتَّى يُلْقِمَهُ أُصْبُعَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü zəkatı verilməyən dəvələr dünyadakından daha güclü və daha yaxşı halda yiyəsinin yanına gələcək və onu tapdalayacaqlar. Zəkatı verilməyən qoyunlar da əvvəlkindən daha güclü və daha yaxşı vəziyyətdə gətirilib dırnaqları ilə yiyəsini tapdalayacaq və buynuzları ilə vuracaqlar. Heyvanların su içirdildikləri yerlərdə süd sağılması da onların haqlarındandır. Sizdən biri Qiyamət günü dəvəsinə yüklənərək və dəvə kimi böyürərək: “Ey Muhəmməd!” deyərək gəlməsin. Mən ona deyəcəyəm: “Mən sənə bir köməklik edə bilmərəm, çünki sənə bunu çatdırmışdım”. Sizdən biri Qiyamət günü qoyununu çiyninə alıb qoyun kimi mələyərək: “Ey Muhəmməd!” deyərək gəlməsin. Mən ona deyəcəyəm: “Mən sənə bir köməklik edə bilmərəm, çünki sənə bunu çatdırmışdım”. Qiyamət günü sizdən birinin zəkatı verilməmiş xəzinəsi varsa, həmin mallar başının tükü tökülmüş ilan şəklində yiyəsinin barmağından tutub “mən sənin malların və xəzinənəm” deyəcək”.”

Əbu Hureyra
SəhihNəsəi, 2448 (Zəkat, 14)

Fəsil 7

Yiyəsi üçün yükdaşımada istifadə edilən dəvəyə zəkatın düşməməsi

بَابُ : سُقُوطِ الزَّكَاةِ عَنِ الإِبِلِ إِذَا كَانَتْ رُسُلاً لأَهْلِهَا وَلِحُمُولَتِهِمْ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، قَالَ : سَمِعْتُ بَهْزَ بْنَ حَكِيمٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : فِي كُلِّ إِبِلٍ سَائِمَةٍ مِنْ كُلِّ أَرْبَعِينَ ابْنَةُ لَبُونٍ ، لاَ تُفَرَّقُ إِبِلٌ عَنْ حِسَابِهَا ، مَنْ أَعْطَاهَا مُؤْتَجِرًا لَهُ أَجْرُهَا ، وَمَنْ مَنَعَهَا فَإِنَّا آخِذُوهَا ، وَشَطْرَ إِبِلِهِ عَزْمَةً مِنْ عَزَمَاتِ رَبِّنَا ، لاَ يَحِلُّ لِآلِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهَا شَيْءٌ.

“Bəhz ibn Həkim atasının və babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Otarılan dəvələrdən hər qırxına görə üç yaşlı dişi bir dəvə zəkat olaraq verilir. Dəvələr sayılarkən cavan, yaşlı, iri, balaca fərq etmədən hesaba alınır. Kim savab qazanmaq üçün zəkat verərsə, ona savabı verilər. Zəkat vermək istəməyəndən cəza olaraq dəvələrin yarısı alınar. Bu, Rəbbiniz tərəfindən təyin edilmiş bir haqdır. Muhəmmədin ﷺ ailəsinə isə zəkatdan bir şey götürmək halal deyil”.”

Bəhz ibn Həkim atasından və babasından
HəsənNəsəi, 2449 (Zəkat, 15)

Fəsil 8

İnəklərin zəkatı

بَابُ : زَكَاةِ الْبَقَرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ وَهُوَ ابْنُ مُهَلْهَلٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ مُعَاذٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَهُ إِلَى الْيَمَنِ وَأَمَرَهُ أَنْ يَأْخُذَ مِنْ كُلِّ حَالِمٍ دِينَارًا أَوْ عِدْلَهُ مَعَافِرَ ، وَمِنَ الْبَقَرِ مِنْ ثَلاَثِينَ تَبِيعًا أَوْ تَبِيعَةً ، وَمِنْ كُلِّ أَرْبَعِينَ مُسِنَّةً.

“Rəvayət edilir ki, Allah Elçisi ﷺ Muazı Yəmənə göndərdikdə ağlı başında olan (qeyri-müsəlman) hər kəsdən bir dinar və ya əvəzində bir Yəmən libasını cizyə olaraq almağı, inəklərin sayı otuza çatdıqda iki yaşlı erkək və ya dişi inəyi, sayı qırxa çatdıqda iki yaşı tamam olan bir inəyi zəkat olaraq almağı əmr etdi”.”

Muaz
SəhihNəsəi, 2450 (Zəkat, 16)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى وَهُوَ ابْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، وَالأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، قَالاَ : قَالَ مُعَاذٌ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْيَمَنِ فَأَمَرَنِي أَنْ آخُذَ مِنْ كُلِّ أَرْبَعِينَ بَقَرَةً ثَنِيَّةً ، وَمِنْ كُلِّ ثَلاَثِينَ تَبِيعًا ، وَمِنْ كُلِّ حَالِمٍ دِينَارًا أَوْ عِدْلَهُ مَعَافِرَ.

“Rəvayət edilir ki, Muaz ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə qırx inəyi olandan iki yaşı tamam olan bir inək, otuz inəyi olandan iki yaşlı erkək inəyi və bir buzovu zəkat olaraq almağımı əmr etdi. Həmçinin müsəlman olmayan və ağlı başında olan hər adamdan cizyə olaraq bir dinar və ya əvəz olaraq Yəmən libası almağımı da əmr etdi”.”

Muaz
SəhihNəsəi, 2451 (Zəkat, 17)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ مُعَاذٍ ، قَالَ : لَمَّا بَعَثَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْيَمَنِ أَمَرَهُ أَنْ يَأْخُذَ مِنْ كُلِّ ثَلاَثِينَ مِنَ الْبَقَرِ تَبِيعًا أَوْ تَبِيعَةً ، وَمِنْ كُلِّ أَرْبَعِينَ مُسِنَّةً ، وَمِنْ كُلِّ حَالِمٍ دِينَارًا أَوْ عِدْلَهُ مَعَافِرَ.

“Rəvayət edilir ki, Muaz ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə otuz inəyi olandan iki yaşı tamam olan erkək və ya dişi bir inəyi, qırx inəyi olandan bir yaşı tamam olan bir inəyi zəkat olaraq almağımı əmr etdi. Həmçinin müsəlman olmayan və ağlı başında olan hər adamdan cizyə olaraq bir dinar və ya əvəz olaraq Yəmən libası almağımı da əmr etdi”.”

Muaz
SəhihNəsəi, 2452 (Zəkat, 18)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الطُّوسِيُّ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ ابْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ الأَعْمَشُ ، عَنْ أَبِي وَائِلِ بْنِ سَلَمَةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، قَالَ : أَمَرَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ بَعَثَنِي إِلَى الْيَمَنِ أَنْ لاَ آخُذَ مِنَ الْبَقَرِ شَيْئًا حَتَّى تَبْلُغَ ثَلاَثِينَ ، فَإِذَا بَلَغَتْ ثَلاَثِينَ فَفِيهَا عِجْلٌ تَابِعٌ جَذَعٌ أَوْ جَذَعَةٌ حَتَّى تَبْلُغَ أَرْبَعِينَ ، فَإِذَا بَلَغَتْ أَرْبَعِينَ فَفِيهَا بَقَرَةٌ مُسِنَّةٌ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə sayı otuzdan az inəyi olandan heç nə almamağımı, sayı otuz olduqda isə bir yaşı tamam olan erkək və ya dişi bir inəyi, sayı qırxa çatdıqda isə iki yaşı tamam olan bir inəyi zəkat olaraq almağımı əmr etdi”.”

Muaz ibn Cəbəl
SəhihNəsəi, 2453 (Zəkat, 19)

Fəsil 9

İnəklərin zəkatını verməkdən imtina edən

بَابُ : مَانِعِ زَكَاةِ الْبَقَرِ

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، عَنْ ابْنِ فُضَيْلٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ صَاحِبِ إِبِلٍ وَلاَ بَقَرٍ وَلاَ غَنَمٍ لاَ يُؤَدِّي حَقَّهَا ، إِلاَّ وُقِفَ لَهَا يَوْمَ الْقِيَامَةِ بِقَاعٍ قَرْقَرٍ تَطَؤُهُ ذَاتُ الأَظْلاَفِ بِأَظْلاَفِهَا ، وَتَنْطَحُهُ ذَاتُ الْقُرُونِ بِقُرُونِهَا ، لَيْسَ فِيهَا يَوْمَئِذٍ جَمَّاءُ وَلاَ مَكْسُورَةُ الْقَرْنِ . قُلْنَا : يَا رَسُولَ اللهِ ، وَمَاذَا حَقُّهَا ؟ قَالَ : إِطْرَاقُ فَحْلِهَا ، وَإِعَارَةُ دَلْوِهَا ، وَحَمْلٌ عَلَيْهَا فِي سَبِيلِ اللهِ ، وَلاَ صَاحِبِ مَالٍ لاَ يُؤَدِّي حَقَّهُ ، إِلاَّ يُخَيَّلُ لَهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعٌ أَقْرَعُ يَفِرُّ مِنْهُ صَاحِبُهُ وَهُوَ يَتَّبِعُهُ يَقُولُ لَهُ : هَذَا كَنْزُكَ الَّذِي كُنْتَ تَبْخَلُ بِهِ ، فَإِذَا رَأَى أَنَّهُ لاَ بُدَّ لَهُ مِنْهُ أَدْخَلَ يَدَهُ فِي فِيهِ ، فَجَعَلَ يَقْضَمُهَا كَمَا يَقْضَمُ الْفَحْلُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dəvənin, inəyin və qoyunun zəkatını verməyən elə bir adam yoxdur ki, zəkatını vermədiyi həmin heyvanlar Qiyamət günü bir meydanda yiyəsini dırnaqları və buynuzları ilə vurmasınlar. O gün buynuzsuz və ya buynuzu qırıq heyvan olmayacaq”. Biz dedik: “Ey Allahın Elçisi, o heyvanların haqqı nədir?” Allah Elçisi ﷺ buyurdu: “Heyvanların erkəklərini başqalarına tumluq olaraq vermək, həmçinin Allah xatirinə yük daşımaq üçün o heyvanları kirayə verməkdir. Bu heyvanlardan başqa digər mallarının zəkatını verməyən elə bir adam yoxdur ki, zəkatını vermədiyi həmin mal-dövlət Qiyamət günü başının tükləri tökülmüş bir ilan şəklində gəlməsin. Yiyəsi ondan qaçacaq, o isə yiyəsinin ardı ilə düşüb belə deyəcək: “Bu, sənin xəsislik etdiyin sərvətindir”. Yiyəsi görəcək ki, ondan xilas olmaq mümkün deyil və əlini o ilanın ağzına qoyacaq. İlan da güclü bir heyvan kimi dişləri ilə əlini çeynəyib əzməyə başlayacaq”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2454 (Zəkat, 20)

Fəsil 10

Qoyunların zəkatı

بَابُ : زَكَاةِ الْغَنَمِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : أَنْبَأَنَا سُرَيْجُ بْنُ النُّعْمَانِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللهِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ كَتَبَ لَهُ أَنَّ هَذِهِ فَرَائِضُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمُسْلِمِينَ الَّتِي أَمَرَ اللَّهُ بِهَا رَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمَنْ سُئِلَهَا مِنَ الْمُسْلِمِينَ عَلَى وَجْهِهَا فَلْيُعْطِهَا ، وَمَنْ سُئِلَ فَوْقَهَا فَلاَ يُعْطِهِ فِيمَا دُونَ خَمْسٍ وَعِشْرِينَ مِنَ الإِبِلِ فِي خَمْسِ ذَوْدٍ شَاةٌ ، فَإِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ فَفِيهَا بِنْتُ مَخَاضٍ إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِنْ لَمْ تَكُنِ ابْنَةُ مَخَاضٍ فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَثَلاَثِينَ فَفِيهَا بِنْتُ لَبُونٍ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَأَرْبَعِينَ فَفِيهَا حِقَّةٌ طَرُوقَةُ الْفَحْلِ إِلَى سِتِّينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَسِتِّينَ فَفِيهَا جَذَعَةٌ إِلَى خَمْسَةٍ وَسَبْعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَسَبْعِينَ فَفِيهَا ابْنَتَا لَبُونٍ إِلَى تِسْعِينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَتِسْعِينَ فَفِيهَا حِقَّتَانِ طَرُوقَتَا الْفَحْلِ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ فَفِي كُلِّ أَرْبَعِينَ ابْنَةُ لَبُونٍ وَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، فَإِذَا تَبَايَنَ أَسْنَانُ الإِبِلِ فِي فَرَائِضِ الصَّدَقَاتِ فَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْجَذَعَةِ وَلَيْسَتْ عِنْدَهُ جَذَعَةٌ وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ جَذَعَةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ وَعِنْدَهُ ابْنَةُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ بِنْتِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ بِنْتِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ بِنْتُ لَبُونٍ وَعِنْدَهُ بِنْتُ مَخَاضٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ مَخَاضٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ ابْنُ لَبُونٍ ذَكَرٌ فَإِنَّهُ يُقْبَلُ مِنْهُ وَلَيْسَ مَعَهُ شَيْءٌ ، وَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ إِلاَّ أَرْبَعَةٌ مِنَ الإِبِلِ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي صَدَقَةِ الْغَنَمِ فِي سَائِمَتِهَا إِذَا كَانَتْ أَرْبَعِينَ فَفِيهَا شَاةٌ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا شَاتَانِ إِلَى مِائَتَيْنِ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا ثَلاَثُ شِيَاهٍ إِلَى ثَلاَثِ مِئَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِي كُلِّ مِئَةٍ شَاةٌ ، وَلاَ تُؤْخَذُ فِي الصَّدَقَةِ هَرِمَةٌ وَلاَ ذَاتُ عَوَارٍ وَلاَ تَيْسُ الْغَنَمِ إِلاَّ أَنْ يَشَاءَ الْمُصَّدِّقُ ، وَلاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ خَشْيَةَ الصَّدَقَةِ ، وَمَا كَانَ مِنْ خَلِيطَيْنِ فَإِنَّهُمَا يَتَرَاجَعَانِ بَيْنَهُمَا بِالسَّوِيَّةِ ، وَإِذَا كَانَتْ سَائِمَةُ الرَّجُلِ نَاقِصَةً مِنْ أَرْبَعِينَ شَاةً وَاحِدَةً فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي الرِّقَةِ رُبْعُ الْعُشْرِ ، فَإِنْ لَمْ يَكُنِ الْمَالُ إِلاَّ تِسْعِينَ وَمِائَةً فَلَيْسَ فِيهِ شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr ﵁ ona zəkat mövzusunda Allahın və Onun Elçisinin ﷺ fərz (vacib) etdiyi miqdarları belə yazmışdır: Müsəlmanlardan buna uyğun zəkat istənilərsə, versin. Bundan çoxu istənilərsə verməsin. İyirmi beş dəvəyə qədər hər beş dəvəyə görə bir qoyun, iyirmi beşdən otuz beşə qədər bir yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilir. Əgər bir yaşı tamam olmuş dişi dəvə yoxdursa, iki yaşı tamam olmuş bir erkək dəvə verilməlidir. Otuz altıdan qırx beşə qədər iki yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilməlidir. Qırx altıdan altmışa qədər üç yaşı tamam olmuş toxumluq bir dəvə verilir. Altmış birdən yetmiş beşə qədər dörd yaşı tamam olmuş dişi dəvə zəkat olaraq verilir. Yetmiş altıdan doxsana qədər iki yaşı tamam olmuş iki dişi dəvə zəkat olaraq verilir. Doxsan birdən yüz iyirmiyə qədər üç yaşı tamam olmuş toxumluq iki erkək dəvə verilir. Yüz iyirmidən sonra hər qırx dəvəyə iki yaşı tamam olmuş bir dişi dəvə və hər əlli dəvəyə üç yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilir. Zəkat üçün lazım olan yaşda dəvə tapılmasa, birinin dörd yaşı tamam olmuş bir dəvə zəkat verməsi lazım olduğu halda bu yaşda dəvəsi olmasa, üç yaşı tamam olmuş dəvəsi olarsa, ondan bu dəvə zəkat olaraq götürülür. Həmçinin hansı daha rahatdırsa, ya iki qoyun, ya da iyirmi dirhəm alınır. Kimin üç yaşı tamam olmuş bir dəvə verməsi lazım olar, lakin belə bir dəvəsi tapılmazsa, dörd yaşı tamam olmuş bir dəvəsi olarsa, zəkat olaraq bu dəvə götürülür. Zəkat məmuru bu adama ya iyirmi dirhəm, ya da iki qoyun verir. Kimin iki yaşı tamam olmuş bir dişi dəvə zəkat verməsi lazımdırsa, lakin belə bir dəvəsi yoxdursa, bir yaşı tamam olmuş bir dişi dəvəsi varsa, zəkat məmuru həm bunu götürür, həm də həmin adama hansı rahatdırsa, iki qoyun və ya iyirmi dirhəm götürür. Kim bir yaşı tamam olmuş bir dəvəni zəkat olaraq verməlidirsə, belə bir dəvə yoxdursa və iki yaşı tamam olmuş dəvəsi varsa, onun əvəzinə bu dəvə alınır və zəkat məmuru iki qoyunu və ya iyirmi dirhəmi ona geri qaytarır. Dörd dəvəsi olana zəkat düşmür, amma yiyəsi istəsə verə bilər. Otlaqda qidalanan qoyunların sayı qırxa çatdıqda, bir qoyun zəkat olaraq verilir. Yüz iyirmi ədəd qoyuna qədər bu say dəyişmir. Yüz iyirmi birdən iki yüzə qədər iki qoyun zəkat olaraq verilir. İki yüz birdən üç yüzə qədər üç qoyun zəkat olaraq verilir. Üç yüz birdən sonra hər yüz qoyuna bir qoyun zəkat verilir. Yaşlı, naqis heyvanlarla sürünün qoçu zəkat kimi götürülmür. Amma yiyəsi istəsə verə bilər. Mal-qara sahibi çox verməmək üçün, zəkat məmuru da çox almamaq üçün ayrılıqda hesaba alınması lazım olanları bir yerdə, bir yerdə hesaba alınması lazım olanları ayıraraq hesablaya bilməz. Şərik mallarda zəkat olaraq alınan heyvan şəriklər tərəfindən şəriklik səviyyəsinə görə bərabər şəkildə ödənir. Otlaqda qidalanan heyvanlar qırxdan bir əskik olarsa, bunlara zəkat düşmür. Amma yiyəsi istəsə verə bilər. Gümüşün zəkatı qırxdabirdir. Yüz doxsan dirhəm gümüşü olana zəkat düşmür, amma yiyəsi istəsə verə bilər”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 2455 (Zəkat, 21)

Fəsil 11

Qoyunların zəkatını verməkdən imtina edən

بَابُ : مَانِعِ زَكَاةِ الْغَنَمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ صَاحِبِ إِبِلٍ وَلاَ بَقَرٍ وَلاَ غَنَمٍ لاَ يُؤَدِّي زَكَاتَهَا ، إِلاَّ جَاءَتْ يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا كَانَتْ وَأَسْمَنَهُ ، تَنْطَحُهُ بِقُرُونِهَا ، وَتَطَؤُهُ بِأَخْفَافِهَا ، كُلَّمَا نَفِدَتْ أُخْرَاهَا أَعَادَتْ عَلَيْهِ أُولاَهَا ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin dəvəsi, inəyi və qoyunu olarsa, lakin onların zəkatını verməzsə, həmin heyvanlar Qiyamət günü dünyada olduqlarından daha sağlam və daha cüssəli halda gətirilib yiyələrini buynuzları ilə vurub tapdalayacaqlar. Sonda olan heyvan tapdalamanı bitirdikdə, əvvəlkilər yenidən gəlib bunu insanların sorğu-sualı bitincəyə qədər davam edəcəklər”.”

Əbu Zərr
SəhihNəsəi, 2456 (Zəkat, 22)

Fəsil 12

Zəkatı çox verməmək üçün ayrılıqda hesaba alınması lazım olanları bir yerdə, bir yerdə hesaba alınması lazım olanları ayıraraq hesablamaq haqda

بَابُ : الْجَمْعِ بَيْنَ الْمُتَفَرِّقِ وَالتَّفْرِيقِ بَيْنَ الْمُجْتَمِعِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ هُشَيْمٍ ، عَنْ هِلاَلِ بْنِ خَبَابٍ ، عَنْ مَيْسَرَةَ أَبِي صَالِحٍ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، قَالَ : أَتَانَا مُصَدِّقُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَيْتُهُ فَجَلَسْتُ إِلَيْهِ فَسَمِعْتُهُ يَقُولُ : إِنَّ فِي عَهْدِي أَنْ لاَ نَأْخُذَ رَاضِعَ لَبَنٍ ، وَلاَ نَجْمَعَ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ نُفَرِّقَ بَيْنَ مُجْتَمِعٍ ، فَأَتَاهُ رَجُلٌ بِنَاقَةٍ كَوْمَاءَ فَقَالَ : خُذْهَا ، فَأَبَى.

“Rəvayət edilir ki, Suveyd ibn Ğafələ ﵁ demişdir: “Peyğəmbərin ﷺ zəkat məmuru bizə gəlmişdi. Onun yanına gəlib oturdum və dediyini eşitdim: “Südündən istifadə etmək üçün saxlanılan sağmal heyvanlardan zəkat alınmaması bizə əmr edildi. Həmçinin insanların mallarını çox zəkat almaq üçün birləşdirməməyimiz və az zəkat üçün ayırmamağımız da bizə əmr edildi”. Bu əsnada bir nəfər yaşlı bir dəvə gətirdi və: “Bunu götür!” dedi. Zəkat məmuru isə götürmədi”.”

Suveyd ibn Ğafələ
SəhihNəsəi, 2457 (Zəkat, 23)

أَخْبَرَنَا هَارُونُ بْنُ زَيْدِ بْنِ يَزِيدَ ، يَعْنِي ابْنَ أَبِي الزَّرْقَاءِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ : أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ سَاعِيًا فَأَتَى رَجُلاً فَآتَاهُ فَصِيلاً مَخْلُولاً ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بَعَثْنَا مُصَدِّقَ اللهِ وَرَسُولِهِ ، وَإِنَّ فُلاَنًا أَعْطَاهُ فَصِيلاً مَخْلُولاً ، اللَّهُمَّ لاَ تُبَارِكْ فِيهِ وَلاَ فِي إِبِلِهِ ، فَبَلَغَ ذَلِكَ الرَّجُلَ فَجَاءَ بِنَاقَةٍ حَسْنَاءَ فَقَالَ : أَتُوبُ إِلَى اللهِ عَزَّ وَجَلَّ وَإِلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اللَّهُمَّ بَارِكْ فِيهِ وَفِي إِبِلِهِ.

“Vail ibn Hucr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onu zəkat məmuru olaraq göndərmişdi. Bir nəfər ona xəstə və zəif bir heyvan gətirdi. Peyğəmbər ﷺ buyurdu: “Biz Allah və Onun Elçisinin zəkat məmurunu göndərmişik. Filankəs isə zəkat olaraq xəstə və zəif bir dəvə verib. Allah ona və dəvələrinə bərəkət verməsin!” Peyğəmbərin ﷺ bu sözü həmin adama çatdıqda gözəl bir dişi dəvə gətirərək: “Allah və Onun Elçisinin əmrinə tabe oluram” dedi. Peyğəmbər ﷺ də belə dua etdi: “Allahım, ona və dəvələrinə bərəkət ver!””

Vail ibn Hucr
SəhihNəsəi, 2458 (Zəkat, 24)

Fəsil 13

İmamın sədəqə (zəkat) verən üçün duası

بَابُ : صَلاَةِ الإِمَامِ عَلَى صَاحِبِ الصَّدَقَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ عَمْرُو بْنُ مُرَّةَ : أَخْبَرَنِي ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ قَوْمٌ بِصَدَقَتِهِمْ ، قَالَ : اللَّهُمَّ صَلِّ عَلَى آلِ فُلاَنٍ ، فَأَتَاهُ أَبِي بِصَدَقَتِهِ فَقَالَ : اللَّهُمَّ صَلِّ عَلَى آلِ أَبِي أَوْفَى.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Bir dəstə insan zəkatlarını əlləri ilə gətirib Allah Elçisinə ﷺ vermişdilər. Allah Elçisi ﷺ də belə dua etdi: “Allahım, filan ailəyə rəhm et!” Sonra atam da zəkatını gətirmişdi. Allah Elçisi ﷺ ona belə dua etdi: “Allahım, Əbu Əufənin ailəsinə rəhm et!””

Abdullah ibn Əbu Əufə
SəhihNəsəi, 2459 (Zəkat, 25)

Fəsil 14

Sədəqəni artıq verərsə nə olur?

بَابُ : إِذَا جَاوَزَ فِي الصَّدَقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي إِسْمَعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هِلاَلٍ ، قَالَ : قَالَ جَرِيرٌ : أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَاسٌ مِنَ الأَعْرَابِ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، يَأْتِينَا نَاسٌ مِنْ مُصَدِّقِيكَ يَظْلِمُونَ ، قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ ، قَالُوا : وَإِنْ ظَلَمَ ؟ قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ ، ثُمَّ قَالُوا : وَإِنْ ظَلَمَ ؟ قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ قَالَ جَرِيرٌ : فَمَا صَدَرَ عَنِّي مُصَدِّقٌ مُنْذُ سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ وَهُوَ رَاضٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Bədəvilərdən bir dəstə Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın Elçisi, sənin zəkat məmurların gəlib bizə zülm edirlər”. Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Bədəvilər dedilər: “Zülm etsələr də?” Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Bədəvilər yenə dedilər: “Zülm etsələr də?” Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Cərir deyir: “Mən bu sözləri Allah Elçisindən ﷺ eşidəndən bəri həmişə zəkat məmurunu razı etdim”.”

