İstəmədən Allahın ﷿ ona var-dövlət verməsi
أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، أَنَّ حُوَيْطِبَ بْنَ عَبْدِ الْعُزَّى أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ السَّعْدِيِّ ، أَخْبَرَهُ أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ فِي خِلاَفَتِهِ ، فَقَالَ لَهُ عُمَرُ : أَلَمْ أُحَدَّثْ أَنَّكَ تَلِي مِنْ أَعْمَالِ النَّاسِ أَعْمَالاً ، فَإِذَا أُعْطِيتَ الْعُمَالَةَ رَدَدْتَهَا فَقُلْتُ بَلَى ، فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : فَمَا تُرِيدُ إِلَى ذَلِكَ ، فَقُلْتُ : لِي أَفْرَاسٌ وَأَعْبُدٌ وَأَنَا بِخَيْرٍ ، وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ لَهُ عُمَرُ : فَلاَ تَفْعَلْ فَإِنِّي كُنْتُ أَرَدْتُ مِثْلَ الَّذِي أَرَدْتَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْعَطَاءَ ، فَأَقُولُ أَعْطِهِ أَفْقَرَ إِلَيْهِ مِنِّي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خُذْهُ فَتَمَوَّلْهُ ، أَوْ تَصَدَّقْ بِهِ مَا جَاءَكَ مِنْ هَذَا الْمَالِ ، وَأَنْتَ غَيْرُ مُشْرِفٍ ، وَلاَ سَائِلٍ فَخُذْهُ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.
“Abdullah ibn əs-Sədi ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattabın xilafəti zamanı onun yanına gəldi. Ömər ona dedi: “Mənə verilən məlumata görə, sən digər insanlar kimi işlədilirsən, sənə məvacib verəndə isə onu götürmürsən”. Mən: Bəli” dedim. Ömər dedi: “Bu veriləni niyə götürmürsən?” Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmürəm”. Ömər ﵁ dedi: “Belə etmə! Mən də sənin istəyin kimi etmişdim, lakin Allah Elçisi ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Allah Elçisi ﷺ buyurdu: “Sənə veriləni götür, sənin olsun və ya onu sədəqə ver. İstəmədiyin halda sənə verilən bu malı acgözlük olmadan götür, lakin sənə verilməyən malda gözün qalmasın”.”
İstinad
Nəsəi, 2606 (Zəkat, 172)
Sunən ən-Nəsəi — Zəkat kitabı