İstəmədən Allahın ﷿ ona var-dövlət verməsi
أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، قَالَ : سَمِعْتُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ ، يَقُولُ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، حَتَّى أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ لَهُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ : خُذْهُ ، فَتَمَوَّلْهُ ، وَتَصَدَّقْ بِهِ ، وَمَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ ، فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Ömərin ﵁ belə dediyini eşitdim: “Peyğəmbər ﷺ mənə mal verdikdə mən dedim: “Bunu məndən daha kasıb olanlara ver”. Bir dəfə də mənə mal verdikdə mən ona dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Peyğəmbər ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”
İstinad
Nəsəi, 2608 (Zəkat, 174)
Sunən ən-Nəsəi — Zəkat kitabı