Cərir
SəhihNəsəi, 2460 (Zəkat, 26)

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ هُوَ ابْنُ عُلَيَّةَ ، قَالَ : أَنْبَأَنَا دَاوُدُ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : قَالَ جَرِيرٌ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أَتَاكُمُ الْمُصَّدِّقُ فَلْيَصْدُرْ وَهُوَ عَنْكُمْ رَاضٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin yanınıza zəkat məmuru gəldikdə sizdən razı olduğu halda qayıtsın!””

Cərir
SəhihNəsəi, 2461 (Zəkat, 27)

Fəsil 15

Mal sahibinin zəkatının zəkat məmurunun seçimi ilə olmaması

بَابُ : إِعْطَاءِ السَّيِّدِ الْمَالَ بِغَيْرِ اخْتِيَارِ الْمُصَّدِّقِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ أَبِي سُفْيَانَ ، عَنْ مُسْلِمِ بْنِ ثَفِنَةَ ، قَالَ : اسْتَعْمَلَ ابْنُ عَلْقَمَةَ أَبِي عَلَى عِرَافَةِ قَوْمِهِ ، وَأَمَرَهُ أَنْ يُصَدِّقَهُمْ ، فَبَعَثَنِي أَبِي إِلَى طَائِفَةٍ مِنْهُمْ لِآتِيَهُ بِصَدَقَتِهِمْ ، فَخَرَجْتُ حَتَّى أَتَيْتُ عَلَى شَيْخٍ كَبِيرٍ يُقَالُ لَهُ سَعْرٌ ، فَقُلْتُ : إِنَّ أَبِي بَعَثَنِي إِلَيْكَ لِتُؤَدِّيَ صَدَقَةَ غَنَمِكَ ، قَالَ : ابْنَ أَخِي وَأَيُّ نَحْوٍ تَأْخُذُونَ ؟ قُلْتُ : نَخْتَارُ حَتَّى إِنَّا لَنَشْبُرُ ضُرُوعَ الْغَنَمِ ، قَالَ : ابْنَ أَخِي فَإِنِّي أُحَدِّثُكَ أَنِّي كُنْتُ فِي شِعْبٍ مِنْ هَذِهِ الشِّعَابِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَنَمٍ لِي ، فَجَاءَنِي رَجُلاَنِ ، عَلَى بَعِيرٍ ، فَقَالاَ : إِنَّا رَسُولاَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْكَ لِتُؤَدِّيَ صَدَقَةَ غَنَمِكَ ، قَالَ : قُلْتُ : وَمَا عَلَيَّ فِيهَا ؟ قَالاَ : شَاةٌ ، فَأَعْمِدُ إِلَى شَاةٍ قَدْ عَرَفْتُ مَكَانَهَا مُمْتَلِئَةٍ مَحْضًا وَشَحْمًا فَأَخْرَجْتُهَا إِلَيْهِمَا ، فَقَالَ : هَذِهِ الشَّافِعُ ، وَالشَّافِعُ الْحَائِلُ ، وَقَدْ نَهَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ نَأْخُذَ شَافِعًا ، قَالَ : فَأَعْمِدُ إِلَى عَنَاقٍ مُعْتَاطٍ ، وَالْمُعْتَاطُ الَّتِي لَمْ تَلِدْ وَلَدًا وَقَدْ حَانَ وِلاَدُهَا ، فَأَخْرَجْتُهَا إِلَيْهِمَا فَقَالاَ : نَاوِلْنَاهَا ، فَرَفَعْتُهَا إِلَيْهِمَا فَجَعَلاَهَا مَعَهُمَا عَلَى بَعِيرِهِمَا ثُمَّ انْطَلَقَا.

“Rəvayət edilir ki, Muslim ibn Səfinə ﵀ demişdir: “İbn Alqamə atamı qövmün xəzinədarı təyin etdi və ona zəkatları toplamağı əmr etdi. Atam da məni bir toplumun zəkatını almaq üçün onların yanına göndərdi. Mən də Sər adlı bir qocanın yanına gəlib dedim: “Atam məni sənin qoyunlarının zəkatını almaq üçün göndərib”. O dedi: “Ey qardaşım oğlu, necə alacaqsan?” Mən də dedim: “Seçim edəcəyik, belə ki heyvanların sinələrini də ölçəcəyik”. Sər dedi: “Ey qardaşım oğlu, sənə bir şey danışacam. Mən Allah Elçisinin ﷺ dövründə bu vadilərin birində qoyunlarımı otarırdım. İki nəfər dəvələrinin üzərində gəlib dedilər: “Biz Allah Elçisinin ﷺ təyin etdiyi zəkat məmurlarıyıq. Qoyunların zəkatını almağa gəlmişik”. Mən dedim: “Nə verməyim lazımdır?” Onlar dedilər: “Bir qoyun”. Mən də ətli və kök bir qoyun vermək qərarına gəldim və qoyunu tutub məmurlara gətirdim. Məmurlardan biri dedi: “Bu cüt sayılır, çünki qarnında balası var. Allah Elçisi ﷺ bizə qarnında balası olan heyvanları almağımızı qadağan etmişdir”. Mən də onlara bir az arıq və doğacaq yaşda olan bir qoyun gətirdim. Onlar: “Onu ver!” dedilər. Mən də qoyunu dəvənin üzərinə qaldırdım, onlar da qoyunu götürüb getdilər”.”

Muslim ibn Səfinə
ZəifNəsəi, 2462 (Zəkat, 28)

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا رَوْحٌ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ أَبِي سُفْيَانَ ، قَالَ : حَدَّثَنِي مُسْلِمُ بْنُ ثَفِنَةَ ، أَنَّ ابْنَ عَلْقَمَةَ اسْتَعْمَلَ أَبَاهُ عَلَى صَدَقَةِ قَوْمِهِ ، وَسَاقَ الْحَدِيثَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Muslim ibn Səfinə
ZəifNəsəi, 2463 (Zəkat, 29)

أَخْبَرَنِي عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ ، قَالَ : وَقَالَ عُمَرُ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَدَقَةٍ فَقِيلَ : مَنَعَ ابْنُ جَمِيلٍ وَخَالِدُ بْنُ الْوَلِيدِ وَعَبَّاسُ بْنُ عَبْدِ الْمُطَّلِبِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا يَنْقِمُ ابْنُ جَمِيلٍ إِلاَّ أَنَّهُ كَانَ فَقِيرًا فَأَغْنَاهُ اللَّهُ ، وَأَمَّا خَالِدُ بْنُ الْوَلِيدِ فَإِنَّكُمْ تَظْلِمُونَ خَالِدًا قَدْ احْتَبَسَ أَدْرَاعَهُ وَأَعْتُدَهُ فِي سَبِيلِ اللهِ ، وَأَمَّا الْعَبَّاسُ بْنُ عَبْدِ الْمُطَّلِبِ عَمُّ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَهِيَ عَلَيْهِ صَدَقَةٌ وَمِثْلُهَا مَعَهَا

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Ömər demişdir: “Allah Elçisi ﷺ zəkatın toplanmasını əmr etmişdi. Ona deyildi ki, İbn Cəmil, Xalid ibn əl-Valid və Abbas ibn Abdul-Muttalib zəkat vermək istəmirlər. Allah Elçisi ﷺ buyurdu: “İbn Cəmil əvvəllər kasıb idi. Allah onu varlandırdı. İndi isə zəkat vermək istəmir. Xalid ibn əl-Validə gəlincə, siz ona zülm edirsiniz, çünki o, zireh və bütün hərb alətlərini Allah üçün vermişdir. Allah Elçisinin ﷺ əmisi Abbas ibn Abdul-Muttalibə gəlincə, ona düşən zəkatdan əlavə bir mislini də verməsi lazımdır”.”

Əbu Hureyra
SəhihNəsəi, 2464 (Zəkat, 30)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ مُوسَى ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَدَقَةٍ مِثْلَهُ سَوَاءً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ əmr etdi ki...” və yuxarıdakı hədisin eynisini rəvayət etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 2465 (Zəkat, 31)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، وَمَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالاَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ ، عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ بْنِ الأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ هِلاَلٍ الثَّقَفِيِّ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : كِدْتُ أُقْتَلُ بَعْدَكَ فِي عَنَاقٍ أَوْ شَاةٍ مِنَ الصَّدَقَةِ ، فَقَالَ : لَوْلاَ أَنَّهَا تُعْطَى فُقَرَاءَ الْمُهَاجِرِينَ مَا أَخَذْتُهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Hilal əs-Səqafi ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Səndən sonra bir keçi və ya bir qoyunun zəkatına görə az qalmışdı ki, öldürüləcəkdim”. Peyğəmbər ﷺ buyurdu: “Əgər toplanan bu zəkat kasıb mühacirlərə verilməsəydi, onları almazdım”.”

Abdullah ibn Hilal əs-Səqafi
ZəifNəsəi, 2466 (Zəkat, 32)

Fəsil 16

Atların zəkatı

بَابُ : زَكَاةِ الْخَيْلِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ شُعْبَةَ ، وَسُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ عَلَى الْمُسْلِمِ فِي عَبْدِهِ وَلاَ فَرَسِهِ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın köləsinə və atına zəkat düşmür”.”

Əbu Hureyra
ZəifNəsəi, 2467 (Zəkat, 33)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حَرْبٍ الْمَرْوَزِيُّ ، قَالَ : حَدَّثَنَا مُحْرِزُ بْنُ الْوَضَّاحِ ، عَنْ إِسْمَعِيلَ وَهُوَ ابْنُ أُمَيَّةَ ، عَنْ مَكْحُولٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ زَكَاةَ عَلَى الرَّجُلِ الْمُسْلِمِ فِي عَبْدِهِ وَلاَ فَرَسِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman kişinin köləsinə və atına zəkat düşmür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2468 (Zəkat, 34)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ بْنُ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، يَرْفَعُهُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ عَلَى الْمُسْلِمِ فِي عَبْدِهِ وَلاَ فِي فَرَسِهِ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanın köləsinə və atına zəkat düşmür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2469 (Zəkat, 35)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ خُثَيْمٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ عَلَى الْمَرْءِ فِي فَرَسِهِ وَلاَ فِي مَمْلُوكِهِ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kişinin atına və mülkünə zəkat düşmür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2470 (Zəkat, 36)

Fəsil 17

Kölələrin zəkatı

بَابُ : زَكَاةِ الرَّقِيقِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ عَلَى الْمُسْلِمِ فِي عَبْدِهِ وَلاَ فِي فَرَسِهِ صَدَقَةٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın köləsinə və atına zəkat düşmür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2471 (Zəkat, 37)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ خُثَيْمِ بْنِ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ عَلَى الْمُسْلِمِ صَدَقَةٌ فِي غُلاَمِهِ وَلاَ فِي فَرَسِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanın köləsinə və atına zəkat düşmür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2472 (Zəkat, 38)

Fəsil 18

Gümüşün zəkatı

بَابُ : زَكَاةِ الْوَرِقِ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوْسُقٍ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş uqiyədən az gümüşə, beşdən az dəvəyə və beş vəsəqdən az məhsula zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2473 (Zəkat, 39)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ الْمَازِنِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوْسُقٍ مِنَ التَّمْرِ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ مِنَ الْوَرِقِ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ مِنَ الإِبِلِ صَدَقَةٌ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş vəsəq xurmadan az məhsula zəkat düşmür. Beş uqiyədən az gümüşə zəkat düşmür. Beşdən az dəvəyə zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2474 (Zəkat, 40)

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ يَحْيَى بْنِ عُمَارَةَ ، وَعَبَّادِ بْنِ تَمِيمٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : لاَ صَدَقَةَ فِيمَا دُونَ خَمْسِ أَوْسَاقٍ مِنَ التَّمْرِ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ مِنَ الْوَرِقِ صَدَقَةٌ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ مِنَ الإِبِلِ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Beş vəsəq xurmadan az məhsula zəkat düşmür. Beş uqiyədən az gümüşə zəkat düşmür. Beşdən az dəvəyə zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2475 (Zəkat, 41)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الطُّوسِيُّ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا ابْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ حِبَّانَ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، وَكَانَا ثِقَةً ، عَنْ يَحْيَى بْنِ عُمَارَةَ بْنِ أَبِي حَسَنٍ ، وَعَبَّادِ بْنِ تَمِيمٍ ، وَكَانَا ثِقَةً ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : لَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ مِنَ الْوَرِقِ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسٍ مِنَ الإِبِلِ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوْسُقٍ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Beş uqiyədən az gümüşə zəkat düşmür. Beşdən az dəvəyə zəkat düşmür. Beş vəsəqdən az məhsula zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2476 (Zəkat, 42)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ ضَمْرَةَ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ عَفَوْتُ عَنِ الْخَيْلِ وَالرَّقِيقِ ، فَأَدُّوا زَكَاةَ أَمْوَالِكُمْ مِنْ كُلِّ مِائَتَيْنِ خَمْسَةً.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən atlardan və gümüşdən zəkat almıram. Digər malınızın hər iki yüzün beşini zəkat verin”.”

Əli
HəsənNəsəi, 2477 (Zəkat, 43)

أَخْبَرَنَا حُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَاصِمِ بْنِ ضَمْرَةَ ، عَنْ عَلِيٍّ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ عَفَوْتُ عَنِ الْخَيْلِ وَالرَّقِيقِ وَلَيْسَ فِيمَا دُونَ مِائَتَيْنِ زَكَاةٌ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən atlardan və gümüşdən zəkat almıram. İki yüzdən az olan mal üçün zəkat yoxdur”.”

Əli
SəhihNəsəi, 2478 (Zəkat, 44)

Fəsil 19

Bəzək əşyalarının zəkatı

بَابُ : زَكَاةِ الْحُلِيِّ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ امْرَأَةً مِنْ أَهْلِ الْيَمَنِ أَتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِنْتٌ لَهَا ، فِي يَدِ ابْنَتِهَا مَسَكَتَانِ غَلِيظَتَانِ مِنْ ذَهَبٍ ، فَقَالَ : أَتُؤَدِّينَ زَكَاةَ هَذَا ؟ قَالَتْ : لاَ ، قَالَ : أَيَسُرُّكِ أَنْ يُسَوِّرَكِ اللَّهُ عَزَّ وَجَلَّ بِهِمَا يَوْمَ الْقِيَامَةِ سِوَارَيْنِ مِنْ نَارٍ ، قَالَ : فَخَلَعَتْهُمَا فَأَلْقَتْهُمَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : هُمَا لِلَّهِ وَلِرَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Yəmənli bir qadın Allah Elçisinin ﷺ yanına gəldi. Onun yanında əlində iki qızıl bilərzik olan qız uşağı var idi. Allah Elçisi ﷺ buyurdu: “Bunun zəkatını vermisənmi?” Qadın: “Xeyr” dedi. Allah Elçisi ﷺ buyurdu: “Allahın ﷿ Qiyamət günü onların əvəzinə oddan iki bilərzik taxması səni sevindirirmi?” Qadın ikisini də çıxararaq Allah Elçisinə ﷺ uzatdı və dedi: “Onlar Allah və Onun Elçisinə ﷺ aiddir!””

Amr ibn Şueyb atasından və babasından
HəsənNəsəi, 2479 (Zəkat, 45)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ حُسَيْنًا ، قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ شُعَيْبٍ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ وَمَعَهَا بِنْتٌ لَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَفِي يَدِ ابْنَتِهَا مَسَكَتَانِ ، نَحْوَهُ مُرْسَلٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : خَالِدٌ أَثْبَتُ مِنَ الْمُعْتَمِرِ.

“Rəvayət edilir ki, Amr ibn Şueyb ﵁ demişdir: “Yanında qızı olan bir qadın Allah Elçisinin ﷺ yanına gəldi. Onun əlində iki qızıl bilərzik var idi”. Sonra yuxarıdakı hədis qeyd olunur”.”

Amr ibn Şueyb
HəsənNəsəi, 2480 (Zəkat, 46)

Fəsil 20

Malının zəkatını verməyən

بَابُ : مَانِعِ زَكَاةِ مَالِهِ

أَخْبَرَنَا الْفَضْلُ بْنُ سَهْلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الَّذِي لاَ يُؤَدِّي زَكَاةَ مَالِهِ يُخَيَّلُ إِلَيْهِ مَالُهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ لَهُ زَبِيبَتَانِ ، قَالَ : فَيَلْتَزِمُهُ أَوْ يُطَوِّقُهُ ، قَالَ : يَقُولُ : أَنَا كَنْزُكَ ، أَنَا كَنْزُكَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Malının zəkatını verməyənlərə Qiyamət günü həmin malları keçəl başlı və iki buynuzlu ilan olaraq göstəriləcək. İlan ona sarılaraq və ya yapışaraq deyəcək: “Mən sənin dünyada zəkatını vermədiyin xəzinənəm. Mən sənin dünyada zəkatını vermədiyin xəzinənəm”.”

İbn Ömər
SəhihNəsəi, 2481 (Zəkat, 47)

أَخْبَرَنَا الْفَضْلُ بْنُ سَهْلٍ ، قَالَ : حَدَّثَنَا حَسَنُ بْنُ مُوسَى الأَشْيَبُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ دِينَارٍ الْمَدَنِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ آتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ مَالاً فَلَمْ يُؤَدِّ زَكَاتَهُ مُثِّلَ لَهُ مَالُهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ لَهُ زَبِيبَتَانِ ، يَأْخُذُ بِلِهْزِمَتَيْهِ يَوْمَ الْقِيَامَةِ ، فَيَقُولُ : أَنَا مَالُكَ ، أَنَا كَنْزُكَ ، ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ {وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ} الآيَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷿ kimə mal-dövlət verər, o isə bunun zəkatını verməzsə, Qiyamət günü həmin mal-dövləti keçəl başlı və iki buynuzlu bir ilan şəklinə gətiriləcək və ağzı ilə yiyəsini tutaraq deyəcək: “Mən sənin mal-dövlətinəm. Mən sənin xəzinənəm”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır” (Ali-İmran, 180)”.”

Əbu Hureyra
SəhihNəsəi, 2482 (Zəkat, 48)

Fəsil 21

Xurmanın zəkatı

زَكَاةُ التَّمْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ إِسْمَعِيلَ بْنِ أُمَيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوْسَاقٍ مِنْ حَبٍّ أَوْ تَمْرٍ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş vəsəqdən az olan taxıl və xurmaya zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2483 (Zəkat, 49)

Fəsil 22

Buğdanın zəkatı

بَابُ : زَكَاةِ الْحِنْطَةِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا رَوْحُ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي عَمْرُو بْنُ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ فِي الْبُرِّ وَالتَّمْرِ زَكَاةٌ حَتَّى تَبْلُغَ خَمْسَةَ أَوْسُقٍ ، وَلاَ يَحِلُّ فِي الْوَرِقِ زَكَاةٌ حَتَّى تَبْلُغَ خَمْسَةَ أَوَاقٍ ، وَلاَ يَحِلُّ فِي إِبِلٍ زَكَاةٌ حَتَّى تَبْلُغَ خَمْسَ ذَوْدٍ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş vəsəqə çatana qədər buğdaya və xurmaya zəkat düşmür. Beş uqiyə olana qədər gümüşə zəkat düşmür. Dəvələrin sayı beşə çatana qədər onlara zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2484 (Zəkat, 50)

Fəsil 23

Toxumların zəkatı

بَابُ : زَكَاةِ الْحُبُوبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِسْمَعِيلَ بْنِ أُمَيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ فِي حَبٍّ وَلاَ تَمْرٍ صَدَقَةٌ حَتَّى تَبْلُغَ خَمْسَةَ أَوْسُقٍ ، وَلاَ فِيمَا دُونَ خَمْسٍ ذَوْدٍ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ صَدَقَةٌ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Beş vəsəqə çatana qədər toxuma və xurmaya zəkat düşmür. Dəvələrin sayı beşə çatana qədər onlara zəkat düşmür. Beş uqiyə olana qədər gümüşə zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2485 (Zəkat, 51)

Fəsil 24

Zəkat nə qədər mala düşür?

الْقَدْرُ الَّذِي تَجِبُ فِيهِ الصَّدَقَةُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا إِدْرِيسُ الأَوْدِيُّ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْبَخْتَرِيِّ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ صَدَقَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş uqiyə olana qədər gümüşə zəkat düşmür”.”

Əbu Səid
SəhihNəsəi, 2486 (Zəkat, 52)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، وَعُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ صَدَقَةٌ ، وَلاَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوْسُقٍ صَدَقَةٌ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Beş uqiyə olana qədər gümüşə zəkat düşmür. Dəvələrin sayı beşə çatana qədər onlara zəkat düşmür. Beş vəsəqə çatana qədər məhsula zəkat düşmür”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2487 (Zəkat, 53)

Fəsil 25

Ondabir və iyirmidəbir nə vaxt vacib olur?

بَابُ : مَا يُوجِبُ الْعُشْرَ وَمَا يُوجِبُ نِصْفَ الْعُشْرِ

أَخْبَرَنَا هَارُونُ بْنُ سَعِيدِ بْنِ الْهَيْثَمِ أَبُو جَعْفَرٍ الأَيْلِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فِيمَا سَقَتِ السَّمَاءُ وَالأَنْهَارُ وَالْعُيُونُ أَوْ كَانَ بَعْلاً الْعُشْرُ ، وَمَا سُقِيَ بِالسَّوَانِي وَالنَّضْحِ نِصْفُ الْعُشْرِ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yağışla, çayla və bulaq suyu ilə suvarılan və ya dibinə su tökülmədən kökündən su içən (bitkilərdən yığılan) məhsulun ondan biri (zəkat verilməlidir). Daşınma yolu ilə və ya süni yolla suvarılan (ərazilərdən götürülmüş) məhsulun isə ondan birinin yarısı (yəni iyirmidəbiri zəkat verilməlidir)”.”

Səlim atasından
SəhihNəsəi, 2488 (Zəkat, 54)

أَخْبَرَنِي عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، وَأَحْمَدُ بْنُ عَمْرٍو ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ أَبَا الزُّبَيْرِ ، حَدَّثَهُ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فِيمَا سَقَتِ السَّمَاءُ وَالأَنْهَارُ وَالْعُيُونُ الْعُشْرُ ، وَفِيمَا سُقِيَ بِالسَّانِيَةِ نِصْفُ الْعُشْرِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yağışla, çayla və bulaq suyu ilə suvarılan (bitkilərdən yığılan) məhsulun ondan biri (zəkat verilməlidir). Daşınma yolu və ya quyudan çəkilərək suvarılan (ərazilərdən götürülmüş) məhsulun isə ondan birinin yarısı (yəni iyirmidən biri zəkat verilməlidir).”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2489 (Zəkat, 55)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي بَكْرٍ وَهُوَ ابْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ مُعَاذٍ ، قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْيَمَنِ فَأَمَرَنِي أَنْ آخُذَ مِمَّا سَقَتِ السَّمَاءُ الْعُشْرَ ، وَفِيمَا سُقِيَ بِالدَّوَالِي نِصْفَ الْعُشْرِ.

“Rəvayət edilir ki, Muaz ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərəndə yağışla suvarılan (bitkilərdən yığılan) məhsulun ondan biri, daşınma yolu ilə və quyudan çəkilərək suvarılan (ərazilərdən götürülmüş) məhsulun gəlirindən isə ondan birinin yarısını (yəni iyirmidən birini) zəkat yığmağımı əmr etdi”.”

Muaz
SəhihNəsəi, 2490 (Zəkat, 56)

Fəsil 26

Zəkat məmuru götürəcəyi maldan nəyi saxlamalıdır?

كَمْ يَتْرُكُ الْخَارِصُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ خُبَيْبَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يُحَدِّثُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَسْعُودِ بْنِ نِيَارٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ ، قَالَ : أَتَانَا وَنَحْنُ فِي السُّوقِ ، فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا خَرَصْتُمْ فَخُذُوا وَدَعُوا الثُّلُثَ ، فَإِنْ لَمْ تَأْخُذُوا أَوْ تَدَعُوا الثُّلُثَ - شَكَّ شُعْبَةُ - فَدَعُوا الرُّبُعَ.

“Rəvayət edilir ki, Səhl ibn Əbu Həsmə ﵀ demişdir: “Bir bazarda olarkən zəkat məmuru yanımıza gələrək Allah Elçisinin ﷺ belə buyurduğunu dedi: “Zəkatı təxmini miqdarda aldığınız vaxt üçdəbirini buraxaraq alın”.”

Səhl ibn Əbu Həsmə
ZəifNəsəi, 2491 (Zəkat, 57)

Fəsil 27

Allahın ﷿ “...Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” (əl-Bəqərə, 267) kəlamı

قَوْلُهُ عَزَّ وَجَلَّ {وَلاَ تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ}

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الْجَلِيلِ بْنُ حُمَيْدٍ الْيَحْصَبِيُّ ، أَنَّ ابْنَ شِهَابٍ ، حَدَّثَهُ ، قَالَ : حَدَّثَنِي أَبُو أُمَامَةَ بْنُ سَهْلِ بْنِ حُنَيْفٍ ، فِي الآيَةِ الَّتِي قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَلاَ تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ} ، قَالَ : هُوَ الْجُعْرُورُ وَلَوْنُ حُبَيْقٍ فَنَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُؤْخَذَا فِي الصَّدَقَةِ.

“Rəvayət edilir ki, Əbu Umamə Səhl ibn Huneyf ﵁ Allahın ﷿ bu ayəsi “...Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın” (əl-Bəqərə, 267) haqda demişdir: “Bu, rəngi qaçmış, keyfiyyəti düşmüş xurmadır. Allah Elçisi ﷺ korlanmış şeylərin zəkat olaraq verilməsini qadağan etmişdir”.”

