Yoxsulun izahı
أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ الْمِسْكِينُ الَّذِي تَرُدُّهُ الأُكْلَةُ وَالأُكْلَتَانِ ، وَالتَّمْرَةُ وَالتَّمْرَتَانِ قَالُوا : فَمَا الْمِسْكِينُ يَا رَسُولَ اللهِ ؟ قَالَ : الَّذِي لاَ يَجِدُ غِنًى ، وَلاَ يَعْلَمُ النَّاسُ حَاجَتَهُ ، فَيُتَصَدَّقَ عَلَيْهِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(İnsanlar arasında gəzib-dolaşıb) bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Səhabələr dedilər: “Bəs yoxsul kimdir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Yoxsul o adamdır ki, onun özünə bəs edəcək qədər malı olmaz, lakin insanlar ondan xəbərsiz olar, bu səbəblə də ona sədəqə verilməz”.”
İstinad
Nəsəi, 2573 (Zəkat, 139)
Sunən ən-Nəsəi — Zəkat kitabı