Zəkat kitabı

İstəmədən Allahın ﷿ ona var-dövlət verməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، وَإِسْحَقُ بْنُ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ بْنِ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي السَّائِبُ بْنُ يَزِيدَ ، أَنَّ حُوَيْطِبَ بْنَ عَبْدِ الْعُزَّى أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ السَّعْدِيِّ أَخْبَرَهُ ، أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ فِي خِلاَفَتِهِ فَقَالَ عُمَرُ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَلِي مِنْ أَعْمَالِ النَّاسِ أَعْمَالاً ، فَإِذَا أُعْطِيتَ الْعُمَالَةَ كَرِهْتَهَا ، قَالَ : فَقُلْتُ : بَلَى ، قَالَ : فَمَا تُرِيدُ إِلَى ذَلِكَ ، فَقُلْتُ : إِنَّ لِي أَفْرَاسًا وَأَعْبُدًا ، وَأَنَا بِخَيْرٍ وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ عُمَرُ : فَلاَ تَفْعَلْ فَإِنِّي كُنْتُ أَرَدْتُ الَّذِي أَرَدْتَ ، فَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، حَتَّى أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ : أَعْطِهِ ، أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خُذْهُ ، فَتَمَوَّلْهُ ، وَتَصَدَّقْ بِهِ ، فَمَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Sədi ﵀ Ömər ibn əl-Xattabın xilafəti zamanı onun yanına gəldi. Ömər ona dedi: “Mənə verilən məlumata görə, sən digər insanlar kimi işlədilirsən, sənə məvacib verəndə isə onu götürmürsən”. Mən: Bəli” dedim. Ömər dedi: “Bu veriləni niyə götürmürsən?” Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmürəm”. Ömər dedi: “Belə etmə! Mən də sənin istədiyin kimi istəmişdim, lakin Peyğəmbər ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Bir dəfə də mənə mal verdikdə dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Peyğəmbər ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”

Abdullah ibn əs-Sədi
Səhih

İstinad

Nəsəi, 2607 (Zəkat, 173)

Sunən ən-Nəsəi — Zəkat kitabı