Əbu Umamə Səhl ibn Huneyf
SəhihNəsəi, 2492 (Zəkat, 58)

Fəsil 27m

Sədəqədən ən pis olanı

الرذالة من الصدقة

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي صَالِحُ بْنُ أَبِي عَرِيبٍ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ الْخَضْرَمِيِّ ، عَنْ عَوْفِ بْنِ مَالِكٍ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِيَدِهِ عَصًا وَقَدْ عَلَّقَ رَجُلٌ قِنْوَ حَشَفٍ ، فَجَعَلَ يَطْعَنُ فِي ذَلِكَ الْقِنْوِ ، فَقَالَ : لَوْ شَاءَ رَبُّ هَذِهِ الصَّدَقَةِ تَصَدَّقَ بِأَطْيَبَ مِنْ هَذَا ، إِنَّ رَبَّ هَذِهِ الصَّدَقَةِ يَأْكُلُ حَشَفًا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Auf ibn Malik ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ əlində bir əsa ilə gəldi. Bir nəfər məsciddən korlanmış xurma salxımı asmışdı. Allah Elçisi ﷺ əsası ilə bu salxımı tərpədərək belə buyurdu: “Kaş bunun yiyəsi bundan daha yaxşısını sədəqə verərdi. Bu xurmanın yiyəsi Qiyamət günü korlanmış xurma yeyəcək”.”

Auf ibn Malik
HəsənNəsəi, 2493 (Zəkat, 59)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ اللُّقَطَةِ ؟ فَقَالَ : مَا كَانَ فِي طَرِيقٍ مَأْتِيٍّ أَوْ فِي قَرْيَةٍ عَامِرَةٍ فَعَرِّفْهَا سَنَةً ، فَإِنْ جَاءَ صَاحِبُهَا وَإِلاَّ فَلَكَ ، وَمَا لَمْ يَكُنْ فِي طَرِيقٍ مَأْتِيٍّ وَلاَ فِي قَرْيَةٍ عَامِرَةٍ فَفِيهِ وَفِي الرِّكَازِ الْخُمْسُ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ tapıntı haqda soruşulduqda buyurdu: “Yol kənarında və ya bir yaşayış mərkəzində bir əşya tapdıqda onu bir il ərzində elan et! Yiyəsi tapılsa ona ver, tapılmasa o mal sənindir. Əgər o əşya yol kənarında və ya yaşayış mərkəzində tapılmayıbsa, dəfinələr və xəzinələr kimidir. Ona görə həmin maldan beşdəbir xums alınır”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənNəsəi, 2494 (Zəkat, 60)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ح وأَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : الْعَجْمَاءُ جُرْحُهَا جُبَارٌ ، وَالْبِئْرُ جُبَارٌ ، وَالْمَعْدِنُ جُبَارٌ ، وَفِي الرِّكَازِ الْخُمُسُ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yiyəsindən qaçaraq başqasına ziyan verən heyvanın ziyanına təzminat düşmür. Su quyusuna düşüb ölənə və mədənlərdə ölən kəslərə də təzminat və fidyə düşmür. Xəzinəyə görə isə xums zəkatı düşür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2495 (Zəkat, 61)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَعُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
ZəifNəsəi, 2496 (Zəkat, 62)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : جُرْحُ الْعَجْمَاءِ جُبَارٌ ، وَالْبِئْرُ جُبَارٌ ، وَالْمَعْدِنُ جُبَارٌ ، وَفِي الرِّكَازِ الْخُمْسُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yiyəsindən qaçaraq başqasına ziyan verən heyvanın ziyanına təzminat düşmür. Su quyusuna düşüb ölənə və mədənlərdə ölən kəslərə də təzminat düşmür. Xəzinəyə görə isə xums zəkatı düşür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2497 (Zəkat, 63)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا هُشَيْمٌ ، أَنْبَأَنَا مَنْصُورٌ ، وَهِشَامٌ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْبِئْرُ جُبَارٌ ، وَالْعَجْمَاءُ جُبَارٌ ، وَالْمَعْدِنُ جُبَارٌ ، وَفِي الرِّكَازِ الْخُمْسُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yiyəsindən qaçaraq başqasına ziyan verən heyvanın ziyanına təzminat düşmür. Su quyusuna düşüb ölənə, yiyəsindən qaçaraq başqasına ziyan verən heyvanın ziyanına və mədənlərdə ölən kəslərə görə təzminat düşmür. Xəzinəyə görə isə xums zəkatı düşür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2498 (Zəkat, 64)

Fəsil 29

Balın zəkatı

بَابُ : زَكَاةِ النَّحْلِ

أَخْبَرَنِي الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِي شُعَيْبٍ ، عَنْ مُوسَى بْنِ أَعْيَنَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : جَاءَ هِلاَلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعُشُورِ نَحْلٍ لَهُ ، وَسَأَلَهُ أَنْ يَحْمِيَ لَهُ وَادِيًا يُقَالُ لَهُ سَلَبَةُ ، فَحَمَى لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ الْوَادِيَ فَلَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ ، كَتَبَ سُفْيَانُ بْنُ وَهْبٍ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ يَسْأَلُهُ ، فَكَتَبَ عُمَرُ ، إِنْ أَدَّى إِلَيَّ مَا كَانَ يُؤَدِّي إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عُشْرِ نَحْلِهِ فَاحْمِ لَهُ سَلَبَةَ ذَلِكَ ، وَإِلاَّ فَإِنَّمَا هُوَ ذُبَابُ غَيْثٍ يَأْكُلُهُ مَنْ شَاءَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Hilal balın ondabirini Allah Elçisinə ﷺ vermək üçün onun yanına gəldi. O, “Sələbə” vadisindən istifadə etmək üçün Allah Elçisindən ﷺ icazə istədi. Allah Elçisi ﷺ də bu vadini onun himayəsinə verdi. Ömər ibn əl-Xattab xəlifə olduqda Süfyan ibn Vəhb Ömərə məktub yazıb bu vadi haqda soruşdu. Ömər də belə bir cavab yazdı: “O, Allah Elçisinə ﷺ balın ondabirini verdiyi kimi mənə də, balın ondabirini verərsə, o vadi onun himayəsində qala bilər. Əks təqdirdə bu bal selin gətirdiyi kimidir, kim istəyirsə, ondan yeyə bilər”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənNəsəi, 2499 (Zəkat, 65)

Fəsil 30

Ramazanda verilən fitrə zəkatı

بَابُ : فَرْضِ زَكَاةِ رَمَضَانَ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، عَنْ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ رَمَضَانَ عَلَى الْحُرِّ وَالْعَبْدِ ، وَالذَّكَرِ وَالأُنْثَى ، صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، فَعَدَلَ النَّاسُ بِهِ نِصْفَ صَاعٍ مِنْ بُرٍّ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ azad, kölə, qadın, kişi - hamı üçün Ramazanda bir saa xurma və ya bir saa arpa qədər fitrə zəkatı vermələrini əmr etmişdir. İnsanlar bunu yarım saa buğdaya bərabər saymışlar”.”

İbn Ömər
SəhihNəsəi, 2500 (Zəkat, 66)

Fəsil 31

Ramazan fitrəsinin kölələrin də üzərinə vacib olması

بَابُ : فَرْضِ زَكَاةِ رَمَضَانَ عَلَى الْمَمْلُوكِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَدَقَةَ الْفِطْرِ عَلَى الذَّكَرِ وَالأُنْثَى ، وَالْحُرِّ وَالْمَمْلُوكِ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، قَالَ : فَعَدَلَ النَّاسُ إِلَى نِصْفِ صَاعٍ مِنْ بُرٍّ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ kişi, qadın, azad, kölə, hamı üçün bir saa xurma və ya bir saa arpa qədər fitrə zəkatını vermələrini əmr etmişdir”. İbn Ömər deyir: “Sonrakı dövrlərdə insanlar bunu yarım saa buğdaya bərabər saymış və buğdanın da yarım saa miqdarı zəkat verərdilər”.”

İbn Ömər
SəhihNəsəi, 2501 (Zəkat, 67)

Fəsil 32

Ramazan fitrəsinin kiçiklərin də verməsinin vacib olması

فَرْضُ زَكَاةِ رَمَضَانَ عَلَى الصَّغِيرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ رَمَضَانَ عَلَى كُلِّ صَغِيرٍ وَكَبِيرٍ ، حُرٍّ وَعَبْدٍ ، ذَكَرٍ وَأُنْثَى صَاعًا مِنْ تَمْرٍ أَوْ صَاعًا مِنْ شَعِيرٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ hər bir böyük və kiçiyə, azad və köləyə, kişi və qadına Ramazan fitrəsini bir saa xurma və ya bir saa arpa vermələrini əmr etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 2502 (Zəkat, 68)

Fəsil 33

Ramazan fitrəsinin kafirlərə deyil, yalnız müsəlmanlara vacib olması

فَرْضُ زَكَاةِ رَمَضَانَ عَلَى الْمُسْلِمِينَ دُونَ الْمُعَاهِدِينَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَضَ زَكَاةَ الْفِطْرِ مِنْ رَمَضَانَ عَلَى النَّاسِ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ عَلَى كُلِّ حُرٍّ أَوْ عَبْدٍ ، ذَكَرٍ أَوْ أُنْثَى مِنَ الْمُسْلِمِينَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ azad, kölə, kişi, qadın bütün müsəlmanlar üçün bir saa xurma və ya bir saa arpa qədər fitrə zəkatını verməyi vacib etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 2503 (Zəkat, 69)

أَخْبَرَنَا يَحْيَى بْنُ مُحَمَّدِ بْنِ السَّكَنِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَهْضَمٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ جَعْفَرٍ ، عَنْ عُمَرَ بْنِ نَافِعٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ الْفِطْرِ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ عَلَى الْحُرِّ وَالْعَبْدِ ، وَالذَّكَرِ وَالأُنْثَى ، وَالصَّغِيرِ وَالْكَبِيرِ مِنَ الْمُسْلِمِينَ ، وَأَمَرَ بِهَا أَنْ تُؤَدَّى قَبْلَ خُرُوجِ النَّاسِ إِلَى الصَّلاَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ azad, kölə, kişi, qadın, kiçik, böyük - bütün müsəlmanlar üçün bir saa xurma və ya bir saa arpa qədər fitrə zəkatını vermələrini vacib etmiş və bunu insanların bayram namazına getməmişdən qabaq verilməsini əmr etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 2504 (Zəkat, 70)

Fəsil 34

Vacib olan miqdar nə qədərdir?

كَمْ فَرَضَ ؟

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عِيسَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَدَقَةَ الْفِطْرِ عَلَى الصَّغِيرِ وَالْكَبِيرِ ، وَالذَّكَرِ وَالأُنْثَى ، وَالْحُرِّ وَالْعَبْدِ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ kiçiyə, böyüyə, kişiyə, qadına, azad olana və köləyə bir saa xurma və ya bir saa arpa qədər fitrə zəkatını verməsini vacib etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 2505 (Zəkat, 71)

Fəsil 35

Fitrə zəkatının zəkatın nazil olmasından qabaq vacib edilməsi

بَابُ : فَرْضِ صَدَقَةِ الْفِطْرِ قَبْلَ نُزُولِ الزَّكَاةِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ ، عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ ، عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، عَنْ قَيْسِ بْنِ سَعْدِ بْنِ عُبَادَةَ ، قَالَ : كُنَّا نَصُومُ عَاشُورَاءَ وَنُؤَدِّي زَكَاةَ الْفِطْرِ ، فَلَمَّا نَزَلَ رَمَضَانُ وَنَزَلَتِ الزَّكَاةُ ، لَمْ نُؤْمَرْ بِهِ وَلَمْ نُنْهَ عَنْهُ ، وَكُنَّا نَفْعَلُهُ.

“Rəvayət edilir ki, Qeys ibn Səd ibn Ubadə ﵁ demişdir: “Biz Aşura orucunu tutar və fitrə zəkatını verərdik. Ramazan ayı olduqda isə zəkat vermək vacib edildi, fitrə zəkatı haqda isə bir əmr və qadağa gəlmədi deyə biz fitrə zəkatını verməyə davam etdik”.”

Qeys ibn Səd ibn Ubadə
SəhihNəsəi, 2506 (Zəkat, 72)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ ، عَنْ أَبِي عَمَّارٍ الْهَمْدَانِيِّ ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، قَالَ : أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصَدَقَةِ الْفِطْرِ قَبْلَ أَنْ تَنْزِلَ الزَّكَاةُ ، فَلَمَّا نَزَلَتِ الزَّكَاةُ لَمْ يَأْمُرْنَا وَلَمْ يَنْهَنَا وَنَحْنُ نَفْعَلُهُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو عَمَّارٍ اسْمُهُ عَرِيبُ بْنُ حُمَيْدٍ ، وَعَمْرُو بْنُ شُرَحْبِيلَ يُكْنَى أَبَا مَيْسَرَةَ ، وَسَلَمَةُ بْنُ كُهَيْلٍ خَالَفَ الْحَكَمَ فِي إِسْنَادِهِ ، وَالْحَكَمُ أَثْبَتُ مِنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ.

“Rəvayət edilir ki, Qeys ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə fitrə zəkatını verməyi zəkat vermək vacib edilməmişdən qabaq əmr etmişdi. Zəkat vermək vacib edildikdə fitrə zəkatını vermək və ya verməmək haqda bir şey əmr etmədi. Biz də fitrə zəkatını verməyə davam etdik”.”

Qeys ibn Səd
SəhihNəsəi, 2507 (Zəkat, 73)

Fəsil 36

Fitrə zəkatının miqdarı

مَكِيلَةُ زَكَاةِ الْفِطْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنِ الْحَسَنِ ، قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ - وَهُوَ أَمِيرُ الْبَصْرَةِ - فِي آخِرِ الشَّهْرِ أَخْرِجُوا زَكَاةَ صَوْمِكُمْ ، فَنَظَرَ النَّاسُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالَ : مَنْ هَاهُنَا مِنْ أَهْلِ الْمَدِينَةِ قُومُوا فَعَلِّمُوا إِخْوَانَكُمْ فَإِنَّهُمْ لاَ يَعْلَمُونَ أَنَّ هَذِهِ الزَّكَاةَ فَرَضَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى كُلِّ ذَكَرٍ وَأُنْثَى ، حُرٍّ وَمَمْلُوكٍ ، صَاعًا مِنْ شَعِيرٍ أَوْ تَمْرٍ أَوْ نِصْفَ صَاعٍ مِنْ قَمْحٍ ، فَقَامُوا. خَالَفَهُ هِشَامٌ ، فَقَالَ : عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ.

“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Bəsrənin valisi olanda İbn Abbas Ramazan ayının sonunda dedi: “Orucunuzun zəkatı olan fitrəni verin”. İnsanlar bir-birinə baxmağa başladılar. İbn Abbas dedi: “Kim Mədinədəndirsə, qalxsın və qardaşlarını öyrətsin, çünki onlar bilmirlər. Bu fitrə zəkatını Allah Elçisi ﷺ bir saa arpa və ya bir saa xurma və ya yarım saa buğda verilməsini hər bir kişiyə və qadına, azad olana və köləyə vacib etmişdir”. Oradakılar da ayağa durdular”.”

Həsən
ZəifNəsəi, 2508 (Zəkat, 74)

أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ ، عَنْ مَخْلَدٍ ، عَنْ هِشَامٍ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : ذَكَرَ فِي صَدَقَةِ الْفِطْرِ ، قَالَ : صَاعًا مِنْ بُرٍّ ، أَوْ صَاعًا مِنْ تَمْرِ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ سُلْتٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ fitrə sədəqəsi haqda demişdir: “Buğdadan bir saa və ya xurmadan bir saa və ya arpadan bir saa və ya yulafdan bir saa verilir”.”

İbn Abbas
ZəifNəsəi, 2509 (Zəkat, 75)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي رَجَاءٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَخْطُبُ عَلَى مِنْبَرِكُمْ - يَعْنِي مِنْبَرَ الْبَصْرَةِ - يَقُولُ : صَدَقَةُ الْفِطْرِ صَاعٌ مِنْ طَعَامٍ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا أَثْبَتُ الثَّلاَثَةِ.

“Rəvayət edilir ki, Əbu Racə ﵀ demişdir: “Mən sizin minbərinizdən, yəni Bəsrə minbərindən İbn Abbasın belə dediyini eşitmişəm: “Fitrə sədəqəsi bir saa yeyintidən verilir”.”

Əbu Racə
SəhihNəsəi, 2510 (Zəkat, 76)

Fəsil 37

Fitrə zəkatında xurma verilməsi

بَابُ : التَّمْرِ فِي زَكَاةِ الْفِطْرِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُحْرِزُ بْنُ الْوَضَّاحِ ، عَنْ إِسْمَعِيلَ وَهُوَ ابْنُ أُمَيَّةَ ، عَنِ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي ذُبَابٍ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي سَرْحٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَدَقَةَ الْفِطْرِ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ fitrə zəkatını bir saa arpadan və ya bir saa xurmadan və ya bir saa qurudulmuş pendirdən verməyi vacib etmişdir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2511 (Zəkat, 77)

Fəsil 38

Fitrə zəkatında kişmişin verilməsi

الزَّبِيبُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي سَرْحٍ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : كُنَّا نُخْرِجُ زَكَاةَ الْفِطْرِ إِذْ كَانَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ طَعَامٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ زَبِيبٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə birlikdə olduqda ərzaqdan bir saa, və ya arpadan bir saa, və ya xurmadan bir saa, və ya kişmişdən bir saa, və ya qurudulmuş pendirdən bir saa fitrə zəkatı çıxarardıq”.”

Əbu Səid
SəhihNəsəi, 2512 (Zəkat, 78)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : كُنَّا نُخْرِجُ صَدَقَةَ الْفِطْرِ إِذْ كَانَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ طَعَامٍ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ فَلَمْ نَزَلْ كَذَلِكَ حَتَّى قَدِمَ مُعَاوِيَةُ مِنَ الشَّامِ ، وَكَانَ فِيمَا عَلَّمَ النَّاسَ أَنَّهُ قَالَ : مَا أَرَى مُدَّيْنِ مِنْ سَمْرَاءِ الشَّامِ إِلاَّ تَعْدِلُ صَاعًا مِنْ هَذَا ، قَالَ : فَأَخَذَ النَّاسُ بِذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə birlikdə olduqda ərzaqdan bir saa, və ya xurmadan bir saa və ya arpadan bir saa və ya qurudulmuş pendirdən bir saa fitrə zəkatı çıxarardıq. Müaviyə Şamdan gələn dövrə qədər bir dəyişiklik olmadı. Müaviyə insanlara öyrədərək belə dedi: “İki mudd Şam buğdası bu verilənlərə bərabərdir”. İnsanlar da buğda üçün bu ölçünü əsas götürdülər”.”

Əbu Səid
SəhihNəsəi, 2513 (Zəkat, 79)

Fəsil 39

Fitrə zəkatında un verilməsi

الدَّقِيقُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، قَالَ : سَمِعْتُ عِيَاضَ بْنَ عَبْدِ اللهِ ، يُخْبِرُ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : لَمْ نُخْرِجْ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ زَبِيبٍ ، أَوْ صَاعًا مِنْ دَقِيقٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ ، أَوْ صَاعًا مِنْ سُلْتٍ ثُمَّ شَكَّ سُفْيَانُ ، فَقَالَ : دَقِيقٍ أَوْ سُلْتٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə xurmadan bir saa və ya arpadan bir saa və ya kişmişdən bir saa və ya undan bir saa və ya qurudulmuş pendirdən və ya yulafdan bir saa fitrə zəkatı çıxarardıq”. Süfyan dəqiq yadda saxlamayaraq dedi: “Ya un, ya da yulafdan”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2514 (Zəkat, 80)

Fəsil 40

Fitrə zəkatında buğda verilməsi

الْحِنْطَةُ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنِ الْحَسَنِ ، أَنَّ ابْنَ عَبَّاسٍ ، خَطَبَ بِالْبَصْرَةِ فَقَالَ : أَدُّوا زَكَاةَ صَوْمِكُمْ ، فَجَعَلَ النَّاسُ يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالَ : مَنْ هَاهُنَا مِنْ أَهْلِ الْمَدِينَةِ قُومُوا إِلَى إِخْوَانِكُمْ فَعَلِّمُوهُمْ ، فَإِنَّهُمْ لاَ يَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَضَ صَدَقَةَ الْفِطْرِ عَلَى الصَّغِيرِ وَالْكَبِيرِ ، وَالْحُرِّ وَالْعَبْدِ ، وَالذَّكَرِ وَالأُنْثَى نِصْفَ صَاعِ بُرٍّ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ شَعِيرٍ قَالَ الْحَسَنُ : فَقَالَ عَلِيٌّ : أَمَّا إِذَا أَوْسَعَ اللَّهُ فَأَوْسِعُوا أَعْطُوا صَاعًا مِنْ بُرٍّ أَوْ غَيْرِهِ.

“Həsən əl-Bəsri ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbas Bəsrədə xütbə dedi: “Orucunuzun zəkatını verin!” İnsanlar bir-birinə baxmağa başladılar. İbn Abbas dedi: “Burada Mədinədən olanlar haradadır?! Qalxın qardaşlarınızı öyrədin, çünki onlar bilmirlər. Həqiqətən, Allah Elçisi ﷺ fitr sədəqəsini yarım saa buğdadan, bir saa xurma və ya arpadan verilməsini kiçik, böyük, azad, kölə, kişi və qadın hamıya vacib etmişdir”. Həsən deyir ki, Əli belə dedi: “Əgər Allah sizə bol nemət verirsə, siz də buğda və digər şeylərdən bol verin”.”

Həsən
ZəifNəsəi, 2515 (Zəkat, 81)

Fəsil 41

Fitrə zəkatında yulaf verilməsi

السُّلْتُ

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي رَوَّادٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ النَّاسُ يُخْرِجُونَ عَنْ صَدَقَةِ الْفِطْرِ فِي عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ شَعِيرٍ أَوْ تَمْرٍ أَوْ سُلْتٍ أَوْ زَبِيبٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İnsanlar Peyğəmbərin ﷺ dövründə fitrə sədəqəsini bir saa arpa və ya xurma və ya yulafdan çıxarardılar”.”

İbn Ömər
ZəifNəsəi, 2516 (Zəkat, 82)

Fəsil 42

Fitrə zəkatında arpa verilməsi

الشَّعِيرُ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ قَيْسٍ ، قَالَ : حَدَّثَنَا عِيَاضٌ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : كُنَّا نُخْرِجُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ شَعِيرٍ أَوْ تَمْرٍ أَوْ زَبِيبٍ أَوْ أَقِطٍ ، فَلَمْ نَزَلْ كَذَلِكَ حَتَّى كَانَ فِي عَهْدِ مُعَاوِيَةَ ، قَالَ : مَا أَرَى مُدَّيْنِ مِنْ سَمْرَاءِ الشَّامِ إِلاَّ تَعْدِلُ صَاعًا مِنْ شَعِيرٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə fitrəni bir saa arpadan, kişmişdən və ya qurumuş pendirdən çıxarardıq. Bu, Müaviyənin dövrünə qədər beləcə davam etdi. Müaviyə dedi: “Mənə qalsa, iki mud Şam buğdası bir saa arpaya bərabərdir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2517 (Zəkat, 83)

Fəsil 43

Qurumuş pendirdən fitrə zəkatının verilməsi

الأَقِطُ

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُثْمَانَ ، أَنَّ عِيَاضَ بْنَ عَبْدِ اللهِ بْنِ سَعْدٍ ، حَدَّثَهُ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ ، قَالَ : كُنَّا نُخْرِجُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ لاَ نُخْرِجُ غَيْرَهُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə fitrəni bir saa xurmadan, arpadan və ya qurumuş pendirdən çıxarardıq. Bundan başqası ilə çıxarmazdıq”.”

Əbu Səid əl-Xudri
HəsənNəsəi, 2518 (Zəkat, 84)

Fəsil 44

Bir saa nə qədərdir?

كَمِ الصَّاعُ

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : أَنْبَأَنَا الْقَاسِمُ وَهُوَ ابْنُ مَالِكٍ ، عَنِ الْجُعَيْدِ ، سَمِعْتُ السَّائِبَ بْنَ يَزِيدَ ، قَالَ : كَانَ الصَّاعُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُدًّا وَثُلُثًا بِمُدِّكُمُ الْيَوْمَ وَقَدْ زِيدَ فِيهِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَحَدَّثَنِيهِ زِيَادُ بْنُ أَيُّوبَ.

“Rəvayət edilir ki, əs-Saib ibn Yəzid ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir saa sizin (bugünkü) bir mudd və üçdəbiri qədər idi”.”

əs-Saib ibn Yəzid
SəhihNəsəi, 2519 (Zəkat, 85)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حَنْظَلَةَ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْمِكْيَالُ مِكْيَالُ أَهْلِ الْمَدِينَةِ وَالْوَزْنُ وَزْنُ أَهْلِ مَكَّةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Ölçü vahidlərində əsas olan Mədinə ölçü vahidləridir. Çəki vahidlərində isə əsas olan Məkkə çəki vahidləridir”.”

İbn Ömər
SəhihNəsəi, 2520 (Zəkat, 86)

Fəsil 45

Fitrə sədəqəsini verməyin müstəhəb olan vaxtı

بَابُ الْوَقْتِ الَّذِي يُسْتَحَبُّ أَنْ تُؤَدَّى صَدَقَةُ الْفِطْرِ فِيهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ ، حَدَّثَنَا زُهَيْرٌ ، حَدَّثَنَا مُوسَى (ح) قَالَ : وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ ، قَالَ : حَدَّثَنَا مُوسَى ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِصَدَقَةِ الْفِطْرِ ، أَنْ تُؤَدَّى قَبْلَ خُرُوجِ النَّاسِ إِلَى الصَّلاَةِ قَالَ ابْنُ بَزِيعٍ : بِزَكَاةِ الْفِطْرِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ fitr sədəqəsini insanlar bayram namazını bitirməmiş verməyi əmr etmişdir.”

