Zəkat kitabı

İstəmədən Allahın ﷿ ona var-dövlət verməsi

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عُبَيْدِ اللهِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، عَنْ حُوَيْطِبِ بْنِ عَبْدِ الْعُزَّى ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ السَّعْدِيِّ ، أَنَّهُ قَدِمَ عَلَى عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ مِنَ الشَّامِ فَقَالَ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَعْمَلُ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ الْمُسْلِمِينَ ، فَتُعْطَى عَلَيْهِ عُمَالَةً ، فَلاَ تَقْبَلُهَا ، قَالَ : أَجَلْ إِنَّ لِي أَفْرَاسًا ، وَأَعْبُدًا ، وَأَنَا بِخَيْرٍ ، وَأُرِيدُ أَنْ يَكُونَ عَمَلِي صَدَقَةً عَلَى الْمُسْلِمِينَ ، فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : إِنِّي أَرَدْتُ الَّذِي أَرَدْتَ ، وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعْطِينِي الْمَالَ ، فَأَقُولُ أَعْطِهِ ، مَنْ هُوَ أَفْقَرُ إِلَيْهِ مِنِّي ، وَإِنَّهُ أَعْطَانِي مَرَّةً مَالاً ، فَقُلْتُ لَهُ ، أَعْطِهِ ، مَنْ هُوَ أَحْوَجُ إِلَيْهِ مِنِّي ، فَقَالَ : مَا آتَاكَ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ هَذَا الْمَالِ مِنْ غَيْرِ مَسْأَلَةٍ ، وَلاَ إِشْرَافٍ ، فَخُذْهُ ، فَتَمَوَّلْهُ ، أَوْ تَصَدَّقْ بِهِ ، وَمَا لاَ فَلاَ تُتْبِعْهُ نَفْسَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Sədi ﵀ demişdir: “Mən Şamdan Ömər ibn əl-Xattabın ﵁ yanına gəldim. Ömər mənə dedi: “Məgər sənin müsəlmanların bir işinə məsul edildiyin vaxt bir məvacib verildikdə, onu götürməli olduğunu bilmirsənmi? Sən isə onu qəbul etmirsən”. Mən dedim: “Mənim atlarım və kölələrim var. Xeyir içində yaşayıram. Etdiyim işin məvacibini müsəlmanlara sədəqə olsun deyə götürmədim”. Ömər ﵁ dedi: “Mən də sənin istədiyin kimi istəmişdim, lakin Allah Elçisi ﷺ mənə bu məvacibi verdi. Mən dedim: “Bunu məndən daha kasıb olanlara verin”. Bir dəfə də belə bir məvacib vermişdi, mən də: “Məndən daha çox ehtiyacı olan verin” dedim. Allah Elçisi ﷺ buyurdu: “İstəmədiyin halda Allah tərəfindən sənə verilən bu malı acgözlük olmadan götür və qəbul et. İstəsən ondan özün istifadə et, istəsən, sədəqə ver. Sənə verilməyən malda isə gözün qalmasın”.”

Abdullah ibn əs-Sədi
Səhih

İstinad

Nəsəi, 2605 (Zəkat, 171)

Sunən ən-Nəsəi — Zəkat kitabı