İbn Ömər
SəhihNəsəi, 2521 (Zəkat, 87)

Fəsil 46

Zəkatın bir bölgədən başqa bölgəyə aparılması

إِخْرَاجُ الزَّكَاةِ مِنْ بَلَدٍ إِلَى بَلَدٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ إِسْحَاقَ ، وَكَانَ ثِقَةً ، عَنْ يَحْيَى بْنِ عَبْدِ اللهِ بْنِ صَيْفِيٍّ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ مُعَاذَ بْنَ جَبَلٍ إِلَى الْيَمَنِ فَقَالَ : إِنَّكَ تَأْتِي قَوْمَا أَهْلَ كِتَابٍ فَادْعُهُمْ إِلَى شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّي رَسُولُ اللهِ ، فَإِنْ هُمْ أَطَاعُوكَ ، فَأَعْلِمْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ افْتَرَضَ عَلَيْهِمْ : خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ ، فَإِنْ هُمْ أَطَاعُوكَ ، فَأَعْلِمْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَدِ افْتَرَضَ عَلَيْهِمْ صَدَقَةً فِي أَمْوَالِهِمْ ، تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ ، فَتُوضَعُ فِي فُقَرَائِهِمْ ، فَإِنْ هُمْ أَطَاعُوكَ لِذَلِكَ ، فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ ، وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ ، فَإِنَّهَا لَيْسَ بَيْنَهَا وَبَيْنَ اللهِ عَزَّ وَجَلَّ حِجَابٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Muaz ibn Cəbəli Yəmənə göndərərkən ona belə buyurdu: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onları Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah ﷿ onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki, Allah ﷿ onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun bədduasından qorx. Çünki onunla Allah ﷿ arasında (bu bədduanın qarşısını ala biləcək) heç bir pərdə yoxdur”.”

İbn Abbas
SəhihNəsəi, 2522 (Zəkat, 88)

Fəsil 47

Bilmədən varlı adama zəkat vermək

بَابُ إِذَا أَعْطَاهَا غَنِيًّا وَهُوَ لاَ يَشْعُرُ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ بِهِ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : قَالَ رَجُلٌ : لأَتَصَدَّقَنَّ بِصَدَقَةٍ فَخَرَجَ بِصَدَقَتِهِ فَوَضَعَهَا فِي يَدِ سَارِقٍ ، فَأَصْبَحُوا يَتَحَدَّثُونَ تُصُدِّقَ عَلَى سَارِقٍ ، فَقَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى سَارِقٍ ، لأَتَصَدَّقَنَّ بِصَدَقَةٍ ، فَخَرَجَ بِصَدَقَتِهِ فَوَضَعَهَا فِي يَدِ زَانِيَةٍ ، فَأَصْبَحُوا يَتَحَدَّثُونَ تُصُدِّقَ اللَّيْلَةَ عَلَى زَانِيَةٍ ، فَقَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى زَانِيَةٍ ، لأَتَصَدَّقَنَّ بِصَدَقَةٍ ، فَخَرَجَ بِصَدَقَتِهِ فَوَضَعَهَا فِي يَدِ غَنِيٍّ ، فَأَصْبَحُوا يَتَحَدَّثُونَ تُصُدِّقَ عَلَى غَنِيٍّ ، قَالَ : اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى زَانِيَةٍ ، وَعَلَى سَارِقٍ ، وَعَلَى غَنِيٍّ ، فَأُتِيَ فَقِيلَ لَهُ : أَمَّا صَدَقَتُكَ فَقَدْ تُقُبِّلَتْ ، أَمَّا الزَّانِيَةُ فَلَعَلَّهَا أَنْ تَسْتَعِفَّ بِهِ مِنْ زِنَاهَا ، وَلَعَلَّ السَّارِقَ أَنْ يَسْتَعِفَّ بِهِ عَنْ سَرِقَتِهِ ، وَلَعَلَّ الْغَنِيَّ أَنْ يَعْتَبِرَ فَيُنْفِقَ مِمَّا أَعْطَاهُ اللَّهُ عَزَّ وَجَلَّ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm”– dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən) çıxdı və (özü də bilmədən) onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir”– deyə danışmağa başladılar. Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra verəcəyi sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”– deyə danışmağa başladılar. Adam: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqə) zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir”– deyə danışmağa başladılar. Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqələr) oğruya, zinakara və varlıya qismət oldu”. Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Sənin sədəqən qəbil oldu. Zinakar qadına gəldikdə, ola bilsin ki, o, (ibrət alıb) zinakarlığına son qoysun. Oğruya verdiyin sədəqəyə gəlincə isə, ola bilsin ki, o, (bundan ibrət alsın) və oğurluq etməkdən əl çəksin. O ki qaldı varlı adama, ola bilsin ki, o, (bundan) ibrət alsın və Allahın ﷿ ona verdiyi nemətlərdən (Onun yolunda) xərcləsin”.”

Əbu Hureyra
SəhihNəsəi, 2523 (Zəkat, 89)

Fəsil 48

Oğurluq maldan verilən zəkat

بَابُ الصَّدَقَةِ مِنْ غُلُولٍ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ الذَّارِعُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : وَأَنْبَأَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ وَهُوَ ابْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ - وَاللَّفْظُ لِبِشْرٍ - عَنْ قَتَادَةَ ، عَنْ أَبِي الْمَلِيحِ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لاَ يَقْبَلُ صَلاَةً بِغَيْرِ طُهُورٍ ، وَلاَ صَدَقَةً مِنْ غُلُولٍ.

“Əbul-Məlih atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, Allah təmizlənmədən qılınan namazı və oğurluqla əldə edilən maldan verilən zəkatı qəbul etməz”.”

Əbul-Məlih atasından
SəhihNəsəi, 2524 (Zəkat, 90)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ يَسَارٍ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا تَصَدَّقَ أَحَدٌ بِصَدَقَةٍ مِنْ طَيِّبٍ ، وَلاَ يَقْبَلُ اللَّهُ عَزَّ وَجَلَّ إِلاَّ الطَّيِّبَ ، إِلاَّ أَخَذَهَا الرَّحْمَنُ عَزَّ وَجَلَّ بِيَمِينِهِ ، وَإِنْ كَانَتْ تَمْرَةً ، فَتَرْبُو فِي كَفِّ الرَّحْمَنِ ، حَتَّى تَكُونَ أَعْظَمَ مِنَ الْجَبَلِ ، كَمَا يُرَبِّي أَحَدُكُمْ فَلُوَّهُ ، أَوْ فَصِيلَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim halal yolla qazandığı malından sədəqə verərsə, – Allah ancaq halal olanı qəbul edir – bu, bir xurma olsa belə ər-Rahmən onu sağ Əli ilə qəbul edər. Bu sədəqə ər-Rahmənin ovucunda, sizin dayçanı və ya dəvə balasını bəsləyərək böyütdüyünüz kimi dağdan böyük olana qədər böyüyər”.”

Əbu Hureyra
SəhihNəsəi, 2525 (Zəkat, 91)

Fəsil 49

Sədəqə imkana görə verilir

جُهْدُ الْمُقِلِّ

أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْحَكَمِ ، عَنْ حَجَّاجٍ ، قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي عُثْمَانُ بْنُ أَبِي سُلَيْمَانَ ، عَنْ عَلِيٍّ الأَزْدِيِّ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ حُبْشِيٍّ الْخَثْعَمِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ أَيُّ الأَعْمَالِ أَفْضَلُ ؟ قَالَ : إِيمَانٌ لاَ شَكَّ فِيهِ ، وَجِهَادٌ لاَ غُلُولَ فِيهِ ، وَحَجَّةٌ مَبْرُورَةٌ قِيلَ : فَأَيُّ الصَّلاَةِ أَفْضَلُ ؟ قَالَ : طُولُ الْقُنُوتِ قِيلَ : فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : جُهْدُ الْمُقِلِّ قِيلَ : فَأَيُّ الْهِجْرَةِ أَفْضَلُ ؟ قَالَ : مَنْ هَجَرَ مَا حَرَّمَ اللَّهُ عَزَّ وَجَلَّ قِيلَ : فَأَيُّ الْجِهَادِ أَفْضَلُ ؟ قَالَ : مَنْ جَاهَدَ الْمُشْرِكِينَ بِمَالِهِ ، وَنَفْسِهِ قِيلَ : فَأَيُّ الْقَتْلِ أَشْرَفُ ؟ قَالَ : مَنْ أُهَرِيقَ دَمُهُ ، وَعُقِرَ جَوَادُهُ.

“Abdullah ibn Hubşi əl-Xasami ﵁ rəvayət edir ki, Peyğəmbərə ﷺ hansı əməlin daha fəzilətli olması haqda sual verildi. Peyğəmbər ﷺ buyurdu: “İçində heç bir şübhə olmayan iman, qənimətdən oğurluq edilməyərək edilən cihad və qəbul olunmuş həcc”. Sonra deyildi: Bəs ən fəzilətli namaz hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qunutu uzun olan namaz”. Sonra deyildi: “Bəs ən fəzilətli sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Vəziyyətə görə verilən sədəqə”. Sonra deyildi: “Bəs ən fəzilətli hicrət hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Allahın ﷿ haramlarından uzaqlaşmaq”. Sonra deyildi: “Bəs ən fəzilətli cihad hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Müşriklərə qarşı malı və canı ilə edilən cihad”. Sonra deyildi: “Bəs ən şərəfli ölüm hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qanı axıdılıb atı kəsilib öldürülməkdir”.”

Abdullah ibn Hubşi əl-Xasami
SəhihNəsəi, 2526 (Zəkat, 92)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، وَالْقَعْقَاعُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : سَبَقَ دِرْهَمٌ مِئَةَ أَلْفِ دِرْهَمٍ قَالُوا : وَكَيْفَ ؟ قَالَ : كَانَ لِرَجُلٍ دِرْهَمَانِ تَصَدَّقَ بِأَحَدِهِمَا ، وَانْطَلَقَ رَجُلٌ إِلَى عُرْضِ مَالِهِ ، فَأَخَذَ مِنْهُ مِئَةَ أَلْفِ دِرْهَمٍ فَتَصَدَّقَ بِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dirhəm yüz min dirhəmi qabaqladı”. Səhabələr dedilər: “Bu necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bir kişinin iki dirhəmi var, o da bunlardan birini sədəqə verir. Bir kişinin də çoxlu mal-dövləti var, ondan götürüb yüz min dirhəmini sədəqə verir”.”

Əbu Hureyra
HəsənNəsəi, 2527 (Zəkat, 93)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَبَقَ دِرْهَمٌ مِئَةَ أَلْفٍ قَالُوا : يَا رَسُولَ اللهِ وَكَيْفَ ؟ قَالَ : رَجُلٌ لَهُ دِرْهَمَانِ فَأَخَذَ أَحَدَهُمَا فَتَصَدَّقَ بِهِ ، وَرَجُلٌ لَهُ مَالٌ كَثِيرٌ فَأَخَذَ مِنْ عُرْضِ مَالِهِ مِئَةَ أَلْفٍ ، فَتَصَدَّقَ بِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir dirhəm yüz mini qabaqladı”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bu necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bir kişinin iki dirhəmi var, o da bunlardan birini götürüb sədəqə verir. Bir kişinin də çoxlu mal-dövləti var, ondan götürüb yüz min dirhəmini sədəqə verir””

Əbu Hureyra
HəsənNəsəi, 2528 (Zəkat, 94)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ ، عَنْ مَنْصُورٍ ، عَنْ شَقِيقٍ ، عَنْ أَبِي مَسْعُودٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَأْمُرُنَا بِالصَّدَقَةِ فَمَا يَجِدُ أَحَدُنَا شَيْئًا يَتَصَدَّقُ بِهِ حَتَّى يَنْطَلِقَ إِلَى السُّوقِ ، فَيَحْمِلَ عَلَى ظَهْرِهِ ، فَيَجِيءَ بِالْمُدِّ فَيُعْطِيَهُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنِّي لأَعْرِفُ الْيَوْمَ رَجُلاً لَهُ مِئَةُ أَلْفٍ مَا كَانَ لَهُ يَوْمَئِذٍ دِرْهَمٌ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə sədəqə verməyimizi əmr edər, bir çoxumuz da sədəqə verməyə bir şey tapmazdı. Lakin bazara gedərək etdiyi hamballığın əvəzi olaraq bir mudd əldə edər və onu sədəqə olaraq Allah Elçisinə ﷺ verərdik. Baxıram ki, o gün bir dirhəmi olmayanların, bu gün yüz minləri var”.”

Əbu Məsud
SəhihNəsəi, 2529 (Zəkat, 95)

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ أَبِي مَسْعُودٍ ، قَالَ : لَمَّا أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالصَّدَقَةِ ، فَتَصَدَّقَ أَبُو عَقِيلٍ بِنِصْفِ صَاعٍ ، وَجَاءَ إِنْسَانٌ بِشَيْءٍ أَكْثَرَ مِنْهُ ، فَقَالَ الْمُنَافِقُونَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَغَنِيٌّ عَنْ صَدَقَةِ هَذَا ، وَمَا فَعَلَ هَذَا الآخَرُ ، إِلاَّ رِيَاءً ، فَنَزَلَتْ : {الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لاَ يَجِدُونَ إِلاَّ جُهْدَهُمْ}.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə sədəqə verməyi əmr etdikdə, Əbu Aqil yarım saa sədəqə verdi. Başqası isə ondan çox verdikdə münafiqlər dedilər: “Həqiqətən, Allah ﷿ varlıdır və sədəqəyə ehtiyacı yoxdur”. Sonra verən üçün isə dedilər: “O riya edir”. Sonra bu ayə nazil edildi: “Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır” (ət-Tövbə, 79)”.”

Əbu Məsud
SəhihNəsəi, 2530 (Zəkat, 96)

Fəsil 50

Verən əl daha üstündür

الْيَدُ الْعُلْيَا

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدٌ ، وَعُرْوَةُ ، سَمِعَا حَكِيمَ بْنَ حِزَامٍ ، يَقُولُ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ، ثُمَّ قَالَ : إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ dünya malı istədim, verdi. Sonra yenə istədim, yenə verdi. Sonra yenə istədim, yenə verdi, sonra buyurdu: “Bu dünya malı gözoxşayan və şirindir. Kim təmiz nəfs ilə götürərsə, onun üçün bərəkətli olar. Kim də acgözlüklə götürərsə, onun üçün bərəkətli olmaz. Belələri yeyib doymayan şəxslər kimidir. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
SəhihNəsəi, 2531 (Zəkat, 97)

Fəsil 51

Daha üstün olan əl

بَابُ أَيَّتُهُمَا الْيَدُ الْعُلْيَا

أَخْبَرَنَا يُوسُفُ بْنُ عِيسَى ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زِيَادِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ جَامِعِ بْنِ شَدَّادٍ ، عَنْ طَارِقٍ الْمُحَارِبِيِّ ، قَالَ : قَدِمْنَا الْمَدِينَةَ فَإِذَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ عَلَى الْمِنْبَرِ يَخْطُبُ النَّاسَ وَهُوَ يَقُولُ : يَدُ الْمُعْطِي الْعُلْيَا ، وَابْدَأْ بِمَنْ تَعُولُ : أُمَّكَ ، وَأَبَاكَ ، وَأُخْتَكَ ، وَأَخَاكَ ، ثُمَّ أَدْنَاكَ ، أَدْنَاكَ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Tariq əl-Muharibi ﵁ demişdir: “Biz Mədinəyə gəldikdə Allah Elçisi ﷺ minbərdə insanlara xütbə deyərək belə buyurdu: “Verən əl daha üstündür. Sənin himayəndə olanlardan - anandan, atandan, bacından, qardaşından, sonra sənə yaxın olanlardan başla”.”

Tariq əl-Muharibi
SəhihNəsəi, 2532 (Zəkat, 98)

Fəsil 52

Alan əl

الْيَدُ السُّفْلَى

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ وَهُوَ يَذْكُرُ الصَّدَقَةَ ، وَالتَّعَفُّفَ عَنِ الْمَسْأَلَةِ : الْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى ، وَالْيَدُ الْعُلْيَا الْمُنْفِقَةُ ، وَالْيَدُ السُّفْلَى السَّائِلَةُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ sədəqə vermək və istəmək haqda belə buyurdu: “Verən əl alan əldən daha xeyirlidir. Üstün olan əl sədəqəni verən əldir. Alan əl isə istəyən əldir”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2533 (Zəkat, 99)

Fəsil 53

Sədəqə, onu verən adamı çətinliyə salmayan sədəqədir

الصَّدَقَةُ عَنْ ظَهْرِ غِنًى

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَيْرُ الصَّدَقَةِ : مَا كَانَ عَنْ ظَهْرِ غِنًى ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى ، وَابْدَأْ بِمَنْ تَعُولُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Xeyirli olan sədəqə onu verəni çətinliyə salmayan sədəqədir. Verən əl alan əldən daha xeyirlidir. Sənin himayəndə olanlardan başla”.”

Əbu Hureyra
SəhihNəsəi, 2534 (Zəkat, 100)

Fəsil 54

Bunun izahı

تَفْسِيرُ ذَلِكَ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَصَدَّقُوا فَقَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ عِنْدِي دِينَارٌ ، قَالَ : تَصَدَّقْ بِهِ عَلَى نَفْسِكَ قَالَ : عِنْدِي آخَرُ ، قَالَ : تَصَدَّقْ بِهِ عَلَى زَوْجَتِكَ قَالَ : عِنْدِي آخَرُ ، قَالَ : تَصَدَّقْ بِهِ عَلَى وَلَدِكَ قَالَ : عِنْدِي آخَرُ ، قَالَ : تَصَدَّقْ بِهِ عَلَى خَادِمِكَ قَالَ : عِنْدِي آخَرُ ، قَالَ : أَنْتَ أَبْصَرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqə verin!” Bir kişi dedi: “Ey Allahın Elçisi, mənim bir dinarım var”. Peyğəmbər ﷺ buyurdu: “Onu özünə xərclə”. O kişi dedi: “Məndə bir dinar da var”. Peyğəmbər ﷺ buyurdu: “Onu zövcənə xərclə”. Kişi dedi: “Məndə biri də var”. Peyğəmbər ﷺ buyurdu: “Onu uşağına xərclə”. Kişi dedi: “Məndə biri də var”. Peyğəmbər ﷺ buyurdu: “Onu xidmətçinə xərclə”. Kişi dedi: “Məndə biri də var”. Peyğəmbər ﷺ buyurdu: “Onu artıq sən bilirsən”.”

Əbu Hureyra
SəhihNəsəi, 2535 (Zəkat, 101)

Fəsil 55

Ehtiyacı olan adam sədəqə verərsə, bu sədəqə ona qaytarılırmı?

بَابُ إِذَا تَصَدَّقَ وَهُوَ مُحْتَاجٌ إِلَيْهِ ، هَلْ يُرَدُّ عَلَيْهِ ؟

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنْ عِيَاضٍ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ الْجُمُعَةِ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ جَاءَ الْجُمُعَةَ الثَّانِيَةَ ، وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ جَاءَ الْجُمُعَةَ الثَّالِثَةَ ، فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ قَالَ : تَصَدَّقُوا فَتَصَدَّقُوا ، فَأَعْطَاهُ ثَوْبَيْنِ ثُمَّ قَالَ : تَصَدَّقُوا فَطَرَحَ أَحَدَ ثَوْبَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلَمْ تَرَوْا إِلَى هَذَا ، أَنَّهُ دَخَلَ الْمَسْجِدَ بِهَيْئَةٍ بَذَّةٍ فَرَجَوْتُ أَنْ تَفْطِنُوا لَهُ ، فَتَتَصَدَّقُوا عَلَيْهِ ، فَلَمْ تَفْعَلُوا ، فَقُلْتُ : تَصَدَّقُوا ، فَتَصَدَّقْتُمْ فَأَعْطَيْتُهُ ثَوْبَيْنِ ، ثُمَّ قُلْتُ : تَصَدَّقُوا ، فَطَرَحَ أَحَدَ ثَوْبَيْهِ ، خُذْ ثَوْبَكَ ، وَانْتَهَرَهُ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ cümə günü xütbə deyərkən bir kişi məscidə daxil oldu. Allah Elçisi ﷺ buyurdu: “İki rükət namaz qıl!” Sonra növbəti cümə olduqda Allah Elçisi ﷺ xütbə deyərkən yenə o kişi gəldi və Allah Elçisi ﷺ ona buyurdu: “İki rükət namaz qıl!” Sonra üçüncü cümədə o kişi gəldi və Allah Elçisi ﷺ buyurdu: “İki rükət namaz qıl!” Sonra dedi: “(Bu adama) sədəqə verin!” Biz ona iki paltar verdik. Allah Elçisi ﷺ yenə buyurdu: “(Ona) sədəqə verin!” Həmin adam da ona verilən iki paltardan birini çıxartdı. Allah Elçisi ﷺ buyurdu: “Onun məscidə pis paltarla gəldiyini görmürsünüz!? Sizin sədəqə verəcəyinizi zənn etmişdim, lakin bunu etmədiniz. Mən “Sədəqə verin!” dedim, ondan sonra sədəqə olaraq iki paltar verdiniz. Sonra “Sədəqə verin!” dedim, o adam da paltarlarından birini çıxarıb sədəqə olaraq verdi”. Allah Elçisi ﷺ həmin adama buyurdu: “Paltarını geri götür!””

Əbu Səid
HəsənNəsəi, 2536 (Zəkat, 102)

Fəsil 56

Kölənin verdiyi sədəqə

صَدَقَةُ الْعَبْدِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَاتِمٌ ، عَنْ يَزِيدَ بْنِ أَبِي عُبَيْدٍ ، قَالَ : سَمِعْتُ عُمَيْرًا مَوْلَى آبِي اللَّحْمِ ، قَالَ : أَمَرَنِي مَوْلاَيَ أَنْ أُقَدِّدَ لَحْمًا ، فَجَاءَ مِسْكِينٌ ، فَأَطْعَمْتُهُ مِنْهُ ، فَعَلِمَ بِذَلِكَ مَوْلاَيَ فَضَرَبَنِي ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَدَعَاهُ ، فَقَالَ : لِمَ ضَرَبْتَهُ فَقَالَ : يُطْعِمُ طَعَامِي بِغَيْرِ أَنْ آمُرَهُ - وَقَالَ مَرَّةً أُخْرَى : بِغَيْرِ أَمْرِي - قَالَ : الأَجْرُ بَيْنَكُمَا.

“Rəvayət edilir ki, Yəzid ibn Əbu Ubeyd ﵀ demişdir: “Mən Əbu əl-Ləhmin köləlikdən azad etdiyi Umeyrin belə dediyini eşitmişəm: “Mənim ağam qurutmağım üçün mənə ət doğramağı əmr etdi. Bu arada bir kasıb gəldi, mən də o ətdən həmin kasıba verdim. Bunu bilən ağam məni vurdu. Mən də Allah Elçisinin ﷺ yanına getdim. Peyğəmbər ﷺ ağamı çağırtdırıb: “Onu niyə vurmusan?”- dedi. Ağam: “Mənim icazəm olmadan azuqəmi başqasına verir”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Onun verdiyinin mükafatı hər ikinizə də aiddir”.”

Yəzid ibn Əbu Ubeyd
SəhihNəsəi, 2537 (Zəkat, 103)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي بُرْدَةَ ، قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَجِدْهَا ؟ قَالَ : يَعْتَمِلُ بِيَدِهِ ، فَيَنْفَعُ نَفْسَهُ ، وَيَتَصَدَّقُ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ قِيلَ : فَإِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يَأْمُرُ بِالْخَيْرِ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يُمْسِكُ عَنِ الشَّرِّ ، فَإِنَّهَا صَدَقَةٌ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər bir müsəlman sədəqə verməlidir”. Ona deyildi: “Bəs (sədəqə verməyə) bir şey tapmasa necə?” Peyğəmbər ﷺ dedi: “Öz əlləri ilə işləyib qazansın və (bu qazancından) həm özü faydalansın, həm də (başqalarına) sədəqə versin”. Ona deyildi: “Bəs bunu edə bilməsə necə?” Peyğəmbər ﷺ dedi: “Ehtiyacı olan çarəsiz adama kömək etsin”. Ona deyildi: “Bunu da edə bilməsə necə?” Peyğəmbər ﷺ dedi: “Xeyrə təşviq etsin”. Ona deyildi: “Bunu da edə bilməsə necə?” Peyğəmbər ﷺ buyurdu: “Şər əməllərdən çəkinsin. Həqiqətən də, bu onun üçün sədəqə olar”.”

Əbu Musa
SəhihNəsəi, 2538 (Zəkat, 104)

Fəsil 57

Qadının ərinin evindən sədəqə verməsi

صَدَقَةُ الْمَرْأَةِ مِنْ بَيْتِ زَوْجِهَا

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، قَالَ : سَمِعْتُ أَبَا وَائِلٍ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا تَصَدَّقَتِ الْمَرْأَةُ مِنْ بَيْتِ زَوْجِهَا ، كَانَ لَهَا أَجْرٌ ، وَلِلزَّوْجِ مِثْلُ ذَلِكَ ، وَلِلْخَازِنِ مِثْلُ ذَلِكَ ، وَلاَ يَنْقُصُ كُلُّ وَاحِدٍ مِنْهُمَا مِنْ أَجْرِ صَاحِبِهِ شَيْئًا ، لِلزَّوْجِ بِمَا كَسَبَ ، وَلَهَا بِمَا أَنْفَقَتْ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadın ərinin evindən sədəqə verərsə, ona, ərinə və malın xəzinədarına sədəqə savabı verilər. Bu savabdan heç bir şey əskilmədən evin sahibinə qazancına görə, xanımına və xidmətçiyə də eyni savab verilər”.”

Aişə
SəhihNəsəi, 2539 (Zəkat, 105)

Fəsil 58

Ərinin icazəsi olmadan qadının sədəqə verməsi

عَطِيَّةُ الْمَرْأَةِ بِغَيْرِ إِذْنِ زَوْجِهَا

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، أَنَّ أَبَاهُ حَدَّثَهُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : لَمَّا فَتَحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ قَامَ خَطِيبًا فَقَالَ فِي خُطْبَتِهِ : لاَ يَجُوزُ لاِمْرَأَةٍ عَطِيَّةٌ ، إِلاَّ بِإِذْنِ زَوْجِهَا مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkəni fəth etdikdə ayağa duraraq xütbə verdi və bu xütbəsində buyurdu: “Qadının ərindən icazəsiz sədəqə verməsi icazəli deyil”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 2540 (Zəkat, 106)

Fəsil 59

Sədəqənin fəziləti

فَضْلُ الصَّدَقَةِ

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَمَّادٍ ، قَالَ : أَنْبَأَنَا أَبُو عَوَانَةَ ، عَنْ فِرَاسٍ ، عَنْ عَامِرٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ أَزْوَاجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اجْتَمَعْنَ عِنْدَهُ فَقُلْنَ : أَيَّتُنَا بِكَ أَسْرَعُ لُحُوقَا ، فَقَالَ : أَطْوَلُكُنَّ يَدًا فَأَخَذْنَ قَصَبَةً ، فَجَعَلْنَ يَذْرَعْنَهَا ، فَكَانَتْ سَوْدَةُ أَسْرَعَهُنَّ بِهِ لُحُوقًا ، فَكَانَتْ أَطْوَلَهُنَّ يَدًا ، فَكَانَ ذَلِكَ مِنْ كَثْرَةِ الصَّدَقَةِ.

“Aişə ﵂ rəvayət edir ki, bir gün Peyğəmbərin ﷺ zövcələri onun yanında toplaşaraq dedilər: “Səndən sonra bizim hansımız ilk vəfat edəcək?” Peyğəmbər ﷺ buyurdu: “Əli ən uzun olanınız”. Bundan sonra onlar bir qamış parçası ilə əllərini ölçməyə başladılar. Səvdə Peyğəmbərə ﷺ hamımızdan qabaq qovuşdu. Bu da onun çox sədəqə verdiyinə görə idi”.”

Aişə
SəhihNəsəi, 2541 (Zəkat, 107)

Fəsil 60

Hansı sədəqə daha fəzilətlidir?

بَابُ أَيُّ الصَّدَقَةِ أَفْضَلُ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ أَيُّ الصَّدَقَةِ أَفْضَلُ ؟ قَالَ : أَنْ تَصَدَّقَ ، وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ ، تَأْمُلُ الْعَيْشَ ، وَتَخْشَى الْفَقْرَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi, hansı sədəqə daha fəzilətlidir?” Peyğəmbər ﷺ buyurdu: “Sağlam və varlı olmağa həris olduğun, çox yaşamağa ümid etdiyin və kasıbçılıqdan qorxduğun vaxt verdiyin sədəqə”.”

Əbu Hureyra
SəhihNəsəi, 2542 (Zəkat, 108)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : سَمِعْتُ مُوسَى بْنَ طَلْحَةَ ، أَنَّ حَكِيمَ بْنَ حِزَامٍ ، حَدَّثَهُ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَفْضَلُ الصَّدَقَةِ ، مَا كَانَ عَنْ ظَهْرِ غِنًى ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى ، وَابْدَأْ بِمَنْ تَعُولُ.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqənin ən fəzilətlisi verilən adamı ehtiyacından xilas edəndir. Verən əl alan əldən xeyirlidir. Sədəqə verməyə sənə daha yaxın olanlardan başla”.”

Həkim ibn Hizam
SəhihNəsəi, 2543 (Zəkat, 109)

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ الصَّدَقَةِ مَا كَانَ عَنْ ظَهْرِ غِنًى ، وَابْدَأْ بِمَنْ تَعُولُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqələrin ən fəzilətlisi verilən adamı ehtiyacından xilas edəndir. Baxmağın vacib olan kimsələrdən başla”.”

Əbu Hureyra
SəhihNəsəi, 2544 (Zəkat, 110)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ يَزِيدَ الأَنْصَارِيَّ ، يُحَدِّثُ عَنْ أَبِي مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ وَهُوَ يَحْتَسِبُهَا ، كَانَتْ لَهُ صَدَقَةً.

“Əbu Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kişi ailəsinə xərcləyər və savabını Allahdan umarsa, bu onun üçün sədəqə olar”.”

Əbu Məsud
SəhihNəsəi, 2545 (Zəkat, 111)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : أَعْتَقَ رَجُلٌ مِنْ بَنِي عُذْرَةَ عَبْدًا لَهُ عَنْ دُبُرٍ ، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَلَكَ مَالٌ غَيْرُهُ قَالَ : لاَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ يَشْتَرِيهِ مِنِّي ، فَاشْتَرَاهُ نُعَيْمُ بْنُ عَبْدِ اللهِ الْعَدَوِيُّ بِثَمَانِ مِئَةِ دِرْهَمٍ ، فَجَاءَ بِهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَفَعَهَا إِلَيْهِ ، ثُمَّ قَالَ : ابْدَأْ بِنَفْسِكَ ، فَتَصَدَّقْ عَلَيْهَا ، فَإِنْ فَضَلَ شَيْءٌ فَلأَهْلِكَ ، فَإِنْ فَضَلَ شَيْءٌ عَنْ أَهْلِكَ ، فَلِذِي قَرَابَتِكَ ، فَإِنْ فَضَلَ عَنْ ذِي قَرَابَتِكَ شَيْءٌ ، فَهَكَذَا ، وَهَكَذَا يَقُولُ : بَيْنَ يَدَيْكَ ، وَعَنْ يَمِينِكَ ، وَعَنْ شِمَالِكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bəni Uzra tayfasından olan bir kişi köləsinin xəbəri olmadan onu azad etmişdi. Bu xəbər Allah Elçisinə ﷺ çatdıqda o buyurdu: “O kölədən başqa malın varmı?” Kişi dedi: “Xeyr”. Allah Elçisi ﷺ buyurdu: “Bu köləni məndən kim alar?” Nueym ibn Abdullah əl-Adəvi onu səkkiz yüz dirhəmə aldı. Allah Elçisi ﷺ pulu götürüb həmin adama verdi və buyurdu: “Əvvəl özündən başlayaraq bunu xərclə. Əgər artıq qalarsa, ailənə xərclə. Əgər ailənə xərclədiyindən artıq qalarsa, “belə və belə” yaxınlarına xərclə”.”

Cabir
SəhihNəsəi, 2546 (Zəkat, 112)

Fəsil 61

Xəsis adamın sədəqəsi

صَدَقَةُ الْبَخِيلِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، ثُمَّ قَالَ : حَدَّثَنَاهُ أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مَثَلَ الْمُنْفِقِ الْمُتَصَدِّقِ ، وَالْبَخِيلِ كَمَثَلِ رَجُلَيْنِ عَلَيْهِمَا جُبَّتَانِ - أَوْ جُنَّتَانِ - مِنْ حَدِيدٍ ، مِنْ لَدُنْ ثُدِيِّهِمَا إِلَى تَرَاقِيهِمَا ، فَإِذَا أَرَادَ الْمُنْفِقُ أَنْ يُنْفِقَ اتَّسَعَتْ عَلَيْهِ الدِّرْعُ أَوْ مَرَّتْ حَتَّى تُجِنَّ بَنَانَهُ ، وَتَعْفُوَ أَثَرَهُ ، وَإِذَا أَرَادَ الْبَخِيلُ أَنْ يُنْفِقَ قَلَصَتْ وَلَزِمَتْ كُلُّ حَلْقَةٍ مَوْضِعَهَا ، حَتَّى إِذَا أَخَذَتْهُ بِتَرْقُوَتِهِ - أَوْ بِرَقَبَتِهِ ، يَقُولُ أَبُو هُرَيْرَةَ : أَشْهَدُ أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُوَسِّعُهَا ، فَلاَ تَتَّسِعُ ، قَالَ طَاوُوسٌ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يُشِيرُ بِيَدِهِ وَهُوَ يُوَسِّعُهَا وَلاَ تَتَوَسَّعُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqə verən əliaçıq adamla xəsisin misalı, əyninə dəmirdən cübbə geymiş, cübbə də onların boyunlarından sinələrinə qədər tutmuş iki nəfərin misalına bənzəyir. Əliaçıq adam sədəqə vermək istədikdə bu cübbə barmaqlarının ucunu örtənə və ayaq izlərini silənədək genişlənir. Xəsis adam sədəqə vermək istədikdə əynindəki cübbənin həlqəsi olduğu yerə yapışır və cübbəni genişləndirməyə qoymur”. Əbu Hureyra dedi: “Allah Elçisi ﷺ demək istəmişdir ki, həmin adam zirehi genişləndirməyə çalışsa da genişlənmir”. Tavus deyir: “Mən Əbu Hureyranın belə dediyini eşitdim: “Peyğəmbər ﷺ əli ilə cübbəni genişləndirməyə çalışır, lakin cübbə genişlənmir ki, genişlənmir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2547 (Zəkat, 113)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ الْبَخِيلِ ، وَالْمُتَصَدِّقِ ، مَثَلُ رَجُلَيْنِ عَلَيْهِمَا جُنَّتَانِ مِنْ حَدِيدٍ ، قَدِ اضْطَرَّتْ أَيْدِيَهُمَا إِلَى تَرَاقِيهِمَا ، فَكُلَّمَا هَمَّ الْمُتَصَدِّقُ بِصَدَقَةٍ ، اتَّسَعَتْ عَلَيْهِ ، حَتَّى تُعَفِّيَ أَثَرَهُ ، وَكُلَّمَا هَمَّ الْبَخِيلُ بِصَدَقَةٍ ، تَقَبَّضَتْ كُلُّ حَلْقَةٍ إِلَى صَاحِبَتِهَا ، وَتَقَلَّصَتْ عَلَيْهِ ، وَانْضَمَّتْ يَدَاهُ إِلَى تَرَاقِيهِ ، وَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : فَيَجْتَهِدُ أَنْ يُوَسِّعَهَا فَلاَ تَتَّسِعُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sədəqə verən əliaçıq adamla xəsisin misalı, əyninə dəmirdən cübbə geymiş, cübbə də onların boyunlarından sinələrinə qədər tutmuş iki nəfərin misalına bənzəyir. Bu zireh barmaq ucları olan yerə qədərdir. Əliaçıq adam sədəqə vermək istədikdə bu cübbə ayaq izlərini silənədək genişlənir. Xəsis adam sədəqə vermək istədikdə əynindəki cübbə büzülür və həlqəsi olduğu yerə yapışır, barmaq uclarından boynuna qədər hər yeri sıxır”. Allah Elçisinin ﷺ, həmçinin belə buyurduğunu eşitdim: “O, zirehi genişləndirməyə çalışsa da genişləndirə bilmir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2548 (Zəkat, 114)

Fəsil 62

Sədəqəni saymaq

الإِحْصَاءُ فِي الصَّدَقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، حَدَّثَنِي اللَّيْثُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ أُمَيَّةَ بْنِ هِنْدٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، قَالَ : كُنَّا يَوْمًا فِي الْمَسْجِدِ جُلُوسًا ، وَنَفَرٌ مِنَ الْمُهَاجِرِينَ وَالأَنْصَارِ فَأَرْسَلْنَا رَجُلاً إِلَى عَائِشَةَ لِيَسْتَأْذِنَ ، فَدَخَلْنَا عَلَيْهَا ، قَالَتْ : دَخَلَ عَلَيَّ سَائِلٌ مَرَّةً ، وَعِنْدِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَمَرْتُ لَهُ بِشَيْءٍ ، ثُمَّ دَعَوْتُ بِهِ ، فَنَظَرْتُ إِلَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَمَا تُرِيدِينَ أَنْ لاَ يَدْخُلَ بَيْتَكِ شَيْءٌ ، وَلاَ يَخْرُجَ ، إِلاَّ بِعِلْمِكِ قُلْتُ : نَعَمْ ، قَالَ : مَهْلاً يَا عَائِشَةُ ، لاَ تُحْصِي ، فَيُحْصِيَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكِ.

“Rəvayət edilir ki, Səhl ibn Huneyf ﵁ demişdir: “Bir dəfə biz məsciddə mühacir və ənsarla oturmuşduq. Biz Aişə ilə görüşməyə izin almaq üçün adam göndərdik. Sonra onun yanına gəldik. O dedi: “Bir dəfə yanıma ehtiyacı olan bir adam gəlmişdi. Allah Elçisi ﷺ də mənim yanımda idi. Mən ona bir şeyin verilməsini istədim. Veriləcək şeyi gətirzdirdim və ona baxdım. Allah Elçisi ﷺ buyurdu: “İstəməzdinmi ki, evinə səndən xəbərsiz heç bir şey girib-çıxmasın?” Mən: “Bəli, istəyirəm” dedim. O dedi: “Bax, ey Aişə! Sayma, yoxsa Allah ﷿ sənə sayaraq verər”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
HəsənNəsəi, 2549 (Zəkat, 115)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ فَاطِمَةَ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهَا : لاَ تُحْصِي ، فَيُحْصِيَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكِ.

“Əsma bint Əbu Bəkr ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ona dedi: “(Sədəqə verərkən) sayma, yoxsa Allah ﷿ da sayaraq verər”.”

Əsma bint Əbu Bəkr
SəhihNəsəi, 2550 (Zəkat, 116)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ ، عَنْ حَجَّاجٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، عَنْ عَبَّادِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، أَنَّهَا جَاءَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ : يَا نَبِيَّ اللهِ لَيْسَ لِي شَيْءٌ إِلاَّ مَا أَدْخَلَ عَلَيَّ الزُّبَيْرُ ، فَهَلْ عَلَيَّ جُنَاحٌ فِي أَنْ أَرْضَخَ مِمَّا يُدْخِلُ عَلَيَّ ؟ فَقَالَ : ارْضَخِي مَا اسْتَطَعْتِ ، وَلاَ تُوكِي فَيُوكِيَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْكِ.

“Rəvayət edilir ki, bir dəfə Əsma bint Əbu Bəkr ﵂ Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri! əz-Zubeyrin gətirdiyindən başqa heç nəyim yoxdur. Onun gətirdiklərindən cüzi bir şey sədəqə versəm mənə günah olmaz ki?” Peyğəmbər ﷺ buyurdu: “Bacardığın qədər (sədəqə) ver! Xəsislik etmə ki, Allah ﷿ da səndən nemətlərini əsirgəməsin”.”

Əsma bint Əbu Bəkr
SəhihNəsəi, 2551 (Zəkat, 117)

Fəsil 63

Sədəqənin azı

الْقَلِيلُ فِي الصَّدَقَةِ

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، عَنْ خَالِدٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْمُحِلِّ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : اتَّقُوا النَّارَ ، وَلَوْ بِشِقِّ تَمْرَةٍ.

“Adiy ibn Hatim ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yarım xurma ilə olsa belə Cəhənnəm odundan qorunun!””

Adiy ibn Hatim
SəhihNəsəi, 2552 (Zəkat, 118)

أَنْبَأَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، أَنَّ عَمْرَو بْنَ مُرَّةَ ، حَدَّثَهُمْ عَنْ خَيْثَمَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّارَ فَأَشَاحَ بِوَجْهِهِ وَتَعَوَّذَ مِنْهَا - ذَكَرَ شُعْبَةُ أَنَّهُ فَعَلَهُ ثَلاَثَ مَرَّاتٍ - ثُمَّ قَالَ : اتَّقُوا النَّارَ ، وَلَوْ بِشِقِّ التَّمْرَةِ ، فَإِنْ لَمْ تَجِدُوا ، فَبِكَلِمَةٍ طَيِّبَةٍ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ Cəhənnəm haqda həyəcanla danışdı və ondan Allaha sığındı”. Şubə deyir ki, bu hal üç dəfə təkrar oldu. Sonra Allah Elçisi ﷺ buyurdu: “Yarım xurma ilə belə olsa Cəhənnəm odundan qorunun. Bunu da tapmasanız gözəl söz söyləyin”.”

Adiy ibn Hatim
SəhihNəsəi, 2553 (Zəkat, 119)

Fəsil 64

Sədəqə verməyə təşviq etmək

بَابُ التَّحْرِيضِ عَلَى الصَّدَقَةِ

أَخْبَرَنَا أَزْهَرُ بْنُ جَمِيلٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : وَذَكَرَ عَوْنَ بْنَ أَبِي جُحَيْفَةَ قَالَ : سَمِعْتُ الْمُنْذِرَ بْنَ جَرِيرٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فِي صَدْرِ النَّهَارِ ، فَجَاءَ قَوْمٌ عُرَاةً حُفَاةً مُتَقَلِّدِي السُّيُوفِ ، عَامَّتُهُمْ مِنْ مُضَرَ ، بَلْ كُلُّهُمْ مِنْ مُضَرَ ، فَتَغَيَّرَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَا رَأَى بِهِمْ مِنَ الْفَاقَةِ ، فَدَخَلَ ثُمَّ خَرَجَ ، فَأَمَرَ بِلاَلاً فَأَذَّنَ ، فَأَقَامَ الصَّلاَةَ ، فَصَلَّى ثُمَّ خَطَبَ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ ، وَخَلَقَ مِنْهَا زَوْجَهَا ، وَبَثَّ مِنْهُمَا ، رِجَالاً كَثِيرًا ، وَنِسَاءً ، وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ ، وَالأَرْحَامَ ، إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا ، وَاتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ ، تَصَدَّقَ رَجُلٌ مِنْ دِينَارِهِ مِنْ دِرْهَمِهِ مِنْ ثَوْبِهِ ، مِنْ صَاعِ بُرِّهِ مِنْ صَاعِ تَمْرِهِ ، حَتَّى قَالَ : وَلَوْ بِشِقِّ تَمْرَةٍ ، فَجَاءَ رَجُلٌ مِنَ الأَنْصَارِ بِصُرَّةٍ كَادَتْ كَفُّهُ تَعْجِزُ عَنْهَا ، بَلْ قَدْ عَجَزَتْ ، ثُمَّ تَتَابَعَ النَّاسُ حَتَّى رَأَيْتُ كَوْمَيْنِ مِنْ طَعَامٍ ، وَثِيَابٍ ، حَتَّى رَأَيْتُ وَجْهَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَهَلَّلُ كَأَنَّهُ مُذْهَبَةٌ ، فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَنَّ فِي الإِسْلاَمِ سُنَّةً حَسَنَةً ، فَلَهُ أَجْرُهَا ، وَأَجْرُ مَنْ عَمِلَ بِهَا مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أُجُورِهِمْ شَيْئًا ، وَمَنْ سَنَّ فِي الإِسْلاَمِ سُنَّةً سَيِّئَةً ، فَعَلَيْهِ وِزْرُهَا ، وَوِزْرُ مَنْ عَمِلَ بِهَا مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أَوْزَارِهِمْ شَيْئًا.

“Rəvayət edilir ki, Munzir ibn Cərir atasının ﵁ belə dediyini eşitmişdir: “Günorta vaxtı Allah Elçisi ﷺ ilə birlikdə oturmuşduq. Mudar tayfasından bir dəstə insan paltarsız və ayaqyalın bir vəziyyətdə əllərində qılınc yanımıza gəldilər. Allah Elçisi ﷺ onların bu vəziyyətini gördükdə üzünün rəngi dəyişdi. İçəri girdi, sonra çıxdı və Bilala azan verməsini əmr etdi. İqamə deyildikdən sonra namaz qılındı. Sonra xütbə deyərək belə buyurdu: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1). Allahın əzabından qorunmağa çalışın. Hər kəs sabah üçün hazırladığına baxsın...”. İnsanlar dinarlarından, dirhəmlərindən, paltarlarından, buğda və xurmasından bir xurma belə olsa sədəqə verdilər. Ənsardan olan bir nəfər çətinliklə daşıdığı bir səbət xurma ilə gəldi. Başqaları da onun ardınca bəzi şeylər gətirdilər. Gətirilən ərzağın və geyimlərin iki topa olduğunu gördüm. Allah Elçisinin ﷺ üzü güldü və sevincdən qızıl kimi parıldayırdı. O buyurdu: “Kim İslamda yaxşı bir yol qoyarsa, ona həm bu etdiyinin, həm də bu yolda mükafat qazananların, mükafatlarından heç bir şey əskilmədən mükafatı verilər. Kim İslamda pis bir yol qoyarsa, ona həm bu etdiyinin, həm də bu yolda günah qazananların, günahlarından bir şey əskilmədən günahı verilər”.”

Munzir ibn Cərir atasından
SəhihNəsəi, 2554 (Zəkat, 120)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَعْبَدِ بْنِ خَالِدٍ ، عَنْ حَارِثَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَصَدَّقُوا ، فَإِنَّهُ سَيَأْتِي عَلَيْكُمْ زَمَانٌ يَمْشِي الرَّجُلُ بِصَدَقَتِهِ ، فَيَقُولُ الَّذِي يُعْطَاهَا لَوْ جِئْتَ بِهَا بِالأَمْسِ قَبِلْتُهَا ، فَأَمَّا الْيَوْمَ فَلاَ.

“Rəvayət edilir ki, Harisə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sədəqə verin! Sizə elə bir zaman gələcək ki, bir kişi sədəqəsi ilə gəlib birinə sədəqə vermək istədikdə o deyəcək: “Dünən gətirsəydin götürərdim, bu gün isə ehtiyacım yoxdur”.”

Harisə
SəhihNəsəi, 2555 (Zəkat, 121)

Fəsil 65

Sədəqə verməyə vasitə olmaq

الشَّفَاعَةُ فِي الصَّدَقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : أَخْبَرَنِي أَبُو بُرْدَةَ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي بُرْدَةَ ، عَنْ جَدِّهِ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : اشْفَعُوا ، تُشَفَّعُوا ، وَيَقْضِي اللَّهُ عَزَّ وَجَلَّ عَلَى لِسَانِ نَبِيِّهِ مَا شَاءَ.

“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şəfaət edin ki, şəfaət olunasınız. Allah dilədiyi bir şeyə Öz peyğəmbərinin ﷺ dili ilə hökm edəcək”.”

Əbu Musa
SəhihNəsəi, 2556 (Zəkat, 122)

أَخْبَرَنَا هَارُونُ بْنُ سَعِيدٍ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ ابْنِ مُنَبِّهٍ ، عَنْ أَخِيهِ ، عَنْ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الرَّجُلَ لَيَسْأَلُنِي الشَّيْءَ فَأَمْنَعُهُ حَتَّى تَشْفَعُوا فِيهِ ، فَتُؤْجَرُوا ، وَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : اشْفَعُوا ، تُؤْجَرُوا.

“Müaviyə ibn Əbu Süfyan ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəzən bir kişi məndən bir şey şey istəyir, mən də sizin də o işə vasitə olmanızı istədiyim üçün onu həmin vaxt vermirəm ki, siz də savab qazanasınız”. Allah Elçisi ﷺ buyurmuşdur: “Şəfaət edin ki, savab qazanasınız”.”

Müaviyə ibn Əbu Süfyan
SəhihNəsəi, 2557 (Zəkat, 123)

Fəsil 66

Sədəqə verəndə qürurlu olmaq

الاِخْتِيَالُ فِي الصَّدَقَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ التَّيْمِيُّ ، عَنْ ابْنِ جَابِرٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مِنَ الْغَيْرَةِ : مَا يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنْهَا مَا يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنَ الْخُيَلاَءِ : مَا يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمِنْهَا مَا يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ ، فَأَمَّا الْغَيْرَةُ الَّتِي يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ : فَالْغَيْرَةُ فِي الرِّيبَةِ ، وَأَمَّا الْغَيْرَةُ الَّتِي يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ : فَالْغَيْرَةُ فِي غَيْرِ رِيبَةٍ ، وَالاِخْتِيَالُ الَّذِي يُحِبُّ اللَّهُ عَزَّ وَجَلَّ : اخْتِيَالُ الرَّجُلِ بِنَفْسِهِ ، عِنْدَ الْقِتَالِ ، وَعِنْدَ الصَّدَقَةِ ، وَالاِخْتِيَالُ الَّذِي يَبْغُضُ اللَّهُ عَزَّ وَجَلَّ : الْخُيَلاَءُ فِي الْبَاطِلِ.

“İbn Cabir atasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah ﷿ qısqancdır. Allahın ﷿ sevdiyi qısqanclıq kimi, qəzəbinə səbəb olan qısqanclıq da var. Allahın sevdiyi qısqanclıq yerli-yerində olan qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə yersiz qısqanmaqdır. Allahın sevdiyi qürur döyüşdə və sədəqə verilən məqamda olan qürurdur. Allahın qəzəbinə səbəb olan qürur isə batil yolda edilən qürurdur”.”

İbn Cabir atasından
HəsənNəsəi, 2558 (Zəkat, 124)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ حَدَّثَنَا يَزِيدُ ، قَالَ حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُوا ، وَتَصَدَّقُوا ، وَالْبَسُوا فِي غَيْرِ إِسْرَافٍ ، وَلاَ مَخِيلَةٍ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yeyin və sədəqə verin. İsrafa və təkəbbürə yol vermədən geyinin”.”

Amr ibn Şueyb atasından və babasından
HəsənNəsəi, 2559 (Zəkat, 125)

Fəsil 67

Ağasının icazəsi ilə sədəqə verənin savabı

بَابُ أَجْرِ الْخَازِنِ إِذَا تَصَدَّقَ بِإِذْنِ مَوْلاَهُ

أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ الْهَيْثَمِ بْنِ عُثْمَانَ ، قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ حَدَّثَنَا سُفْيَانُ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي بُرْدَةَ ، عَنْ جَدِّهِ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْمُؤْمِنُ لِلْمُؤْمِنِ كَالْبُنْيَانِ ، يَشُدُّ بَعْضُهُ بَعْضًا وَقَالَ : الْخَازِنُ الأَمِينُ : الَّذِي يُعْطِي مَا أُمِرَ بِهِ طَيِّبًا بِهَا نَفْسُهُ أَحَدُ الْمُتَصَدِّقَيْنِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mömin mömin üçün bina kimidir, bir-birinə dəstək olurlar”. Allah Elçisi ﷺ davam edərək belə buyurdu: “Əmr olunanları yerinə yetirən əmin xəzinədar ağasının əmri ilə verdiyi sədəqəyə görə ağası ilə bərabər savab qazanır”.”

Əbu Musa
SəhihNəsəi, 2560 (Zəkat, 126)

Fəsil 68

Gizli verilən sədəqə

بَابُ الْمُسِرِّ بِالصَّدَقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْجَاهِرُ بِالْقُرْآنِ كَالْجَاهِرِ بِالصَّدَقَةِ ، وَالْمُسِرُّ بِالْقُرْآنِ كَالْمُسِرِّ بِالصَّدَقَةِ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quranı səsli oxuyan açıq şəkildə sədəqə verən kimidir. Quranı gizli oxuyan gizli şəkildə sədəqə verən kimidir”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 2561 (Zəkat, 127)

Fəsil 69

Verdiyini başa qaxan

الْمَنَّانُ بِمَا أَعْطَى

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَسَارٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ثَلاَثَةٌ لاَ يَنْظُرُ اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ : الْعَاقُّ لِوَالِدَيْهِ ، وَالْمَرْأَةُ الْمُتَرَجِّلَةُ ، وَالدَّيُّوثُ ، وَثَلاَثَةٌ لاَ يَدْخُلُونَ الْجَنَّةَ : الْعَاقُّ لِوَالِدَيْهِ ، وَالْمُدْمِنُ عَلَى الْخَمْرِ ، وَالْمَنَّانُ بِمَا أَعْطَى.

“Səlim ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər var ki, Qiyamət günü Allah ﷿ onlara baxmayacaq: valideynlərinə asi olan, kişilərə oxşamaq istəyən qadın və dəyyus. Üç nəfər var ki, onlar Cənnətə girməyəcək: valideynlərinə asi olan, daima sərxoş olan və verdiyini başa qaxan”.”

Səlim ibn Abdullah atasından
SəhihNəsəi, 2562 (Zəkat, 128)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلِيِّ بْنِ الْمُدْرِكِ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ خَرَشَةَ بْنِ الْحُرِّ ، عَنْ أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ، فَقَرَأَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - فَقَالَ أَبُو ذَرٍّ : خَابُوا وَخَسِرُوا ، خَابُوا وَخَسِرُوا - قَالَ : الْمُسْبِلُ إِزَارَهُ ، وَالْمُنَفِّقُ سِلْعَتَهُ بِالْحَلِفِ الْكَاذِبِ ، وَالْمَنَّانُ عَطَاءَهُ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, üzlərinə baxmayacaq və onları təmizə çıxarmaycaq. Onları ağrılı-acılı əzab gözləyir”. Allah Elçisi ﷺ bu ayələri (Ali-İmran, 77) oxudu. Əbu Zərr dedi: “Aldanıb ziyana düşdülər. Aldanıb ziyana düşdülər. Allah Elçisi ﷺ davam edərək buyurdu: “Təkəbbürlə ətəyini sürüyənlər, yalandan and içib malını satanlar və verdiyini başa qaxanlar”.”

Əbu Zərr
SəhihNəsəi, 2563 (Zəkat, 129)

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، قَالَ : سَمِعْتُ سُلَيْمَانَ وَهُوَ الأَعْمَشُ ، عَنْ سُلَيْمَانَ بْنِ مُسْهِرٍ ، عَنْ خَرَشَةَ بْنِ الْحُرِّ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ : الْمَنَّانُ بِمَا أَعْطَى ، وَالْمُسْبِلُ إِزَارَهُ ، وَالْمُنَفِّقُ سِلْعَتَهُ بِالْحَلِفِ الْكَاذِبِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, üzlərinə baxmayacaq və onları təmizə çıxarmaycaq. Onları ağrılı-acılı əzab gözləyir”. Allah Elçisi ﷺ bu ayələri (Ali-İmran, 77) oxudu. Əbu Zərr dedi: “Aldanıb ziyana düşdülər. Aldanıb ziyana düşdülər. Allah Elçisi ﷺ davam edərək buyurdu: “Verdiyini başa qaxanlar, təkəbbürlə ətəyini sürüyənlər və yalandan and içib malını satanlar”.”

Əbu Zərr
SəhihNəsəi, 2564 (Zəkat, 130)

Fəsil 70

Ehtiyacı olanı əliboş qaytaran

بَابُ رَدِّ السَّائِلِ

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ (ح) وَأَنْبَأَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ ابْنِ بُجَيْدٍ الأَنْصَارِيِّ ، عَنْ جَدِّتِهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : رُدُّوا السَّائِلَ وَلَوْ بِظِلْفٍ - فِي حَدِيثِ هَارُونَ - مُحْرَقٍ.

“İbn Buceyd əl-Ənsari babasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ehtiyacı olanı əliboş qaytarmayın. Bir heyvan dırnağı olsa belə ona mütləq verin”.”

İbn Buceyd əl-Ənsari babasından
SəhihNəsəi, 2565 (Zəkat, 131)

Fəsil 71

İstəyənə verməyən

مَنْ يُسْأَلُ وَلاَ يُعْطِي

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ بَهْزَ بْنَ حَكِيمٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يَأْتِي رَجُلٌ مَوْلاَهُ يَسْأَلُهُ مِنْ فَضْلٍ عِنْدَهُ ، فَيَمْنَعُهُ إِيَّاهُ ، إِلاَّ دُعِيَ لَهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعٌ أَقْرَعُ يَتَلَمَّظُ فَضْلَهُ الَّذِي مَنَعَ.

“Bəhz ibn Həkəm atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bir kişinin yanına bir ehtiyacı olan gəldikdə, onun malı olduğu halda həmin adama vermədiyinə görə Qiyamət günü keçəl başlı bir ilan çağırılacaq və vermədiyi həmin malı zəhərləyərək ona yedirəcək”.”

Bəhz ibn Həkəm atasından və babasından
SəhihNəsəi, 2566 (Zəkat, 132)

Fəsil 72

Allah ﷿ üçün istəyən

مَنْ سَأَلَ بِاللَّهِ عَزَّ وَجَلَّ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنِ اسْتَعَاذَ بِاللَّهِ فَأَعِيذُوهُ ، وَمَنْ سَأَلَكُمْ بِاللَّهِ فَأَعْطُوهُ ، وَمَنِ اسْتَجَارَ بِاللَّهِ فَأَجِيرُوهُ ، وَمَنْ آتَى إِلَيْكُمْ مَعْرُوفًا فَكَافِئُوهُ ، فَإِنْ لَمْ تَجِدُوا فَادْعُوا لَهُ حَتَّى تَعْلَمُوا أَنْ قَدْ كَافَأْتُمُوهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah rizası üçün sizə sığınana yardım edin. Allah rizası üçün istəyənə istədiyini verin. Allah rizası üçün çətinliyə düşənə yardım edin. Sizə yaxşılıq edəni mükafatlandırın. Mükafatlandıracaq bir şey tapmasanız, onu razı etdiyinizə inanıncaya qədər ona dua edin”.”

İbn Ömər
SəhihNəsəi, 2567 (Zəkat, 133)

Fəsil 73

Allahın ﷿ Üzü xatirinə istəyən

مَنْ سَأَلَ بِوَجْهِ اللهِ عَزَّ وَجَلَّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ سَمِعْتُ بَهْزَ بْنَ حَكِيمٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قُلْتُ : يَا نَبِيَّ اللهِ مَا أَتَيْتُكَ حَتَّى حَلَفْتُ أَكْثَرَ مِنْ عَدَدِهِنَّ لأَصَابِعِ يَدَيْهِ ، أَلاَّ آتِيَكَ ، وَلاَ آتِيَ دِينَكَ ، وَإِنِّي كُنْتُ امْرَأً لاَ أَعْقِلُ شَيْئًا ، إِلاَّ مَا عَلَّمَنِي اللَّهُ وَرَسُولُهُ ، وَإِنِّي أَسْأَلُكَ بِوَجْهِ اللهِ عَزَّ وَجَلَّ بِمَا بَعَثَكَ رَبُّكَ إِلَيْنَا ؟ قَالَ : بِالإِسْلاَمِ قَالَ : قُلْتُ وَمَا آيَاتُ الإِسْلاَمِ ؟ قَالَ : أَنْ تَقُولَ : أَسْلَمْتُ وَجْهِي إِلَى اللهِ عَزَّ وَجَلَّ ، وَتَخَلَّيْتُ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ ، كُلُّ مُسْلِمٍ عَلَى مُسْلِمٍ مُحَرَّمٌ أَخَوَانِ نَصِيرَانِ لاَ يَقْبَلُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ مُشْرِكٍ بَعْدَمَا أَسْلَمَ عَمَلاً ، أَوْ يُفَارِقَ الْمُشْرِكِينَ إِلَى الْمُسْلِمِينَ.

“Bəhz ibn Həkəm atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Peyğəmbəri! Sənin yanına gəlməməyə və dinini qəbul etməməyə əlimin barmaqlarının sayı qədər and içmişdim. Mən Allah və Onun Elçisinin öyrətdiyindən başqa bir şey bilməyən adam idim. Mən səndən Allahın Üzü xatirinə soruşuram, Rəbbin səni nə ilə göndərdi?” Allah Elçisi ﷺ: “İslamla” dedi. Bəhz dedi: “İslamın əlamətləri nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allahın Üzü xatirinə İslamı qəbul etdim və İslamdan başqa hər şeydən uzaqlaşdım deməyin, namaz qılmağın, zəkat verməyin və müsəlmanın müsəlmana canının, namusunun və malının haram olduğunu bilməyin, ona görə yaşamağın və müsəlmanların qardaş olduqlarını bilməyin, müsəlman olan birinin müşriklərin arasında qalmayaraq müsəlmanların yanına gəlməsinin lazım bilmirsə, Allahın onun heç bir əməlini qəbul etməyəcəyini bilməyindir”.”

Bəhz ibn Həkəm atasından və babasından
HəsənNəsəi, 2568 (Zəkat, 134)

Fəsil 74

Allah ﷿ rizası üçün istəyənə verməyən

مَنْ يُسْأَلُ بِاللَّهِ عَزَّ وَجَلَّ وَلاَ يُعْطِي بِهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ سَعِيدِ بْنِ خَالِدٍ الْقَارِظِيِّ ، عَنْ إِسْمَعِيلَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِ النَّاسِ مَنْزِلاً ؟ قُلْنَا : بَلَى يَا رَسُولَ اللهِ قَالَ : رَجُلٌ آخِذٌ بِرَأْسِ فَرَسِهِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ حَتَّى يَمُوتَ ، أَوْ يُقْتَلَ ، وَأُخْبِرُكُمْ بِالَّذِي يَلِيهِ ؟ قُلْنَا : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : رَجُلٌ مُعْتَزِلٌ فِي شِعْبٍ يُقِيمُ الصَّلاَةَ ، وَيُؤْتِي الزَّكَاةَ ، وَيَعْتَزِلُ شُرُورَ النَّاسِ ، وَأُخْبِرُكُمْ بِشَرِّ النَّاسِ ؟ قُلْنَا : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : الَّذِي يُسْأَلُ بِاللَّهِ عَزَّ وَجَلَّ ، وَلاَ يُعْطِي بِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Məqamına görə insanların ən xeyirlisini sizə xəbər verimmi?” Biz dedik: “Əlbəttə, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Ölənə və ya öldürülənə qədər Allah ﷿ yolunda atının yüyənini buraxmayan kimsədir. Bundan sonra kimin olduğunu sizə xəbər verimmi?” Biz dedik: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bir dağın başında qalıb namaz qılan, zəkat verən, insanların şərindən və şərlilərindən uzaq qalan kimsədir. Sonra sizə insanların ən şər olanları haqda xəbər verimmi?” Biz dedik: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Allah ﷿ rizası üçün istəyən kimsəyə verməyən kimsədir”.”

İbn Abbas
SəhihNəsəi, 2569 (Zəkat, 135)

Fəsil 75

Ondan istəyənə verənin savabı

ثَوَابُ مَنْ يُعْطِي

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ رِبْعِيًّا ، يُحَدِّثُ عَنْ زَيْدِ بْنِ ظَبْيَانَ ، رَفَعَهُ إِلَى أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ثَلاَثَةٌ يُحِبُّهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَثَلاَثَةٌ يَبْغُضُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، أَمَّا الَّذِينَ يُحِبُّهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : فَرَجُلٌ أَتَى قَوْمًا فَسَأَلَهُمْ بِاللَّهِ عَزَّ وَجَلَّ ، وَلَمْ يَسْأَلْهُمْ بِقَرَابَةٍ بَيْنَهُ وَبَيْنَهُمْ ، فَمَنَعُوهُ ، فَتَخَلَّفَهُ رَجُلٌ بِأَعْقَابِهِمْ فَأَعْطَاهُ سِرًّا لاَ يَعْلَمُ بِعَطِيَّتِهِ إِلاَّ اللَّهُ عَزَّ وَجَلَّ ، وَالَّذِي أَعْطَاهُ ، وَقَوْمٌ سَارُوا لَيْلَتَهُمْ حَتَّى إِذَا كَانَ النَّوْمُ أَحَبَّ إِلَيْهِمْ مِمَّا يُعْدَلُ بِهِ ، نَزَلُوا فَوَضَعُوا رُؤُوسَهُمْ ، فَقَامَ يَتَمَلَّقُنِي ، وَيَتْلُو آيَاتِي ، وَرَجُلٌ كَانَ فِي سَرِيَّةٍ فَلَقُوا الْعَدُوَّ فَهُزِمُوا ، فَأَقْبَلَ بِصَدْرِهِ حَتَّى يُقْتَلَ أَوْ يَفْتَحَ اللَّهُ لَهُ ، وَالثَّلاَثَةُ : الَّذِينَ يَبْغُضُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : الشَّيْخُ الزَّانِي ، وَالْفَقِيرُ الْمُخْتَالُ ، وَالْغَنِيُّ الظَّلُومُ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç kimsə var ki, Allah ﷿ onları sevir, üç kimsə də var ki, Allah ﷿ onlara qəzəblənir. Bir kişi bir toplumun yanına gəlib Allah rizası üçün bir şey istəyir – istədiyi aralarında olan qohumluğa görə deyil - lakin onlar ona heç nə vermirlər. Onların içindən bir nəfər ona Allahdan ﷿ başqa heç kəsin bilmədiyi halda gizli şəkildə bir şey verir. Həmçinin bir toplumla gecə səfərə çıxan, toplumdakı insanların yorğunluqdan yatdıqları vaxt başını yerə qoyub Allaha yalvaran kimsə. Həmçinin bir dəstədə düşmənlə qarşılaşan, dostları məğlubiyyətə uğradıqdan sonra təkbaşına da olsa zəfər qazanana qədər mərdliklə döyüşən, ya şəhid olan, ya da zəfər qazanan kimsə. Allahın ﷿ qəzəbləndiyi isə, zinakar qoca, təkəbbürlü kasıb və zalım varlıdır”.”

Əbu Zərr
ZəifNəsəi, 2570 (Zəkat, 136)

Fəsil 76

Yoxsulun izahı

تَفْسِيرُ الْمِسْكِينِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْماَعِيلُ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ الْمِسْكِينُ الَّذِي تَرُدُّهُ التَّمْرَةُ ، وَالتَّمْرَتَانِ ، وَاللُّقْمَةُ ، وَاللُّقْمَتَانِ ، إِنَّ الْمِسْكِينَ الْمُتَعَفِّفُ اقْرَؤُوا إِنْ شِئْتُمْ {لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(İnsanlar arasında gəzib-dolaşıb) bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Yoxsul o adamdır ki, (onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də) həya edib insanlardan heç bir şey istəməz. İstəyirsinizsə, Allahın bu ayəsini oxuyun: “...Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir...” (əl-Bəqərə, 273)”.”

Əbu Hureyra
ZəifNəsəi, 2571 (Zəkat, 137)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ الْمِسْكِينُ بِهَذَا الطَّوَّافِ الَّذِي يَطُوفُ عَلَى النَّاسِ تَرُدُّهُ اللُّقْمَةُ وَاللُّقْمَتَانِ وَالتَّمْرَةُ وَالتَّمْرَتَانِ قَالُوا : فَمَا الْمِسْكِينُ ؟ قَالُوا : الَّذِي لاَ يَجِدُ غِنًى يُغْنِيهِ وَلاَ يُفْطَنُ لَهُ ، فَيُتَصَدَّقَ عَلَيْهِ وَلاَ يَقُومُ فَيَسْأَلَ النَّاسَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qapı-qapı gəzərək bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Səhabələr dedilər: “Bəs yoxsul kimdir?” Allah Elçisi ﷺ buyurdu: “Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona heç kəs heç nə verməz, özü də həya edib insanlardan heç bir şey istəməz”.”

Əbu Hureyra
SəhihNəsəi, 2572 (Zəkat, 138)

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ الْمِسْكِينُ الَّذِي تَرُدُّهُ الأُكْلَةُ وَالأُكْلَتَانِ ، وَالتَّمْرَةُ وَالتَّمْرَتَانِ قَالُوا : فَمَا الْمِسْكِينُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : الَّذِي لاَ يَجِدُ غِنًى ، وَلاَ يَعْلَمُ النَّاسُ حَاجَتَهُ ، فَيُتَصَدَّقَ عَلَيْهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(İnsanlar arasında gəzib-dolaşıb) bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Səhabələr dedilər: “Bəs yoxsul kimdir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı olmaz, lakin insanlar ondan xəbərsiz olar, bu səbəblə də ona sədəqə verilməz”.”

Əbu Hureyra
SəhihNəsəi, 2573 (Zəkat, 139)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ بُجَيْدٍ ، عَنْ جَدَّتِهِ أُمِّ بُجَيْدٍ - وَكَانَتْ مِمَّنْ بَايَعَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - أَنَّهَا قَالَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْمِسْكِينَ لَيَقُومُ عَلَى بَابِي فَمَا أَجِدُ لَهُ شَيْئًا أُعْطِيهِ إِيَّاهُ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنْ لَمْ تَجِدِي شَيْئًا تُعْطِينَهُ إِيَّاهُ ، إِلاَّ ظِلْفًا مُحْرَقًا ، فَادْفَعِيهِ إِلَيْهِ.

“Rəvayət edilir ki, Allah Elçisinə ﷺ beyət edənlərdən olmuş Ummu Buceyd Allah Elçisinə ﷺ demişdir: “Qapıma kasıb adam gəlir, lakin ona verməyə bir şey tapmıram”. Allah Elçisi ﷺ ona buyurdu: “Əgər ona verməyə bir şey tapmasan, yanmış heyvan dırnağı da olsa ver”.”

Ummu Buceyd
SəhihNəsəi, 2574 (Zəkat, 140)

Fəsil 77

Təkəbbürlü kasıb

الْفَقِيرُ الْمُخْتَالُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ عَجْلاَنَ ، قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ : الشَّيْخُ الزَّانِي ، وَالْعَائِلُ الْمَزْهُوُّ ، وَالإِمَامُ الْكَذَّابُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər var ki, Allah ﷿ onları Qiyamət günü danışdırmayacaq: zinakar qoca, təkəbbürlü kasıb və yalan danışan rəhbər”.”

Əbu Hureyra
SəhihNəsəi, 2575 (Zəkat, 141)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَارِمٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَرْبَعَةٌ يَبْغُضُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : الْبَيَّاعُ الْحَلاَّفُ ، وَالْفَقِيرُ الْمُخْتَالُ ، وَالشَّيْخُ الزَّانِي ، وَالإِمَامُ الْجَائِرُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ dörd nəfərə qəzəblənmişdir: malını and içərək satan, təkəbbürlü kasıb, zinakar qoca və zalım rəhbər”.”

Əbu Hureyra
SəhihNəsəi, 2576 (Zəkat, 142)

Fəsil 78

Dullara kömək edənin fəziləti

فَضْلُ السَّاعِي عَلَى الأَرْمَلَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مَسْلَمَةَ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ الدِّيْلِيِّ ، عَنْ أَبِي الْغَيْثِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : السَّاعِي عَلَى الأَرْمَلَةِ ، وَالْمِسْكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadınlara və miskinlərə kömək edən şəxs Allah yolunda cihad edən kimidir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2577 (Zəkat, 143)

Fəsil 79

Qəlbləri İslama isinişənlər

الْمُؤَلَّفَةُ قُلُوبُهُمْ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ سَعِيدِ بْنِ مَسْرُوقٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي نُعْمٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : بَعَثَ عَلِيٌّ وَهُوَ بِالْيَمَنِ بِذُهَيْبَةٍ بِتُرْبَتِهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَسَمَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بَيْنَ أَرْبَعَةِ نَفَرٍ : الأَقْرَعِ بْنِ حَابِسٍ الْحَنْظَلِيِّ ، وَعُيَيْنَةَ بْنِ بَدْرٍ الْفَزَارِيِّ ، وَعَلْقَمَةَ بْنِ عُلاَثَةَ الْعَامِرِيِّ ، ثُمَّ أَحَدِ بَنِي كِلاَبٍ ، وَزَيْدٍ الطَّائِيِّ ثُمَّ أَحَدِ بَنِي نَبْهَانَ فَغَضِبَتْ قُرَيْشٌ - وَقَالَ مَرَّةً أُخْرَى : صَنَادِيدُ قُرَيْشٍ - فَقَالُوا : تُعْطِي صَنَادِيدَ نَجْدٍ ، وَتَدَعُنَا قَالَ : إِنَّمَا فَعَلْتُ ذَلِكَ لأَتَأَلَّفَهُمْ فَجَاءَ رَجُلٌ كَثُّ اللِّحْيَةِ ، مُشْرِفُ الْوَجْنَتَيْنِ ، غَائِرُ الْعَيْنَيْنِ ، نَاتِئُ الْجَبِينِ ، مَحْلُوقُ الرَّأْسِ ، فَقَالَ : اتَّقِ اللَّهَ يَا مُحَمَّدُ ، قَالَ : فَمَنْ يُطِيعُ اللَّهَ عَزَّ وَجَلَّ إِنْ عَصَيْتُهُ أَيَأْمَنُنِي عَلَى أَهْلِ الأَرْضِ وَلاَ تَأْمَنُونِي ، ثُمَّ أَدْبَرَ الرَّجُلُ فَاسْتَأْذَنَ رَجُلٌ مِنَ الْقَوْمِ ، فِي قَتْلِهِ يَرَوْنَ أَنَّهُ خَالِدُ بْنُ الْوَلِيدِ فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مِنْ ضِئْضِئِ هَذَا قَوْمًا يَقْرَؤُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ حَنَاجِرَهُمْ ، يَقْتُلُونَ أَهْلَ الإِسْلاَمِ ، وَيَدَعُونَ أَهْلَ الأَوْثَانِ ، يَمْرُقُونَ مِنَ الإِسْلاَمِ ، كَمَا يَمْرُقُ السَّهْمُ مِنَ الرَّمِيَّةِ لَئِنْ أَدْرَكْتُهُمْ لأَقْتُلَنَّهُمْ قَتْلَ عَادٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: “Əli Yəməndə olarkən Allah Elçisinə ﷺ bir qədər qızıl göndərmişdi. Allah Elçisi ﷺ də bu qızılları dörd nəfərə paylamışdı. Bunlar: əl-Əqra ibn Haris əl-Hənzali, Uyeynə ibn Bədr əl-Fəzari, bir tərəfdən əl-Amiri tayfasına, bir tərəfdən də Bəni Kiləb tayfasına mənsub olan Alqamə ibn Ulasə, ət-Tai və Bəni Nəbhən tayfalarından olan Zeyd adında olan kimsələr idi. Qureyşin öndərləri qəzəblənərək dedilər: “Bizi tərk edib Nəcdlilərin öndə gedənlərinə paylayır”. Allah Elçisi ﷺ buyurdu: “Mən onları İslama isinişdirmək üçün belə etdim”. Bu vaxt sıx saqqallı, yanaqları domba, gözləri çökək, alnı geniş, başı qırxıq bir nəfər gəlib dedi: “Allahdan qorx, ey Muhəmməd!” Allah Elçisi ﷺ buyurdu: “Mən də Allahdan ﷿ qorxmasam, Ona asi olsam kim Ona itaət edər? Yer üzündə hər kəs mənə güvənərkən, siz necə olur güvənmirsiniz?” Sonra o adam çıxıb getdi. Orada olanlardan biri bu adamı öldürmək üçün izin istədi. Bu adam Xalid ibn Valid idi. Allah Elçisi ﷺ buyurdu: “Bu adamın nəslindəm bir qövm gələcək, onlar Quran oxuyacaqlar, lakin oxuduqları Quran boğazlarından aşağı düşməyəcək. Onlar müsəlmanları öldürüb bütpərəstləri sağ buraxacaqlar. Ox ovunu dəlib keçdiyi kimi İslamdan çıxacaqlar. Əgər siz onların dövrünə qədər yaşasanız, heç birini sağ buraxmayıb Ad qövmünün yox olduğu kimi hamısını öldürərsiniz”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2578 (Zəkat, 144)

Fəsil 80

Zamin olana sədəqənin verilməsi

الصَّدَقَةُ لِمَنْ تَحَمَّلَ بِحَمَالَةٍ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، عَنْ هَارُونَ بْنِ رِئَابٍ ، قَالَ : حَدَّثَنِي كِنَانَةُ بْنُ نُعَيْمٍ (ح) وَأَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ - وَاللَّفْظُ لَهُ - ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ هَارُونَ ، عَنْ كِنَانَةَ بْنِ نُعَيْمٍ ، عَنْ قَبِيصَةَ بْنِ مُخَارِقٍ ، قَالَ : تَحَمَّلْتُ حَمَالَةً ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلْتُهُ فِيهَا فَقَالَ : إِنَّ الْمَسْأَلَةَ لاَ تَحِلُّ ، إِلاَّ لِثَلاَثَةٍ رَجُلٍ تَحَمَّلَ بِحَمَالَةٍ بَيْنَ قَوْمٍ فَسَأَلَ فِيهَا حَتَّى يُؤَدِّيَهَا ، ثُمَّ يُمْسِكَ.

“Rəvayət edilir ki, Qabisa ibn Muxariq ﵁ demişdir: “Bir dəfə zamin duraraq borca düşmüşdüm. Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ondan soruşdum. O buyurdu: “İstəmək üç nəfərdən başqa heç kimə halal deyil; iki nəfər arasında zamin olub borca düşənə bu borcları əldə edənə qədər istəyər, sonra da bunu tərk edər”.”

Qabisa ibn Muxariq
SəhihNəsəi, 2579 (Zəkat, 145)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ النَّضْرِ بْنِ مُسَاوِرٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ هَارُونَ بْنِ رِئَابٍ ، قَالَ : حَدَّثَنِي كِنَانَةُ بْنُ نُعَيْمٍ ، عَنْ قَبِيصَةَ بْنِ مُخَارِقٍ ، قَالَ : تَحَمَّلْتُ حَمَالَةً فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْأَلُهُ فِيهَا فَقَالَ : أَقِمْ يَا قَبِيصَةُ حَتَّى تَأْتِيَنَا الصَّدَقَةُ ، فَنَأْمُرَ لَكَ قَالَ : ثُمَّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا قَبِيصَةُ إِنَّ الصَّدَقَةَ لاَ تَحِلُّ إِلاَّ لأَحَدِ ثَلاَثَةٍ : رَجُلٍ تَحَمَّلَ حَمَالَةً ، فَحَلَّتْ لَهُ الْمَسْأَلَةُ حَتَّى يُصِيبَ قِوَامًا مِنْ عَيْشٍ ، أَوْ سِدَادًا مِنْ عَيْشٍ ، وَرَجُلٍ أَصَابَتْهُ جَائِحَةٌ ، فَاجْتَاحَتْ مَالَهُ ، فَحَلَّتْ لَهُ الْمَسْأَلَةُ حَتَّى يُصِيبَهَا ثُمَّ يُمْسِكَ ، وَرَجُلٍ أَصَابَتْهُ فَاقَةٌ حَتَّى يَشْهَدَ ثَلاَثَةٌ مِنْ ذَوِي الْحِجَا مِنْ قَوْمِهِ قَدْ أَصَابَتْ فُلاَنًا فَاقَةٌ فَحَلَّتْ لَهُ الْمَسْأَلَةُ حَتَّى يُصِيبَ قِوَامًا مِنْ عَيْشٍ ، أَوْ سِدَادًا مِنْ عَيْشٍ ، فَمَا سِوَى هَذَا مِنَ الْمَسْأَلَةِ يَا قَبِيصَةُ ؟ سُحْتٌ يَأْكُلُهَا صَاحِبُهَا سُحْتًا.

“Rəvayət edilir ki, Qabisa ibn Muxariq ﵁ demişdir: “Bir dəfə zamin duraraq borca düşmüşdüm. Allah Elçisinin ﷺ yanına gəlib bu haqda ondan soruşdum. Peyğəmbər ﷺ buyurdu: “Zəkat gətirilənə qədər bir az gözlə, ey Qabisa! Əmr edərəm sənə verilər”. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Qabisa! Həqiqətən, zəkat istəmək üç nəfərdən başqa heç kimə halal deyil; iki nəfər arasında zamin olub borca düşən bu məbləği toplayana qədər istəyə bilər; bir çətinliyə düşmüş, var-dövlətni itirənin yaşamaq üçün istəməsi; üç kişinin onun yoxsul olmasına şahidlik etdiyi kimsə də dolanmaq üçün istəyə bilər. (Bilirsənmi) bundan başqa istənilən nədir, ey Qabisa? Zülmlə insanların malını yeməkdir”.”

Qabisa ibn Muxariq
SəhihNəsəi, 2580 (Zəkat, 146)

Fəsil 81

Yetimlərə sədəqə vermək

الصَّدَقَةُ عَلَى الْيَتِيمِ

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالَ : أَخْبَرَنِي هِشَامٌ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي هِلاَلٌ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ ، وَجَلَسْنَا حَوْلَهُ فَقَالَ : إِنَّمَا أَخَافُ عَلَيْكُمْ مِنْ بَعْدِي ، مَا يُفْتَحُ لَكُمْ مِنْ زَهْرَةٍ ، وَذَكَرَ الدُّنْيَا ، وَزِينَتَهَا فَقَالَ رَجُلٌ : أَوَ يَأْتِي الْخَيْرُ بِالشَّرِّ ؟ فَسَكَتَ عَنْهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقِيلَ لَهُ : مَا شَأْنُكَ ؟ تُكَلِّمُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ يُكَلِّمُكَ قَالَ : وَرَأَيْنَا أَنَّهُ يُنْزَلُ عَلَيْهِ فَأَفَاقَ يَمْسَحُ الرُّحَضَاءَ وَقَالَ : أَشَاهِدٌ السَّائِلُ إِنَّهُ لاَ يَأْتِي الْخَيْرُ بِالشَّرِّ وَإِنَّ مِمَّا يُنْبِتُ الرَّبِيعُ يَقْتُلُ ، أَوْ يُلِمُّ إِلاَّ آكِلَةُ الْخَضِرِ ، فَإِنَّهَا أَكَلَتْ حَتَّى إِذَا امْتَدَّتْ خَاصِرَتَاهَا ، اسْتَقْبَلْتَ عَيْنَ الشَّمْسِ فَثَلَطَتْ ثُمَّ بَالَتْ ثُمَّ رَتَعَتْ ، وَإِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، وَنِعْمَ صَاحِبُ الْمُسْلِمِ ، هُوَ إِنْ أَعْطَى مِنْهُ الْيَتِيمَ ، وَالْمِسْكِينَ ، وَابْنَ السَّبِيلِ ، وَإِنَّ الَّذِي يَأْخُذُهُ بِغَيْرِ حَقِّهِ ، كَالَّذِي يَأْكُلُ وَلاَ يَشْبَعُ ، وَيَكُونُ عَلَيْهِ شَهِيدًا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ minbərdə oturdu və biz də onun ətrafında oturduq. Allah Elçisi ﷺ buyurdu: “Mən (bu dünyadan) köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövq-səfa və bər-bəzək (qapılarının) sizin üzünüzə açılmasıdır”. Bir nəfər soruşdu: “Ey Allahın Elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Allah Elçisi ﷺ susdu. Bəziləri həmin adamdan soruşdular: “Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?” Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. Bir müddət keçdikdən sonra Allah Elçisi ﷺ üzündəki təri sildi və sanki sual verən adamı tərifləyərək: “Soruşan adam haradadır?”– dedi. Sonra buyurdu: “Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda yetişən bitkilərin bəzisi (onu yeyən heyvanı) öldürür, yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək (otdan) yeyir və nəhayət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii ehtiyacını ödəyir və yenidən yaşıl otdan bol-bol yeyir. Həqiqətən, bu (dünya) malı yaşıl ot kimi şirindir. Malından yetimlərə, kasıblara və müsafirlərə verən varlı müsəlman nə gözəl bəndədir! Haqsız yolla mal-dövlət əldə edən adam, əməllicə yeyən, lakin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal-dövlət onun əleyhinə şahidlik edəcək”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2581 (Zəkat, 147)

Fəsil 82

Qohumlara sədəqə vermək

الصَّدَقَةُ عَلَى الأَقَارِبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعَلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ حَفْصَةَ ، عَنْ أُمِّ الرَّائِحِ ، عَنْ سَلْمَانَ بْنِ عَامِرٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الصَّدَقَةَ عَلَى الْمِسْكِينِ صَدَقَةٌ ، وَعَلَى ذِي الرَّحِمِ اثْنَتَانِ صَدَقَةٌ وَصِلَةٌ.

“Salman ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Miskinə verilən sədəqə savabdır. Qohuma veilən sədəqədə isə iki savab var; sədəqə və qohumluq əlaqələrini möhkəmləndirmək”.”

Salman ibn Amir
SəhihNəsəi, 2582 (Zəkat, 148)

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ زَيْنَبَ ، امْرَأَةِ عَبْدِ اللهِ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلنِّسَاءِ : تَصَدَّقْنَ وَلَوْ مِنْ حُلِيِّكُنَّ قَالَتْ : وَكَانَ عَبْدُ اللهِ خَفِيفَ ذَاتِ الْيَدِ ، فَقَالَتْ لَهُ : أَيَسَعُنِي أَنْ أَضَعَ صَدَقَتِي فِيكَ وَفِي بَنِي أَخٍ لِي يَتَامَى ، فَقَالَ عَبْدُ اللهِ : سَلِي عَنْ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا عَلَى بَابِهِ امْرَأَةٌ مِنَ الأَنْصَارِ يُقَالُ لَهَا : زَيْنَبُ تَسْأَلُ عَمَّا أَسْأَلُ عَنْهُ ، فَخَرَجَ إِلَيْنَا بِلاَلٌ ، فَقُلْنَا لَهُ : انْطَلِقْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلْهُ عَنْ ذَلِكَ ، وَلاَ تُخْبِرْهُ مَنْ نَحْنُ ، فَانْطَلَقَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : مَنْ هُمَا ؟ قَالَ : زَيْنَبُ قَالَ : أَيُّ الزَّيَانِبِ ؟ قَالَ : زَيْنَبُ امْرَأَةُ عَبْدِ اللهِ وَزَيْنَبُ الأَنْصَارِيَّةُ قَالَ : نَعَمْ ، لَهُمَا أَجْرَانِ : أَجْرُ الْقَرَابَةِ ، وَأَجْرُ الصَّدَقَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsudun ﵁ zövcəsi Zeynəb ﵂ demişdir: “Allah Elçisi ﷺ qadınlara buyurdu: “Taxdığnız zinət əşyalarından olsa belə, sədəqə verin”. Zeynəb deyir: “Ərim Abdullah kasıb idi, ona görə də mən ona dedim: “Mən sədəqəmi sənə və qardaşının yetim uşaqlarına verə bilərəm?” O da: “Bu haqda Allah Elçisindən ﷺ soruş” dedi. Mən Peyğəmbərin ﷺ yanına gəldim. Qapının qabağında ənsardan olan Zeynəb adlı bir nəfər də var idi və mənim soruşmaq istədiyim haqda soruşmaq üçün gəlmişdi. Qapını döydük, Bilal çıxdı. Biz də: “Get Allah Elçisindən ﷺ bu haqda soruş, lakin ona bizim kim olduğumuzu demə” dedik. O da Allah Elçisinin ﷺ yanına getdi. Allah Elçisi ﷺ buyurdu: “Onlar kimlərdir?” Bilal dedi: “Zeynəb”. Allah Elçisi ﷺ buyurdu: “Hansı Zeynəb?” Bilal dedi: “Abdullahın zövcəsi Zeynəb və ənsardan olan Zeynəb”. Allah Elçisi ﷺ buyurdu: “(Bəli, verə bilər). Onlara ikiqat savab var; həm qohumluq əlaqələrini möhkəmlətmək savabı, həm də sədəqə savabı”.”

Abdullah ibn Məsudun zövcəsi Zeynəb
SəhihNəsəi, 2583 (Zəkat, 149)

Fəsil 83

İstəmək

الْمَسْأَلَةُ

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ أَبَا عُبَيْدٍ مَوْلَى عَبْدِ الرَّحْمَنِ بْنِ أَزْهَرَ ، أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لأَنْ يَحْتَزِمَ أَحَدُكُمْ حُزْمَةَ حَطَبٍ عَلَى ظَهْرِهِ فَيَبِيعَهَا خَيْرٌ مِنْ أَنْ يَسْأَلَ رَجُلاً فَيُعْطِيَهُ ، أَوْ يَمْنَعَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin kürəyinə odun yığaraq bazarda satması, istəməsindən daha xeyirlidir. Həm də bilinmir ki, istədiyi adam ona nəsə verəcək və ya verməyəcək bilinmir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2584 (Zəkat, 150)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ بْنِ سَعْدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، قَالَ : سَمِعْتُ حَمْزَةَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا يَزَالُ الرَّجُلُ يَسْأَلُ حَتَّى يَأْتِيَ يَوْمَ الْقِيَامَةِ لَيْسَ فِي وَجْهِهِ مُزْعَةٌ مِنْ لَحْمٍ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İstəyən adam Qiyamət günü üzündə ət olmadığı halda gələcək”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2585 (Zəkat, 151)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ أَبِي صَفْوَانَ الثَّقَفِيُّ ، قَالَ : حَدَّثَنَا أُمَيَّةُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ بِسْطَامَ بْنِ مُسْلِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ خَلِيفَةَ ، عَنْ عَائِذِ بْنِ عَمْرٍو ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَأَلَهُ فَأَعْطَاهُ ، فَلَمَّا وَضَعَ رِجْلَهُ عَلَى أُسْكُفَّةِ الْبَابِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْ تَعْلَمُونَ مَا فِي الْمَسْأَلَةِ ، مَا مَشَى أَحَدٌ إِلَى أَحَدٍ يَسْأَلُهُ شَيْئًا.

“Aiz ibn Amr ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib bir şey istədi. Peyğəmbər ﷺ onun istədiyini verdi. Həmin adam ayağını qapıdan bayıra qoyduqda Allah Elçisi ﷺ buyurdu: “Əgər bilsəydiniz ki, istəməkdə nə var, heç biriniz bir şey istəmək üçün bir addım belə atmazdınız”.”

Aiz ibn Amr
HəsənNəsəi, 2586 (Zəkat, 152)

Fəsil 84

İstəyəndə əməlisaleh insanlardan istəmək

سُؤَالُ الصَّالِحِينَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ بَكْرِ بْنِ سَوَادَةَ ، عَنْ مُسْلِمِ بْنِ مَخْشِيٍّ ، عَنْ ابْنِ الْفِرَاسِيِّ ، أَنَّ الْفِرَاسِيَّ ، قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَسْأَلُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لاَ وَإِنْ كُنْتَ سَائِلاً ، لاَ بُدَّ فَاسْأَلِ الصَّالِحِينَ.

“Rəvayət edilir ki, əl-Firasi ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, mən istəyə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, istəməli olsan əməlisaleh insanlardan istə”.”

əl-Firasi
ZəifNəsəi, 2587 (Zəkat, 153)

Fəsil 85

Kimdənsə nəsə istəməkdən uzaq durmaq

الاِسْتِعْفَافُ عَنِ الْمَسْأَلَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ نَاسًا مِنَ الأَنْصَارِ ، سَأَلُوا رَسُولَ اللهِ ، فَأَعْطَاهُمْ ، ثُمَّ سَأَلُوهُ ، فَأَعْطَاهُمْ حَتَّى إِذَا نَفِدَ مَا عِنْدَهُ ، قَالَ : مَا يَكُونُ عِنْدِي مِنْ خَيْرٍ ، فَلَنْ أَدَّخِرَهُ عَنْكُمْ ، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنْ يَصْبِرْ ، يُصَبِّرْهُ اللَّهُ ، وَمَا أُعْطِيَ أَحَدٌ عَطَاءً هُوَ خَيْرٌ ، وَأَوْسَعُ مِنَ الصَّبْرِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, ənsardan olan adamlar Allah Elçisindən ﷺ istədilər. Allah Elçisi ﷺ onların istədiyini verdi. Sonra yenə istədilər, yenə verdi. Allah Elçisinin ﷺ yanında mal qurtarana qədər onlara verdi, sonra belə buyurdu: “Məndə olandan sizə verməyə heç nə əsirgəmərəm, amma kim ləyaqətli olmağı istəyərsə, Allah ﷿ onu ləyaqətli edər. Kim səbirli olmağı istəyərsə, Allah onu səbirli edər. Heç kimə səbirdən daha xeyirli və daha geniş bir şey verilməmişdir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 2588 (Zəkat, 154)

أَخْبَرَنَا عَلِيُّ بْنُ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا مَعْنٌ ، قَالَ : أَنْبَأَنَا مَالِكٌ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ لأَنْ يَأْخُذَ أَحَدُكُمْ حَبْلَهُ فَيَحْتَطِبَ عَلَى ظَهْرِهِ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْتِيَ رَجُلاً أَعْطَاهُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ فَضْلِهِ ، فَيَسْأَلَهُ أَعْطَاهُ ، أَوْ مَنَعَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun ki, sizdən birinizin ipini götürərək kürəyində odun daşıması, Allahın ﷿ lütf edərək verdiyi bir kimsədən nəsə istəməsindən daha xeyirlidir. O adam da ona istədiyini verəcək, ya verməyəcək, bəlli deyil”.”

Əbu Hureyra
SəhihNəsəi, 2589 (Zəkat, 155)

Fəsil 86

İnsanlardan heç kəsdən istəməməyin fəziləti

فَضْلُ مَنْ لاَ يَسْأَلُ النَّاسَ شَيْئًا

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، حَدَّثَنِي مُحَمَّدُ بْنُ قَيْسٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ مُعَاوِيَةَ ، عَنْ ثَوْبَانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ يَضْمَنْ لِي وَاحِدَةً وَلَهُ الْجَنَّةُ قَالَ يَحْيَى : هَاهُنَا كَلِمَةٌ مَعْنَاهَا أَنْ لاَ يَسْأَلَ النَّاسَ شَيْئًا.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir məsələdə mənə zəmanət verərsə, ona Cənnət var”. Ravi Yəhya deyir: “Bu istəmək insanlardan heç nə istəməməkdir”.”

Səvban
SəhihNəsəi, 2590 (Zəkat, 156)

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ حَمْزَةَ ، قَالَ : حَدَّثَنِي الأَوْزَاعِيُّ ، عَنْ هَارُونَ بْنِ رِئَابٍ أَنَّهُ حَدَّثَهُ ، عَنْ أَبِي بَكْرٍ ، عَنْ قَبِيصَةَ بْنِ مُخَارِقٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ تَصْلُحُ الْمَسْأَلَةُ إِلاَّ لِثَلاَثَةٍ رَجُلٍ : أَصَابَتْ مَالَهُ جَائِحَةٌ ، فَيَسْأَلُ حَتَّى يُصِيبَ سِدَادًا مِنْ عَيْشٍ ، ثُمَّ يُمْسِكُ ، وَرَجُلٍ تَحَمَّلَ حَمَالَةً ، فَيَسْأَلُ حَتَّى يُؤَدِّيَ إِلَيْهِمْ حَمَالَتَهُمْ ، ثُمَّ يُمْسِكُ عَنِ الْمَسْأَلَةِ ، وَرَجُلٍ يَحْلِفُ ثَلاَثَةُ نَفَرٍ مِنْ قَوْمِهِ مِنْ ذَوِي الْحِجَا بِاللَّهِ ، لَقَدْ حَلَّتِ الْمَسْأَلَةُ لِفُلاَنٍ ، فَيَسْأَلُ حَتَّى يُصِيبَ قِوَامًا مِنْ مَعِيشَةٍ ، ثُمَّ يُمْسِكُ عَنِ الْمَسْأَلَةِ ، فَمَا سِوَى ذَلِكَ سُحْتٌ.

“Rəvayət edilir ki, Qabisa ibn Muxariq ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “İstəmək üç nəfərdən başqa heç kimə yaramır; bir çətinliyə düşən adamın, malına bəla gəlmiş birinin vəziyyəti düzələnə qədər istəməsi, sonra bunu tərk edir; iki nəfər arasında zamin olub borca düşən bu məbləği toplayana qədər istəyə bilər, sonra istəməyi tərk edir; yoxsul olmasına üç kişinin onun şahidlik etdiyi kimsə dolanmaq üçün istəyə bilər, sonra istəməyi tərk edir. Bunlardan başqalarının istəməsi istəmək malı haqsız yeməkdir”.”

Qabisa ibn Muxariq
SəhihNəsəi, 2591 (Zəkat, 157)

Fəsil 87

Varlı olmağın həddi

حَدُّ الْغِنَى

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ حَكِيمِ بْنِ جُبَيْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَأَلَ وَلَهُ مَا يُغْنِيهِ ، جَاءَتْ خُمُوشًا ، أَوْ كُدُوحًا فِي وَجْهِهِ يَوْمَ الْقِيَامَةِ قِيلَ يَا رَسُولَ اللهِ : وَمَاذَا يُغْنِيهِ ، أَوْ مَاذَا أَغْنَاهُ ؟ قَالَ : خَمْسُونَ دِرْهَمًا ، أَوْ حِسَابُهَا مِنَ الذَّهَبِ قَالَ يَحْيَى : قَالَ سُفْيَانُ : وَسَمِعْتُ زُبَيْدًا ، يُحَدِّثُ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim ehtiyacı olmadığı halda istəyərsə, Qiyamət günü üzü cırılmış və ya ətsiz vəziyyətdə gələcək”. Ona deyildi: “Ey Allahın Elçisi, varlı kim sayılır?” Allah Elçisi ﷺ buyurdu: “Əlli dirhəm gümüş və ya buna bərabər qızılı olan kimsə varlı sayılır”.”

Abdullah ibn Məsud
SəhihNəsəi, 2592 (Zəkat, 158)

Fəsil 88

İstəməkdə israrlı olmamaq

بَابُ الإِلْحَافِ فِي الْمَسْأَلَةِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ وَهْبِ بْنِ مُنَبِّهٍ ، عَنْ أَخِيهِ ، عَنْ مُعَاوِيَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تُلْحِفُوا فِي الْمَسْأَلَةِ ، وَلاَ يَسْأَلْنِي أَحَدٌ مِنْكُمْ شَيْئًا ، وَأَنَا لَهُ كَارِهٌ ، فَيُبَارَكَ لَهُ فِيمَا أَعْطَيْتُهُ.

“Müaviyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İstəməkdə israr etməyin! Biriniz məndən xoşlamadığım bir şeyi istəyərsə, mən də ona istədiyi şeyi versəm belə verdiyim şeyin bərəkəti olmaz”.”

Müaviyə
SəhihNəsəi, 2593 (Zəkat, 159)

Fəsil 89

İstəyən kimdir?

مَنِ الْمُلْحِفُ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ بْنِ عُيَيْنَةَ ، عَنْ دَاوُدَ بْنِ شَابُورَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَأَلَ وَلَهُ أَرْبَعُونَ دِرْهَمًا ، فَهُوَ الْمُلْحِفُ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qırx dirhəmi ola-ola istəyərsə, o, ehtiyac olmadan istəmiş sayılır”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihNəsəi, 2594 (Zəkat, 160)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي الرِّجَالِ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : سَرَّحَتْنِي أُمِّي إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَيْتُهُ وَقَعَدْتُ ، فَاسْتَقْبَلَنِي ، وَقَالَ : مَنِ اسْتَغْنَى : أَغْنَاهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنِ اسْتَعَفَّ : أَعَفَّهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنِ اسْتَكْفَى : كَفَاهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنْ سَأَلَ وَلَهُ قِيمَةُ أُوقِيَّةٍ : فَقَدْ أَلْحَفَ ، فَقُلْتُ : نَاقَتِي الْيَاقُوتَةُ ، خَيْرٌ مِنْ أُوقِيَّةٍ فَرَجَعْتُ ، وَلَمْ أَسْأَلْهُ.

“Abdur-Rahmən ibn Əbu Səid əl-Xudri atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Anam məni Allah Elçisinin ﷺ yanına göndərmişdi. Mən onun yanına gəldikdə məni qarşıladı və belə buyurdu: “Kim başqalarına möhtac olmaq istəməzsə, Allah ﷿ onu heç kimə möhtac etməz. Ləyaqətli olmaq istəyəni, Allah ﷿ ləyaqətli edər. Kim ehtiyacına kifayət edəcək qədər yaşayış istəyərsə, Allah ﷿ onu heç kimə möhtac etməz. Kim qırx dirhəmi ola-ola istəyərsə, ehtiyacı olmadığı halda istəmiş olar”. Mən öz-özümə: “Mənim yaqut rəngli dəvəm qırx dirhəmdən də çox edər” dedim və qayıdaraq bir şey istəmədim”.”

Abdur-Rahmən ibn Əbu Səid əl-Xudri atasından
SəhihNəsəi, 2595 (Zəkat, 161)

Fəsil 90

Dirhəmi olmayıb ona bərabər bir şeyi olan

إِذَا لَمْ يَكُنْ لَهُ دَرَاهِمُ وَكَانَ لَهُ عَدْلُهَا

قَالَ الْحَارِثُ بْنُ مِسْكِينٍ : ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : أَنْبَأَنَا مَالِكٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ رَجُلٍ مِنْ بَنِي أَسَدٍ قَالَ : نَزَلْتُ أَنَا وَأَهْلِي ، بِبَقِيعِ الْغَرْقَدِ فَقَالَتْ لِي أَهْلِي : اذْهَبْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَلْهُ لَنَا شَيْئًا نَأْكُلُهُ ، فَذَهَبْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَوَجَدْتُ عِنْدَهُ رَجُلاً يَسْأَلُهُ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : لاَ أَجِدُ مَا أُعْطِيكَ فَوَلَّى الرَّجُلُ عَنْهُ وَهُوَ مُغْضَبٌ ، وَهُوَ يَقُولُ : لَعَمْرِي إِنَّكَ لَتُعْطِي مَنْ شِئْتَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّهُ لَيَغْضَبُ عَلَيَّ أَنْ لاَ أَجِدَ مَا أُعْطِيهِ ، مَنْ سَأَلَ مِنْكُمْ وَلَهُ أُوقِيَّةٌ أَوْ عِدْلُهَا ، فَقَدْ سَأَلَ إِلْحَافًا قَالَ الأَسَدِيُّ : فَقُلْتُ لَلَقْحَةٌ لَنَا خَيْرٌ مِنْ أُوقِيَّة ، وَالأُوقِيَّةُ : أَرْبَعُونَ دِرْهَمًا ، فَرَجَعْتُ ، وَلَمْ أَسْأَلْهُ ، فَقَدِمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ ذَلِكَ ، شَعِيرٌ ، وَزَبِيبٌ ، فَقَسَّمَ لَنَا مِنْهُ حَتَّى أَغْنَانَا اللَّهُ عَزَّ وَجَلَّ.

“Əta ibn Yəsar ﵁ Bəni Əsəd tayfasından olan bir kişinin belə dediyini rəvayət etmişdir: “Mən və ailəm Bəqiul-Ğarqadda məskunlaşdıq. Ailə üzvlərim mənə dedi: “Allah Elçisinin ﷺ yanına get və yeməyə bir şey istə”. Mən də onun yanına getdim. Onun yanında bir şey istəyən bir adam var idi. Allah Elçisi ﷺ ona belə deyirdi: “Sənə verməyə bir şeyim yoxdur”. Adam qəzəbli halda geri qayıtdı və bu əsnada belə deyirdi: “Ömrümə and olsun ki, istədiyin adamlara verirsən”. Allah Elçisi ﷺ buyurdu: “Ona verəcək bir şey olmadığına görə mənə qəzəbi tutur. Birinizin qırx dirhəmi və ona bərabər bir malı varsa, bu halda bir şey istəyirsə, o, ehtiyacı olmadan istəyəndir”. Mən də öz-özümə: “Mənim çoxlu süd verən bir dəvəm var. Bu dəvəm qırx dirhəmdən çox edir”- dedim və heç bir şey istəmədən geriyə qayıtdım. Bu hadisədən sonra Allah Elçisinə ﷺ arpa və quru üzüm gətirildi, o da o gətiriləndən bizim aramızda paylaşdırdı və Allah ﷿ bizi bu şeylərlə varlandırdı”.”

Əta ibn Yəsar
SəhihNəsəi, 2596 (Zəkat, 162)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي بَكْرٍ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَحِلُّ الصَّدَقَةُ لِغَنِيٍّ ، وَلاَ لِذِي مِرَّةٍ سَوِيٍّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Varlı və sağlam adama sədəqə götürmək halal deyil”.”

Əbu Hureyra
SəhihNəsəi, 2597 (Zəkat, 163)

Fəsil 91

Varlı və qazanmağa gücü çatanın istəməsi

مَسْأَلَةُ الْقَوِيِّ الْمُكْتَسِبِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ عَدِيِّ بْنِ الْخِيَارِ ، أَنَّ رَجُلَيْنِ حَدَّثَاهُ أَنَّهُمَا : أَتَيَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْأَلاَنِهِ مِنَ الصَّدَقَةِ ؟ فَقَلَّبَ فِيهِمَا الْبَصَرَ ، - وَقَالَ مُحَمَّدٌ : بَصَرَهُ - فَرَآهُمَا جَلْدَيْنِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنْ شِئْتُمَا ، وَلاَ حَظَّ فِيهَا لِغَنِيٍّ ، وَلاَ لِقَوِيٍّ مُكْتَسِبٍ.

“Ubeydullah ibn Adiy ibn əl-Xiyər ﵀ iki nəfərdən bunları rəvayət etmişdir: “Onlar Allah Elçisinin ﷺ yanına sədəqə istəmək üçün gəlmişdilər. Allah Elçisi ﷺ onlara baxıb onların sağlam olduğunu gördükdən sonra belə buyurdu: “İstəyirsənizsə, verim, amma bu sədəqədə varlı və qazanmağa gücü çatan şəxsin haqqı yoxdur”.”

Ubeydullah ibn Adiy ibn əl-Xiyər
SəhihNəsəi, 2598 (Zəkat, 164)

Fəsil 92

Rəhbərdən istəyən adam

مَسْأَلَةُ الرَّجُلِ ذَا سُلْطَانٍ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ زَيْدِ بْنِ عُقْبَةَ ، عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْمَسَائِلَ كُدُوحٌ ، يَكْدَحُ بِهَا الرَّجُلُ وَجْهَهُ ، فَمَنْ شَاءَ كَدَحَ وَجْهَهُ ، وَمَنْ شَاءَ تَرَكَ ، إِلاَّ أَنْ يَسْأَلَ الرَّجُلُ ذَا سُلْطَانٍ ، أَوْ شَيْئًا لاَ يَجِدُ مِنْهُ بُدًّا.

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, istəmək cırmaqlanmaq deməkdir. İstəyən adam öz üzünü cırmaqlayır. Kim istəsə üzünü cırmaqlayar, kim də istəsə bunu tərk edər. Ancaq adamın bir vəzifəlidən istəməsi və ya həqiqi çətinlikdə olanın istəməsi belə deyil”.”

Səmura ibn Cundəb
SəhihNəsəi, 2599 (Zəkat, 165)

Fəsil 93

Çətin vəziyyətdə olan adamın istəməsi

مَسْأَلَةُ الرَّجُلِ فِي أَمْرٍ لاَ بُدَّ لَهُ مِنْهُ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ زَيْدِ بْنِ عُقْبَةَ ، عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْمَسْأَلَةُ كَدٌّ يَكُدُّ بِهَا الرَّجُلُ وَجْهَهُ ، إِلاَّ أَنْ يَسْأَلَ الرَّجُلُ سُلْطَانًا ، أَوْ فِي أَمْرٍ لاَ بُدَّ مِنْهُ.

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, istəmək özünü cırmaqlamaq deməkdir. İstəyən adam üzünü cırmaqlayır. Ancaq insanın dövlətdən nəsə istəməsi və ya çətinlikdə olanın istəməsi belə deyil”.”

Səmura ibn Cundəb
SəhihNəsəi, 2600 (Zəkat, 166)

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ بْنِ عَبْدِ الْجَبَّارِ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ حَكِيمِ بْنِ حِزَامٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا حَكِيمُ إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ ، وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ istədim, o verdi, mən ondan istədim, o verdi, mən yenə ondan istədim, o verdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Həkim, bu dünya malı şirin və cəzbedicidir. Kim onu qəlb rahatlığı ilə götürərsə, onun üçün bərəkətli olar. Kim onu acgözlük və hərisliklə götürərsə, onun üçün bərəkəti olmaz. O, yeyib doymayan adama bənzəyir. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
SəhihNəsəi, 2601 (Zəkat, 167)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مِسْكِينُ بْنُ بُكَيْرٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ حَكِيمِ بْنِ حِزَامٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا حَكِيمُ إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، مَنْ أَخَذَهُ بِسَخَاوَةِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ النَّفْسِ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ ، وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ istədim, o verdi, mən ondan istədim, o verdi, mən yenə ondan istədim, o verdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Həkim, həqiqətən, bu mal şirin və cəzbedicidir. Kim onu səxavətli nəfs ilə götürərsə, onun üçün bərəkətli olar. Kim onu acgözlük və hərisliklə götürərsə, onun bərəkəti olmaz. O, yeyib doymayan adama bənzəyir. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
SəhihNəsəi, 2602 (Zəkat, 168)

أَخْبَرَنِي الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، وَسَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ حَكِيمَ بْنَ حِزَامٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا حَكِيمُ إِنَّ هَذَا الْمَالَ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِسَخَاوَةِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ ، وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى قَالَ حَكِيمٌ : فَقُلْتُ يَا رَسُولَ اللهِ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، لاَ أَرْزَأُ أَحَدًا بَعْدَكَ حَتَّى أُفَارِقَ الدُّنْيَا بِشَيْءٍ.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ istədim, o verdi, mən istədim, o verdi, mən yenə istədim, o verdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Həkim, həqiqətən, bu mal şirin və cəzbedicidir. Kim onu səxavətli nəfs ilə götürərsə, onun üçün bərəkətli olar. Kim onu acgözlük və hərisliklə götürərsə, onun bərəkəti olmaz. O, yeyib doymayan adama bənzəyir. Verən əl alan əldən daha xeyirlidir”. Həkim deyir: “Mən dedim: “Ey Allahın Elçisi, səni haqq ilə göndərənə and olsun! Ölənə qədər dünyaya aid heç nəyi heç kimdən istəməyəcəyəm”.”

Həkim ibn Hizam
SəhihNəsəi, 2603 (Zəkat, 169)

Fəsil 94

İstəmədən Allahın ﷿ ona var-dövlət verməsi

مَنْ آتَاهُ اللَّهُ عَزَّ وَجَلَّ مَالاً مِنْ غَيْرِ مَسْأَلَةٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ بُكَيْرٍ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ ابْنِ السَّاعِدِيِّ الْمَالِكِيِّ ، قَالَ : اسْتَعْمَلَنِي عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى الصَّدَقَةِ ، فَلَمَّا فَرَغْتُ مِنْهَا فَأَدَّيْتُهَا إِلَيْهِ ، أَمَرَ لِي بِعُمَالَةٍ ، فَقُلْتُ لَهُ : إِنَّمَا عَمِلْتُ لِلَّهِ عَزَّ وَجَلَّ ، وَأَجْرِي عَلَى اللهِ عَزَّ وَجَلَّ ، فَقَالَ : خُذْ مَا أَعْطَيْتُكَ ، فَإِنِّي قَدْ عَمِلْتُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ لَهُ : مِثْلَ قَوْلِكَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أُعْطِيتَ شَيْئًا مِنْ غَيْرِ أَنْ تَسْأَلَ ، فَكُلْ ، وَتَصَدَّقْ.

“Rəvayət edilir ki, İbn əs-Səidi əl-Maliki ﵀ demişdir: “Ömər ibn əl-Xattab ﵁ məni zəkat toplamaq üçün cavabdeh etmişdi. Mən işimi bitirdikdə topladıqlarımı ona verdim və Ömər mənə məvacib verilməsini əmr etdi. Mən ona dedim: “Mən bunu Allah ﷿ üçün etdim, əvəzini də Allahdan ﷿ gözləyirəm”. O dedi: “Sənə verdiyimi götür! Mən Allah Elçisinin ﷺ dövründə bir işlə vəzifələndirilmişdim. O vaxt mən də sənin dediyin kimi demişdim. Allah Elçisi ﷺ mənə belə buyurdu: “İstəmədiyin halda sənə versələr, (götür) ye və sədəqə ver”.”

İbn əs-Səidi əl-Maliki
SəhihNəsəi, 2604 (Zəkat, 170)

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عُبَيْدِ اللهِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، عَنْ حُوَيْطِبِ بْنِ عَبْدِ الْعُزَّى ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ السَّعْدِيِّ ، أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ مِنَ الشَّامِ فَقَالَ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَعْمَلُ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ الْمُسْلِمِينَ ، فَتُعْطَى عَلَيْهِ عُمَالَةً ، فَلاَ تَقْبَلُهَا ، قَالَ : أَجَلْ إِنَّ لِي أَفْرَاسًا ، وَأَعْبُدًا ، وَأَنَا بِخَيْرٍ ، وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : إِنِّي أَرَدْتُ الَّذِي أَرَدْتَ ، وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْمَالَ ، فَأَقُولُ أَعْطِهِ ، مَنْ هُوَ أَفْقَرُ إِلَيْهِ مِنِّي ، وَإِنَّهُ أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ لَهُ ، أَعْطِهِ ، مَنْ هُوَ أَحْوَجُ إِلَيْهِ مِنِّي ، فَقَالَ : مَا آتَاكَ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ هَذَا الْمَالِ مِنْ غَيْرِ مَسْأَلَةٍ ، وَلاَ إِشْرَافٍ ، فَخُذْهُ ، فَتَمَوَّلْهُ ، أَوْ تَصَدَّقْ بِهِ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Sədi ﵀ demişdir: “Mən Şamdan Ömər ibn əl-Xattabın ﵁ yanına gəldim. Ömər mənə dedi: “Məgər sənin müsəlmanların bir işinə məsul edildiyin vaxt bir məvacib verildikdə, onu götürməli olduğunu bilmirsənmi? Sən isə onu qəbul etmirsən”. Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmədim”. Ömər ﵁ dedi: “Mən də sənin istədiyin kimi istəmişdim, lakin Allah Elçisi ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Bir dəfə də belə bir məvacib vermişdi, mən də: “Məndən daha çox ehtiyacı olan verin” dedim. Allah Elçisi ﷺ buyurdu: “İstəmədiyin halda Allah tərəfindən sənə verilən bu malı acgözlük olmadan götür və qəbul et. İstəsən ondan özün istifadə et, istəsən, sədəqə ver. Sənə verilməyən malda isə gözün qalmasın”.”

Abdullah ibn əs-Sədi
SəhihNəsəi, 2605 (Zəkat, 171)

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، أَنَّ حُوَيْطِبَ بْنَ عَبْدِ الْعُزَّى أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ السَّعْدِيِّ ، أَخْبَرَهُ أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ فِي خِلاَفَتِهِ ، فَقَالَ لَهُ عُمَرُ : أَلَمْ أُحَدَّثْ أَنَّكَ تَلِي مِنْ أَعْمَالِ النَّاسِ أَعْمَالاً ، فَإِذَا أُعْطِيتَ الْعُمَالَةَ رَدَدْتَهَا فَقُلْتُ بَلَى ، فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : فَمَا تُرِيدُ إِلَى ذَلِكَ ، فَقُلْتُ : لِي أَفْرَاسٌ وَأَعْبُدٌ وَأَنَا بِخَيْرٍ ، وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ لَهُ عُمَرُ : فَلاَ تَفْعَلْ فَإِنِّي كُنْتُ أَرَدْتُ مِثْلَ الَّذِي أَرَدْتَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ أَعْطِهِ أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خُذْهُ فَتَمَوَّلْهُ ، أَوْ تَصَدَّقْ بِهِ مَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ ، وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Abdullah ibn əs-Sədi ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattabın xilafəti zamanı onun yanına gəldi. Ömər ona dedi: “Mənə verilən məlumata görə, sən digər insanlar kimi işlədilirsən, sənə məvacib verəndə isə onu götürmürsən”. Mən: Bəli” dedim. Ömər dedi: “Bu veriləni niyə götürmürsən?” Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmürəm”. Ömər ﵁ dedi: “Belə etmə! Mən də sənin istəyin kimi etmişdim, lakin Allah Elçisi ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Allah Elçisi ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”

Abdullah ibn əs-Sədi
SəhihNəsəi, 2606 (Zəkat, 172)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، وَإِسْحَقُ بْنُ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ بْنِ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي السَّائِبُ بْنُ يَزِيدَ ، أَنَّ حُوَيْطِبَ بْنَ عَبْدِ الْعُزَّى أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ السَّعْدِيِّ أَخْبَرَهُ ، أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ فِي خِلاَفَتِهِ فَقَالَ عُمَرُ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَلِي مِنْ أَعْمَالِ النَّاسِ أَعْمَالاً ، فَإِذَا أُعْطِيتَ الْعُمَالَةَ كَرِهْتَهَا ، قَالَ : فَقُلْتُ : بَلَى ، قَالَ : فَمَا تُرِيدُ إِلَى ذَلِكَ ، فَقُلْتُ : إِنَّ لِي أَفْرَاسًا وَأَعْبُدًا ، وَأَنَا بِخَيْرٍ وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ عُمَرُ : فَلاَ تَفْعَلْ فَإِنِّي كُنْتُ أَرَدْتُ الَّذِي أَرَدْتَ ، فَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، حَتَّى أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خُذْهُ ، فَتَمَوَّلْهُ ، وَتَصَدَّقْ بِهِ ، فَمَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Sədi ﵀ Ömər ibn əl-Xattabın xilafəti zamanı onun yanına gəldi. Ömər ona dedi: “Mənə verilən məlumata görə, sən digər insanlar kimi işlədilirsən, sənə məvacib verəndə isə onu götürmürsən”. Mən: Bəli” dedim. Ömər dedi: “Bu veriləni niyə götürmürsən?” Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmürəm”. Ömər dedi: “Belə etmə! Mən də sənin istədiyin kimi istəmişdim, lakin Peyğəmbər ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Bir dəfə də mənə mal verdikdə dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Peyğəmbər ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”

Abdullah ibn əs-Sədi
SəhihNəsəi, 2607 (Zəkat, 173)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، قَالَ : سَمِعْتُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ ، يَقُولُ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، حَتَّى أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ لَهُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ : خُذْهُ ، فَتَمَوَّلْهُ ، وَتَصَدَّقْ بِهِ ، وَمَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ ، فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Ömərin ﵁ belə dediyini eşitdim: “Peyğəmbər ﷺ mənə mal verdikdə mən dedim: “Bunu məndən daha kasıb olanlara ver”. Bir dəfə də mənə mal verdikdə mən ona dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Peyğəmbər ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2608 (Zəkat, 174)

Fəsil 95

Peyğəmbərin ﷺ ailəsindən olana sədəqə yığmaq cavabdehliyi

بَابُ اسْتِعْمَالِ آلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الصَّدَقَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ بْنِ نَوْفَلٍ الْهَاشِمِيِّ ، أَنَّ عَبْدَ الْمُطَّلِبِ بْنَ رَبِيعَةَ بْنِ الْحَارِثِ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، أَخْبَرَهُ أَنَّ أَبَاهُ رَبِيعَةَ بْنَ الْحَارِثِ قَالَ : لِعَبْدِ الْمُطَّلِبِ بْنِ رَبِيعَةَ بْنِ الْحَارِثِ ، وَالْفَضْلِ بْنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، ائْتِيَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُولاَ لَهُ : اسْتَعْمِلْنَا يَا رَسُولَ اللهِ عَلَى الصَّدَقَاتِ ، فَأَتَى عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، وَنَحْنُ عَلَى تِلْكَ الْحَالِ ، فَقَالَ لَهُمَا : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لاَ يَسْتَعْمِلُ مِنْكُمْ أَحَدًا عَلَى الصَّدَقَةِ ، قَالَ عَبْدُ الْمُطَّلِبِ : فَانْطَلَقْتُ أَنَا وَالْفَضْلُ ، حَتَّى أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ لَنَا : إِنَّ هَذِهِ الصَّدَقَةَ ، إِنَّمَا هِيَ أَوْسَاخُ النَّاسِ ، وَإِنَّهَا لاَ تَحِلُّ ، لِمُحَمَّدٍ وَلاَ لِآلِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Rabia ibn əl-Haris ﵀ demişdir: “Mən Abdul-Muttalib ibn Rabia ibn əl-Haris və Fədl ibn Abdul-Muttalibə dedim: “Allah Elçisinin ﷺ yanına gedin və: “Ey Allahın Elçisi, bizə sədəqə yığmaq üçün vəzifə ver” deyin”. Biz bu halda olarkən Əli ibn Əbu Talib gəldi və onlara dedi: “Allah Elçisi ﷺ sizdən heç birinizi zəkat toplamaq üçün məsul etməz”. Abdul-Muttalib hadisənin davamını belə danışır: “Mən və Fədl Allah Elçisinin ﷺ yanına getdik. O bizə dedi: “Bu sədəqə insanların mallarının kirləridir. Ona görə sədəqə Muhəmmədə və Muhəmmədin ailə üzvlərinə halal deyil”.”

Rabia ibn əl-Haris
SəhihNəsəi, 2609 (Zəkat, 175)

Fəsil 96

Bir qövmün bacısı oğlunun onlardan sayılması

بَابُ ابْنُ أُخْتِ الْقَوْمِ مِنْهُمْ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : قُلْتُ لأَبِي إِيَاسٍ مُعَاوِيَةَ بْنِ قُرَّةَ ، أَسَمِعْتَ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ابْنُ أُخْتِ الْقَوْمِ مِنْ أَنْفُسِهِمْ قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, Şubə ﵀ demişdir: “Mən Əbu İyasa Müaviyə ibn Qurraya dedim: “Sən Ənəs ibn Malikin Allah Elçisindən ﷺ eşitdiyi bu hədisi “Bir qövmün bacısı oğlu onlardandır”- eşitmisənmi?” O da: “Bəli”- dedi”.”

Şubə
SəhihNəsəi, 2610 (Zəkat, 176)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ابْنُ أُخْتِ الْقَوْمِ مِنْهُمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qövmün bacısı oğlu onlardandır”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 2611 (Zəkat, 177)

Fəsil 97

Bir qövmün köləlikdən azad etdiyi şəxsin onlardan sayılması

بَابُ مَوْلَى الْقَوْمِ مِنْهُمْ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ ، عَنْ ابْنِ أَبِي رَافِعٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، اسْتَعْمَلَ رَجُلاً مِنْ بَنِي مَخْزُومٍ عَلَى الصَّدَقَةِ ، فَأَرَادَ أَبُو رَافِعٍ أَنْ يَتْبَعَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الصَّدَقَةَ لاَ تَحِلُّ لَنَا ، وَإِنَّ مَوْلَى الْقَوْمِ مِنْهُمْ.

“İbn Əbu Rafi atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Məxzum tayfasından bir kişini zəkat toplamaq üçün cavabdeh etmişdi. Əbu Rafi də onunla birlikdə getmək istədi. Allah Elçisi ﷺ belə buyurdu: “Bizə sədəqə götürmək halal deyil. Bir qövmün köləlikdən azad etdiyi şəxs onlardan sayılır”.”

İbn Əbu Rafi atasından
SəhihNəsəi, 2612 (Zəkat, 178)

Fəsil 98

Sədəqənin Peyğəmbərə ﷺ halal olmaması

الصَّدَقَةُ لاَ تَحِلُّ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ وَاصِلٍ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ حَكِيمٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِذَا أُتِيَ بِشَيْءٍ سَأَلَ عَنْهُ أَهَدِيَّةٌ أَمْ صَدَقَةٌ ؟ فَإِنْ قِيلَ صَدَقَةٌ ، لَمْ يَأْكُلْ ، وَإِنْ قِيلَ ، هَدِيَّةٌ بَسَطَ يَدَهُ.

“Bəhz ibn Həkim atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Peyğəmbərə ﷺ bir şey gətirildikdə bunun hədiyyə, yoxsa sədəqə olmasını soruşardı. Əgər sədəqə deyilsəydi, onu yeməz, hədiyyə deyilsəydi, əlini ona uzadıb götürərdi”.”

Bəhz ibn Həkim atasından və babasından
SəhihNəsəi, 2613 (Zəkat, 179)

Fəsil 99

Sədəqə bir adama verildikdə onun sədəqəni başqasına verməsi sədəqə olmur

إِذَا تَحَوَّلَتِ الصَّدَقَةُ

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا أَرَادَتْ أَنْ تَشْتَرِيَ بَرِيرَةَ فَتُعْتِقَهَا ، وَإِنَّهُمُ اشْتَرَطُوا وَلاَءَهَا ، فَذَكَرَتْ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : اشْتَرِيهَا ، وَأَعْتِقِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ وَخُيِّرَتْ حِينَ أُعْتِقَتْ ، وَأُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلَحْمٍ ، فَقِيلَ : هَذَا مِمَّا تُصُدِّقَ بِهِ عَلَى بَرِيرَةَ فَقَالَ : هُوَ لَهَا صَدَقَةٌ ، وَلَنَا هَدِيَّةٌ ، وَكَانَ زَوْجُهَا حُرًّا.

“əl-Əsvəd ﵀ rəvayət edir ki, Aişə Bərira adlı köləni alıb azad etmək istədi, lakin Bəriranın ağaları ağalıq haqqının onlara aid olmasını tələb etdilər. Aişə vəziyyəti Allah Elçisinə ﷺ bildirdikdə o dedi: “Onu al və azad et, çünki ağalıq haqqı azad edənə aiddir”. Beləliklə Bərira pul ilə alınaraq azad edildi. Bundan sonra Allah Elçisinə ﷺ bir qədər ət gətirildi. Ona deyildi: “Bu ət Bəriraya sədəqə olaraq verilən ətdəndir”. Allah Elçisi ﷺ buyurdu: “Bu ət ona sədəqədir, bizə isə Bəriranın hədiyyəsidir. Onun əri də azad insandır”.”

əl-Əsvəd
SəhihNəsəi, 2614 (Zəkat, 180)

Fəsil 100

Geri götürülən sədəqə

شِرَاءُ الصَّدَقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ عُمَرَ ، يَقُولُ : حَمَلْتُ عَلَى فَرَسٍ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، فَأَضَاعَهُ الَّذِي كَانَ عِنْدَهُ ، وَأَرَدْتُ أَنْ أَبْتَاعَهُ مِنْهُ ، وَظَنَنْتُ أَنَّهُ بَائِعُهُ بِرُخْصٍ ، فَسَأَلْتُ عَنْ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : لاَ تَشْتَرِهِ وَإِنْ أَعْطَاكَهُ بِدِرْهَمٍ ، فَإِنَّ الْعَائِدَ فِي صَدَقَتِهِ كَالْكَلْبِ يَعُودُ فِي قَيْئِهِ.

“Zeyd ibn Əsləm atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Ömərin belə dediyini eşitdim: “Allah yolunda istifadəsi üçün dişi bir at sədəqə vermişdim, lakin həmin adam ondan istifadə etməmişdi. Mən də ondan bu atı pul ilə almaq istədim və onu ucuz satacağını təxmin etdim. Bu haqda Allah Elçisindən ﷺ soruşduqda belə buyurdu: “Onu pul ilə alma! Çünki verdiyi sədəqəsini geri alan adam qusduğunu yeyən köpək kimidir”.”

Zeyd ibn Əsləm atasından
SəhihNəsəi, 2615 (Zəkat, 181)

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ ، أَنَّهُ حَمَلَ عَلَى فَرَسٍ فِي سَبِيلِ اللهِ ، فَرَآهَا تُبَاعُ ، فَأَرَادَ شِرَاءَهَا ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَعْرِضْ فِي صَدَقَتِكَ.

“Rəvayət edilir ki, Ömər ﵁ Allah yolunda istifadəsi üçün dişi bir at sədəqə vermişdi. Onun satıldığını gördükdə almaq istədi. Bunu Peyğəmbərə ﷺ xəbər verdikdə belə buyurdu: “Sədəqəndən imtina etmə (onu alma)!””

Ömər
SəhihNəsəi, 2616 (Zəkat, 182)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا حُجَيْنٌ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، كَانَ يُحَدِّثُ أَنَّ عُمَرَ ، تَصَدَّقَ بِفَرَسٍ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، فَوَجَدَهَا تُبَاعُ بَعْدَ ذَلِكَ ، فَأَرَادَ أَنْ يَشْتَرِيَهُ ، ثُمَّ أَتَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَاسْتَأْمَرَهُ فِي ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَعُدْ فِي صَدَقَتِكَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Ömər Allah ﷿ yolunda istifadəsi üçün dişi bir at sədəqə etmişdi. Onun satışa çıxarıldığını görüb almaq istədi. Bunu Allah Elçisinə ﷺ dedikdə o belə buyurdu: “Sədəqəndən imtina etmə (onu alma)!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 2617 (Zəkat, 183)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، وَيَزِيدُ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَمَرَ عَتَّابَ بْنَ أَسِيدٍ أَنْ يَخْرُصَ الْعِنَبَ ، فَتُؤَدَّى زَكَاتُهُ زَبِيبًا ، كَمَا تُؤَدَّى زَكَاةُ النَّخْلِ تَمْرًا.

“Səid ibn əl-Museyyib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ yaş xurmanın zəkatının quru xurmadan verilməsi kimi, yaş üzümün miqdarını təyin edib zəkatının quru üzümdən verilməsini əmr etdi.”

Səid ibn əl-Museyyib
HəsənNəsəi, 2618 (Zəkat, 184)